Eldəniz Zeynalovun 80 illik qeyd olunub

 

Bakı Şəhər Mədəniyyət Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında xalq artisti Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Yubiley gecəsində xalq artisti, rejissor Ramiz Həsənoğlu, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə, Azərbaycan Dillər Universitetinin professoru Gəray Yusifov, Xəzər rayon Ağsaqqallar Şurasının sədri, tarixçi-etnoqraf Təvəkkül Səlimov, Baş İdarənin rəis müavini Gülnarə Seyidova digər əməkdaşları, aktyorun ailə üzvləri iştirak ediblər.

Tamaşaçılar Sarayın foyesində Eldəniz Zeynalovun həyat yaradıcılığını əks etdirən foto-sərgi ilə tanış olublar. Aparıcı Kamran İsrafilov Eldəniz Zeynalovun kino teatr aktyoru kimi fəaliyyətindən qısa məlumat verib.

Çıxışçılar Ramiz Həsənoğlu, Məhərrəm Bədirzadə Təvəkkül Səlimov sənətkarın həyat yaradıcılığından, milli kinomuzun inkişafındakı xidmətlərindən söz açıblar. Bildirilib ki, onun imza atdığı rollar yaddaşlarda hər zaman yaşayıb yaşayacaq. Tədbir zamanı sənətkarın rol aldığı filmlərdən fraqmentlər nümayiş olunub.

Aktyorun oğlu Elbrus Zeynalov çıxış edərək, atası haqqında xatirələrini bölüşüb tədbirin təşkilatçılarına ailəsi adından təşəkkürünü bildirib.

Tədbir konsert proqramı ilə davam edib.

 

Xalq Cəbhəsi.- 2017.- 31 oktyabr.- S.16.