"Almaz"ın premyerası olub

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının "Almaz" tamaşasının premyerası keçirilib.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, premyerada ədibin qızı Gülarə

Cabbarlı, mədəniyyət turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, teatr ictimaiyyəti iştirak edib. Anşlaqla baş tutan ikihissəli dramın yeni səhnə redaksiyasının müəllifi əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi professor Nizami Cəfərovdur.

Səhnə əsərinin müəllifi xalq artisti, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov Əlif Cahangirli, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.

Tamaşada Almaz rolunda əməkdar artist Məsmə Aslanqızı çıxış edib. Digər rolları xalq artistləri Nurəddin Mehdixanlı (Hacı Əhməd), Rafiq Əzimov (Mirzə Səməndər), Hacı İsmayılov (Aftil), Firəngiz Mütəllimova (Kərbəlayı Fatmansa), əməkdar artistlər Sabir Məmmədov (Şərif), Kazım Abdullayev (İbad), Aslan Şirin (Barat), Əli Nur (Baloğlan), Əjdər Həmidov (Balarza), Ayşad Məmmədov (Ocaqqulu), Elşən Cəbrayılov (Fuad), aktyorlar Rada Nəsibova (Yaxşı) Mətləb Abdullayev (Sədr) çıxış edirlər.

Səhnə əsərini Ceyran Həsənli idarə edib.

 

Xalq cəbhəsi.- 2017.- 24 yanvar.- S.16.