Bakı Ali Neft Məktəbində “Şotlandiya Günü

 

Yanvarın 27-də Bakı Ali Neft Məktəbində (BANM) məşhur şotland şairi Robert Börnzün anadan olmasının 258-ci ildönümünə həsr edilənŞotlandiya Günüadlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələrinin iştirak etdikləri tədbirdə BANM-in rektoru Elmar Qasımov Azərbaycan-Böyük Britaniya əlaqələrinin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, Bakı Ali Neft Məktəbi ilə Şotlandiyanın Heriot-Vatt Universiteti arasında müvafiq layihə çərçivəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Bu müqaviləyə əsasən BANM- bakalavriat səviyyəsində neft-qaz mühəndisliyi kimya mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlığı Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirilir. Cari ildə bu proqramlar üzrə məzunların ilk buraxılışı olacaq qeyd edilən ixtisaslar üzrə Heriot Vatt Universitetinin təklif etdiyi proqramlar əsasında iki diplom layihəsi çərçivəsində BANM- magistr hazırlığına başlanılacaq.

Rektor xatırladıb ki, iki ali təhsil müəssisəsi arasındakı razılaşmaya görə, mayın 28-də Heriot-Vatt UniversitetindəAzərbaycan Günükeçiriləcək.

Birləşmiş Krallığın Azərbaycandakı səfirinin köməkçisi Stefan MakKormik, BP şirkətinin Azəri-Çıraq-Günəşli qlobal layihələri üzrə vitse-prezidenti Kesl Kelli Böyük Britaniyanın “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin meneceri Nərgiz Hüseynova tədbirin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə məşhur şotland şairi R.Börnzün həyat yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, R.Börnz şeirlərində Şotlandiya xalq yaradıcılığı ənənələrini, qədim xalq mahnılarındakı motivləri əsas götürüb bu, onun şeirlərinin xalq arasında geniş yayılmasına səbəb olub. Şotlandiya xalqı şairini böyük məhəbbətlə anır.

Sonra Şotlandiya haqqında film göstərilib, şotland milli musiqi rəqsləri ifa olunub.

 

Xalq cəbhəsi.- 2017.- 28 yanvar.- S.16.