Eşqlər hələ ölmədi...

 

1-ci yazı

 

Masamın üzərində Orhan Arasın “Kaşqardan Berlinə Portretlər və Kitablar”, “Ah Türkiyə, Ah” və “Eşqlər hələ ölmədi” adlı kitabları durmaqdadır. Kitabları oxuyarkən Orhan Araz nəsrində axıcı bir üslubun, məntiqli, səlis və ağıllı mühakimələrlə dolu bir dilin mövcud olduğunu fərq etdim. Fikrimcə, hər hansı bir nəsrin dilini mükəmməl və oxunaqlı edən mühüm özəlliklərdən biri də məntiqli düşüncənin nəticəsi olan ağıllı mühakimədir. Çünki dil deyilən fakt ağıl və məntiqin süzgəcindən keçən bir hadisədir. Mayasında ağıl və məntiq olmayan dil, nə qədər cilalı olsa da təsirsiz və təpərsiz sayılmağa məhkumdur.

Orhan Arasın 2013-cü ildə Ankarada çap olunmuşKaşqardan Berlinə PortretlerKitablar” adlı əsəri “Söz başı” hissəsindən sonraaz, nə çox, düz 74 başlıq altında toplanıb. Müəllif bu kitabında özəlliklə Türk dünyasının çeşidli yazar və şairlərinin, bilim və dövlət adamlarının əsərlərindəki ciddi xüsusları və yaşamlarındaki bəzi etüd və epizodları qələmə alıb. Bu əsərin ön sözdən sonrakı hissəsi “Bozqırların oğlu Cingiz Aytmatov” adlanır. Bu hissədə Cingiz Aytmatov artıq bütün dünyaya səs salan bir yazar kimi qarşımıza çıxır. Almanyada bəlirli bir oxucu kütləsi qarşısında “bozqırın oğlukimi danışan C.Aytmatov, “Manasdan hissə söyləyir, sualları cavablandırır. Və Aytmatovla canlı bir ünsiyyətdə olan Orhan Arasın həyəcanı belə bir cümləylə qəlibləşir: “O təmiz və romantik baxışlarda “Bəyaz gəmi”dəki adsız uşağı, “Dişi qurd”dakı talehsiz “Akbar”ı görmüşdüm”.

Orhan Arasın sadəcə bu cümləsi, yazar Aytmatovun əsərlərini heç bir zaman oxumamış insanda maraq oyadacaq xarakterdədir. Bu sərrast ifadə Aytmatov nəsrindən xəbərsiz olanı ona yönləndirib, onun dünyasıyla təmas qurmaqda mükəmməl bir təlqin sayıla bilər. C.Aytmatovla görüşdə Orhan Aras bu ünlü yazara belə bir sual ünvanlayır: “Özbəkistanda, Qırğızıstanda zəhərli pambıq tarlalarında çalışdırılaraq daha 35 yaşına çatmadan ölən dünyanın ən gənc anaları olan gerçək “Akbarlar haqqında nələr düşünürsünüz?”

Təbii ki, Orhan Arasın da yazdığı kimi C.Aytmatov bu sualı dəqiq olaraq cavablandırmayıb. Və qeyd edim ki, əslində C. Aytmatov bu suala cavab vermək istəsəydi belə, səmimi bir cavab ortaya çıxmayacaqdı. Çünki sovetşineli hələ də Aytmatovun üzərindəydi. Sovet əsarətindən qurtulduqdan sonrakı illərdə də Türk cümhuriyətlərinin yazar və şairlərinin əksər qismi hələ də Moskvada əsərlərini çap etdirirya buna meyl edirdilər.

Bu xüsusa örnək olaraq şair Xəlil Rza Ulutürkü xatırlaya bilirik. Şair bir müddət sonra rəsmi Moskvanın qanlı əyləmlərinə etiraz etdiLefortovo zindanında həbs həyatı yaşadı... Bu baxımdan bəhs edilən deformasiyaları yaşamayan hər hansı bir ədib və ya şair, rəsmi Kremlin basqı və cinayətlərinə dair irəli sürülən ciddi suallar qarşısında bəzən açıq cavablarla yer almayıb və ya dəstək gözlədiyi bir məkanda hansı xislət sahiblərinin olduğunu bildiyinə görə hər cür qıcıqlandırıcı ifadələrdən qaçmağa çalışıb. Lakin bütün hallarda Çingiz Aytmatov böyük bir Türk dünyası yazarı idiSovet dönəminin eybəcərliklərini mikrofonlar qarşısında söyləməkdən vaz keçmiş olsa belə, bunları əsərlərinin bir çoxunda üstüörtülü və bəzən də açıq bir şəkildə dilə gətirib.

Bir könül adamı Əhməd Şimide” başlıqlı hissədə Orhan Aras özəlliklə Sovetlər birliyində qalan soydaşlarının durumuna dair xüsuslara toxunur, ortaq Türk bağının qırılmaması üçün nələr edilə biləcəyi, hansı addımlar atıla biləcəyi yönündə düşünürbu düşüncələr fonunda Əhməd Şimidenin bir yazısını oxumaqla təskinlik tapır. Bu yazıda Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadədən bəhs olunur. Yazıdakı sətirlərdən aydın görünür ki, bu əvəzsiz qələm adamının şeirlərindən bəhs edilməsi Orhan Arasın bəzi təlaşlarına da son qoyur. Əhməd Şimidenin bir Türk dili sevdalısı olduğunu yazan müəllif, onun bu sevdasının nəticəsini Azərbaycan və Türkiyə ədəbiyyatından tərcümələr edib ümum Türk ədəbiyyatını alman toplumuna tanıtması ilə izah edir. Bu məsələdə də təbii ki, dil faktı ön planda durur. Müəllif Avropa məkanında Türk dilinin yayılması, bu dilin möhtəşəmliyinin, ecazkarlığının Türk olmayan şəxsiyyətləri və hətta sıradan insanları belə ehtizaza gətirməsindən bəhs edir, bundan qürur duyduğunu, bu gerçəklikdən riqqətə gəldiyini özənəməxsus üslubla izah edir.

KitabdaBir Türkistan Süvarisi Baymirza Hayit” adlı başlıq da diqqətimi cəlb etməkdədir və bu hissəni də oxumadan keçmək mümkünsüz görünür. Baymirza Hayit, çoxlarının tanıdığı və bildiyibir çoxlarının da xatırlamadığı dava adamı və yazardır ki, bu xüsusları müəllif bu bölümdə rəvan bir şəkildə açıqlayır. Müəllifin qeydlərindən bəlli olur ki, Baymirza Hayitlə görüşü yenə Almaniyada, Frankfurt şəhərində baş tutur. Bu görüş ortamında böyük davafikir adamının çıxışı orada olanları çox təsirləndirir, onun çıxışında işlətdiyi “Çindən başlayaraq Xəzərin sahillərinə qədər çatan yerlər bizim on minillik vətənimizdir və adı Türkistandır!” nidası Türkistan sevdalısı olan, ancaq bu coğrafiyanı ömründə görməmiş gəncləri də hayqırmağa, şüarlar səslən¬dirməyə sövq edir. Əlbəttə ki, daxildə və ya könüldə olan Türk kodunun dünyanın harasında yaşamasından, hansı irqtoplumla qaynaşmasından asılı olmayaraq hər bir Türkün səfərbər olması yönündə gecya tez öz təsirini göstərən bir həqiqət kimi diqqətimizi çəkir. “Birliyin elçisi Qaspıralı” adlı hissədə isə Türk dünyasının öndər fikir adamlarından biri - İsmayıl Bəy Qaspıralı haqqında fikirlər yer alıb. Müəllifin “İsmayıl Qaspıralı əsir bir ölkənin əsir bir mütəfəkkiri olmasına baxmayaraq eynilə Bilgə Kağanın yüzillər öncə daşlara yazdırdığı sözlər kimi elə bir şüar ortaya atıb ki, sadəcə, bu şüar belə bütün dünya Türklüyünü yaşadığı müddətcə diri tutmağa qadir bir sözdür: “Dildə, Fikirdə və İşdə Birlik!” kimi bir fikir irəli sürməsi, Qaspıralı haqqında bu günə qədər yazılan ən zövqlü, ən tutarlı və ən məntiqli fikirlərdən biridir deyə bilərik. Bu fikirdə Çarlıq Rusyasının Türk nüfusunu əsarətdə saxlamaq üçün həyata keçirdiyi müstəmləkə siyəsətinin və bu siyasətin tətbiq edildiyi məmləkətdə yaşayan, ancaq zülmə boyun əyməyən bir fikir adamının mücadilə və çırpıntıları, ümid və arzuları və nəticədə ortaya qoya bildiyi dahiyanə tezisinin dəqiq şərhi var.

İ.Qaspıralı “Tərcüman” adlı qəzetində şüara çevirdiyi yuxarıdakı tezisiylə Türk dünyasının assimilyasiya edilməməsi üçün gərəkən ortamı sağladısa da, özünün də yazdığı və müəllifin də irəli sürdüyü kimiÇin səddindən dənizə qədər yayılmış, parçalanmış Türk millətinin ortaq bir dili olmaması məni hər zaman rahatsız edib” əndişəsiylə yaşadı və bu dünyadan köçdü. Və Orhan Arasın bu böyük şəxsiyyətlə bağlı yazdıqları da isbat etməkdədir ki, Qaspıralının fikirləri unudulması mümkün olmayan və hər zaman kəsiyində istinad edilə biləcək ideyalardır.

B.Vahabzadənin hələ sovet dönəmindəki mövqeyinə, iman və inamının şeirsəl ifadəsinə, yazılan məktublara göstərdiyi ilgi və səmimiyyətə və şeirlərindəki dərin bədiiyyata dair təhlillər aparılır. Yazıda şair Vahabzadənin xalq şairi kimliyinə, vətəndaşlıq heysiyyətinə xüsusi diqqət yetirilir. Şairin 20 Yanvar 1990-cı ildə şəhidlərin xatirəsinə yazdığı “Şəhidlər” poemasından örnək mısralar verilir, yüzlərlə Azərbaycan övladının rus tanklarına sinə gərib şəhid olduğu bu qanlı olayların Vahabzadə poeziyasındakı yansımaları açıqlanır.

Orhan Aras bu yazısında da özünəməxsus isabətli cümlələr işlədərək şair Vahabzadənin bənzərsiz poeziyasından bəhs edir. B.Vahabzadənin “Axı dünya firlanır” şeirini incələyən müəllifin, sovet rejimində kultlaşdırılan siyasi bütlərdən Vahabzadə “...intiqamını şeirləriylə alır” yazması və bu fikriniOnun şeirlərində Yunus Əmrə coşqunluğu, Mövlananın xoş görüsüKo¬roğlunun üsyanı yan-yana idikimi sətirlərlə tamamlaması, Vahabzadə şeiriyyətinə olan sevginin bariz təcəssümü kimi səciyyəvidir. B.Vahabzadə, bilavasitə 20 Yanvar olaylarıyla sovet rejiminin maskasının yırtılıb əsl simasının ortaya çıxdığını digər şeirlərində də bəyan edib:

 

Nə ədalət, nə gerçək

Vallah yoxdu o gecə.

Zülüm, zalım əliylə

Haqqı boğdu o gecə.

 

Orhan Arasın kitabındakı başlıqlardan biri də belə adlanır: “Əsrimizin Rəsulzadəsi”. Bu bölümü oxuyarkən də hər bir Türk kimi istər istəməz özünə yaxın, dost bildiyin bir insanın yaşamını və bu yaşamdakı acı taleh yazısını da oxumuş olursan. Orhan Aras böyük ideoloqlider Məmməd Əmin Rəsulzadənin portretini kəlmələrlə çəkərkən, böyük mütəfəkkirin “Əsrimizin Səyavuşu” əsərinə də diqqət çəkir, bu əsərdəki əsas nüansları ön planda təsvir edir, onun fəaliyyət və fədakarlıqlarından, iki illikolsa müstəqil və şərəfli bir dövlət quraraq dünya imperializminə qarşı savaş açmasından danışır.

M.Ə.Rəsulzadənin Türk dilinə olan həssaslığı Orhan Arasın diqqətini çəkir, onun 1917-ci ildə Moskvada keçirilən Rusiya Müsəlmanları qurultayındakı türkcə danışmanın gərəkliliyi xüsusunda dilə gətirdiyi ifadəni qeyd edir: “Biz Türkük, və bu kürsüdə Türkcədən başqa bir dillə əsla danışmayacağam”. Bu ifadədən sonra müəllif, çağımızın çox hörmətli aydınlarının belə, dil məsləsinə laqeyd qalmamalarına dair bir mesaj göndərir: “Ey Oljas Süleymanov, ey! Sən 85 il sonra belə Bakıdakı Türklərlə dolu salonda, bir Türk qurultayında çıxıb da rusça danışırsan, qulaqların cingildəsin!”

Rəsulzadə yaşamı, Rəsulzadə irsi bütün dövrlərdə belə ibrət alınacaq mənəvi mirasımızdır. Bu mənəviyyat etalonu, Çar Rusiyasının boyunduruğunu qıran, şərq dünyasında ilk dəfə cümhuriyyət yaradan, daha sonra başlayan rus-erməni-bolşevik işğalına qarşı ömrünün sonunadək mübarizə aparan bir şəxsiyyətin - M.Ə.Rəsulzadənin bizlərə əmanət etdiyi dəyərləri əhatə edir.

Orhan Arasın bir sonrakı nəsr əsəri “Ah Türkiyə, ah” adıyla 2016-cı ildə Almanyada çap olunub. Bu əsər “Ön söz”dən sonra 22 başlıq altında vücuda gəlmiş bir əsərdir. Bu başlıqlar sırasıyla belə adlanır: “Aydın vicdanı”, “Avropalı”, “Xoca Paşa”, “Böyük Türkiyəmi?”, “Bilgisizlikmi?”, “Vəfasızmıyıq?”, “Kimik biz?”, “Türkcə bilirikmi?”, “Çox danışan Türkiyə”, “Bölünməkmi?”, “Barışın torpağı”, “Ah, romantik Türkiyə”, “Öyrətmən-I”, “Öyrətmən-II”, “Ətrafımız”, “Ən doğru məzhəb bizim məzhəbdir!”, “Hansı örnək gənclik”, “Yeni şeylər söyləmək”, “Dövlət malı”, “Biz bizi bilirikmi?”, “Türkiyənin imicimi?”, “Mən”.

Bu başlıqlar altında toplanan bəzi yazıları oxuyub dərk edən günümüzün ziyalıları (özəlliklə batı dünyasını bilən, Avropadakı siyasi və ədəbi mühiti az-çox öyrənənlər) bir çox mürəkkəb məsələlərin həllinə də nüfuz edə bilərlər. Yəni ələ aldığımız bu yazılar, yönləndirici, adaptasiya edicidünyada olub bitənlərə daha açıq bir gözlə baxmaq üçün ciddi mənada təkanverici mahiyyətdə olmasıyla önəmlidir.

 

Rövşən Əlizadə

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2018.- 18 aprel.- S.14.