Qaynanafilmi alman dilində

 

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq Artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii axşam təşkil olunub.

Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbiri giriş sözü ilə açaraq Azərbaycan teatrkino sənətində əvəzedilməz rollarla yadda qalan Nəsibə Zeynalovanın həyat və yaradıcılığından söz salıb.

Bildirilib ki, N.Zeynalovanın 100 illik yubiley tədbirləri Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycanla yanaşı, ölkənin hüdudlarından kənarda da silsilə tədbirlərlə yüksək səviyyədə qeyd olunub.

“Azərbaycanda ilk peşəkar aktyorlardan biri olan, ölkəmizdə “ev teatrı”nın ilk və yeganə yaradıcısı, Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun ailəsində dünyaya göz açan Nəsibə Zeynalova atasının yolunu davam etdirərək, aktyorluq sənətini özünə həyat yolu seçib. Azərbaycan musiqili teatrının inkişafında misilsiz rol oynayan Nəsibə Zeynalova teatrla yanaşı, bir çox bədii ekran əsərlərində də yaddaqalan obrazlar yaradıb. Onun yaratdığı Cənnət xala, Nargilə, Züleyxa obrazları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. “Hicran“ tamaşasında canlandırdığı Qızbacı obrazı dillər əzbəridir”, - deyə L.Qasımova vurğulayıb.

Tədbirdə Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov çıxış edərək, anası Nəsibə Zeynalova ilə bağlı xatirələrini bölüşüb. C.Novruzov Azərbaycan teatr sənətinin inkişafında əvəzsiz xidmətləri olan babası Cahangir Zeynalov və anası Nəsibə Zeynalova kimi dahilərin nəslindən olmasına görə daim fəxr etdiyini, lakin bununla yanaşı bu fenomenal şəxsiyyətlərin adının məsuliyyətini daim öz üzərində hiss etdiyini bildirib.

Azərbaycan aktyorluq sənətinin inkişafında xidmətləri olan üç nəslin keçdiyi həyat və sənət yoluna nəzər salan C.Novruzov tamaşaçıların sevimlisi olan Nəsibə xanımın Azərbaycan xalqının qəlbində daim yaşadığını qeyd edib. O, çıxışının sonunda Nəsibə Zeynalovanın xatirəsinə görkəmli dramaturqşair Cəfər Cabbarlının “Anaşeirini söyləyib.

Sonra Nəsibə Zeynalovanın baş rolda oynadığı “Qaynanafilmi nümayiş etdirilib. İlk dəfə alman dilinə subtitrlərlə tərcümə edilən film tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Mədəniyyət Mərkəzində ölməz sənətkarın yaradıcılığına həsr olunmuş fotosərgi də nümayiş etdirilib.

 

Xalq cəbhəsi.- 2017.- 19 yanvar.- S.16.