Əhməd Yasəviyə həsr olunmuş konfrans

 

TÜRKSOY-un baş katibliyində türk dünyasının görkəmli elm və mədəniyyət xadimi olan Əhməd Yasəviyə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC TÜRKSOY-un saytına istinadla xəbər verir ki, “Piri Türküstan Xoca Əhməd Yasəvi” adı ilə gerçəkləşən konfransın məruzəçisi Əhməd Yasəvi Universitetinin idarə heyətinin sədri Musa Yıldız olub. O, dünya şöhrətli mütəfəkkir Ə.Yasəvinin yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Natiq UNESCO-nun elan etdiyiXoca Əhməd Yasəvi ili” çərçivəsində görülən işlərdən, reallaşan tədbirlərdən danışıb. Bildirib ki, Əhməd Yasəvi türk dünyasını İslam dəyərləri ətrafında birləşdirən mütəfəkkirlərdəndir. Onun əsərlərinin bu günümüz üçün aktual olduğunu vurğulayan məruzəçi deyib ki, bu səbəbdən də Ə.Yasəvinin əsərləri türkdilli ölkələrdə çap edilir, irsi öyrənilir.

Tədbirin təşkil olunmasında məqsəd türk ortaq mədəniyyətinə xidmət etmişsonra ölümsüz əsərləri ilə iz qoymuş dəyərli şəxsiyyətlərin anılması və gələcək nəsillərə tanıdılmasıdır.

Qeyd edək ki, dünya şöhrətli mütəfəkkir X.Ə.Yasəvinin “Divani-hikmət” əsərinin əlyazması UNESCO-nun dünya yaddaşı proqramı tərəfindən qorunub saxlanılır. Vəfatından 223 il sonra Teymurləng tərəfindən ucaldılmış məqbərəsi UNESCO-nun Dünya İrs Siyahısına daxildir. Həmçinin UNESCO 2016-cı iliXoca Əhməd Yasəvi ilielan etmişdir.

 

Xalq cəbhəsi.- 2017.- 24 yanvar.- S.16.