“Azərbaycan- Almaniya münasibətlərini bir sıra amillər şərtləndirir”

 

Musa Qasımlı: “Hər şeydən əvvəl, xalqlarımız arasında münasibətlərin dərin tarixi kökləri var

 

Almaniya Kansleri Angela Merkelin Azərbaycana ümumilikdə regiona səfəri bölgə mediası ilə yanaşı Avropa mediasında da müzakirə olunur. Səfərin mahiyyəti ekspertlər tərəfindən dəyərləndirilir.

Millət vəkili Musa Qasımlı deyib ki, Azərbaycanın Almaniyada, Almaniyanın da Azərbaycanda böyük maraqları var. Həmin maraqlar cərgəsində siyasi, strateji, təhlükəsizlik, ticarət-iqtisadi, maliyyə, enerji, elmi-texniki, mədəni humanitar əməkdaşlıq mühüm yer tutur. O bildirib ki, Azərbaycan Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətində birinci yeri tutur: "Azərbaycan- Almaniya münasibətlərini bir sıra amillər şərtləndirir. Hər şeydən əvvəl, xalqlarımız arasında münasibətlərin dərin tarixi kökləri var. Hələ orta əsrlərdən ilk əlaqələr yaranmışdı. Sonralar, XIX əsrdən almanlar ölkəmizdə məskunlaşıblar. Azərbaycan xalqı onlara xoş münasibət bəsləyib. Ortaq nikahlar da olub. Birinci İkinci Dünya müharibələri zamanı Azərbaycana alman əsriləri gətirilimişdi. Bu gün ölkəmizdə alman əsirlərinin məzarları var ən yaxşı şəkildə qorunur. İkinci Dünya müharibəsindən sonra Qərbi Almaniyada Qərbi Berlində azərbaycanlılar qalmış öz təşkilatlarını qurmuşdular. AFR- azərbaycanlı məzarları var. Sovet dövründə AFR-in Lüdviqshafen şəhəri ilə Sumqayıt qardaşlamışdı bu, indi davam edir.

AFR Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq tanıyan səfirlik açan dövlətlərdən biri olub. Ölkəmizin Avropada ilk səfirliyi məhz Almaniyada açılıb. Bütün bunlarla yanaşı, Azərbaycan-Almaniya münasibətlərinə təsir edən bir çox digər ciddi amillər var. Bunlar həm ikitərəfli, həm regional, həm beynəlxalq çərçivədə maraqlardır. Həmin maraqlar cərgəsində siyasi, strateji, təhlükəsizlik, ticarət-iqtisadi, maliyyə, enerji, elmi-texniki, mədəni humanitar əməkdaşlıq mühüm yer tutur. Almaniya Avropa İttifaqının aparıcı dövlətidir əgər belə demək mümkündürsə, təşkilatın ağırlığını çəkir.

Bu gün Azərbaycan Avropa İttifaqı ilə geniş əməkdaşlıq edir böyük perspektivlərinə dair danışıqlar aparılır. Məlum olduğu kimi, Prezidentimiz İlham Əliyev dəfələrlə Almaniyaya səfər edib, münasibətlərin hüquq-müqavilə bazası formalaşıb möhkəmldirilib. Azərbaycanın etibarlı tərəfdaş imici formalaşıb. Dövlət hökumət nümayəndələrinin qarşılıqlı səfərləri həyata keçirilib. Ölkəmizə alman texnologiyası gətirilib. İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıqda dinamizm vardır. Təqribən 150 alman şirkəti ölkəmizdə fəaliyyət göstərir. Almaniya ölkəmizin xarici ticarətində özünəməxsus yer tutur. Azərbaycan da Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətində birinci yeri tutur. Angela Merkelin səfəri keçirilən danışıqlar həm ikitərəfli, həm çoxtərəfli formatda qarşılıqlı münasibətlərdə yeni səhifə açacaq. Bu səfər Avropa İttifaqı ilə əməkdaşlığa da müsbət təsir edəcəkdir".

Musa Qasımlı onu da əlavə edib ki, Azərbaycan müsəlman dünyasında özünəməxsus yer tutduğundan Almaniya üçün əhəmiyyət kəsb edir: "Bu istiqamətdə yeniliklər gözləməyə dəyər. Çünki Almaniyanın özünəməxsus ənənəvi Yaxın, Orta Şərq Qafqaz siyasəti vardır. Yeni şəraitdə onun həyata keçirildiyini görməmək mümkün deyildir. Ənənəvi olaraq Almaniya xarici siyasət fəaliyyətini hay-küysüz, sakitcə, ilk növbədə, münasibətlərin maddi təməlləri möhkəmləndirərək yürüdür bir müddət keçdikdən sonra digər böyük dövlətlərlə birlikdə masada oturur. Almaniyanın ilk federal kanslerinin ölkəmizə səfəri bütün sahələrdə əməkdaşlıq üçün böyük perspektivlər açacaq. İlk növbədə, ikitərəfli ticarət-iqtisadi, elmi-texniki mədəni-humanitar əlaqələr genişlənəcək. Bundan hər iki tərəf fayda götürəcək".

Millət vəkili Azər Badamov bildirib ki, Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfərinin ölkəmiz üçün böyük əhəmiyyəti var: “Əvvəla, qeyd etmək istəyirəm ki, Angela Merkelin Cənubi Qafqaz ölkələrinə turnesi çərçivəsində son dayanacaq nöqtəsi kimi Azərbaycanı seçməsinin böyük mənası var. Bu onu göstərir ki, xanım Merkel Ermənistanın səfalətdə yaşayan, köhnə, dilənçi, ümumiyyətlə Avropanın baxışlarına uyğun gəlməyən bir ölkəsinin əhval-ruhiyyəsi ilə geri qayıtmaq istəməyib”. Deputatın sözlərinə görə, xanım Merkelin son səfərinin Azərbaycanı seçməsi Cənubi Qafqazla gələcək əməkdaşlıqda Almaniyanın Azərbaycana üstünlük verdiyini göstərir: “Angela Merkel Azərbaycana qoyduğu ilk qədəmlərindən gördü ki, Azərbaycan heç Avropadan geridə qalan ölkə deyil. İnfrastrukturunun müasirliyi, şəhərin gözəlliyi, iqtisadiyyatımızın son 15 ildə 3 dəfədən çox artması, ölkədə iqtisadiyyatın diversifikasiya siyasətinin yeridilməsi, Avropanın enerji təhlükəsizliyin təminatında artan rolumuz, bütün bunlar Almaniya Azərbaycan strateji əməkdaşlığında əsas yer tutur”.

A. Badamov bildirib ki, almanlar harada kiminlə görmək lazım olduğunu yaxşı anlayır: “Almaniya dünyanın aparıcı iqtisadiyyatına malik ölkədir. Bu gün Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin ilbəil artması qeyri-neft sektorunda icra olunan layihələr alman adamlarının Azərbaycana marağını artırır. Almaniya iqtisadi maraqlarını daha geniş şəkildə Azərbaycanda təmin etmək üçün ölkəmizin ərazi bütövlüyünün siyasi sabitliyinin təmin olunmasında maraqlıdır. Bu gün Almaniyanın 150-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir məhz dövlət büdcəsindən maliyyələşən layihələrin 1 milyard dollardan çox hissəsinin Alman şirkətlərinin payına düşməsi ölkələrimiz arasında gələcək əməkdaşlığın genişləndirilməsinə əsas verir”.

Deputat əlavə edib ki, səfər çərçivəsində Federal Kanslerin biznes adamları ilə görüşməsi gələcək fəaliyyətlərinə tövsiyələrin verilməsi onu deməyə imkan verir ki, Azərbaycan Almaniya üçün maraqlı ölkədir bu əlaqələr ölkəmizin Avropa İttifaqına inteqrasiya prosesinin sürətlənməsinə, genişlənən ikitərəfli strateji əməkdaşlıq əlaqələrinə xüsusi təkan verəcək.

Millət vəkili Sədaqət Vəliyeva qeyd edib ki, Almaniya kansleri xanım Angela Merkelin ölkəmizə səfəri ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə səbəb olacaq. S. Vəliyeva bildirib ki, Almaniya dünyanın dördüncü, Avropa qitəsinin ən güclü ölkələrindən biridir. Xüsusilə də, son dövr ərzində dünyada baş verən geosiyasigeoiqtisadi proseslər Almaniya kimi dövlətlər üçün müxtəlif regionlar üzrə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini genişləndirmək, dərinləşdirmək istəklərini reallaşdırma imkanları formalaşdırır. Əlbəttə ki, xanım Merkelin Azərbaycana səfəri də bu baxımdan istisna təşkil etmir: "Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizə 250 milyard dollar sərmayə qoyulub. Davos Ümumdünya İqtisadi Forumu da Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb. Artıq bu gün Azərbaycan Cənubi Qafqaz regionunun maliyyə və iqtisadi kütləsinin 75 faizini özündə cəmləşdirir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfələr verməkdə davam edir. Hətta, Azərbaycanın malik olduğu tranzit-kommunikasiya infrastrukturu perspektiv karbohidrogen layihələrin reallaşdırılması üçün də əlverişli şərait yaradır. Eyni zamanda Azərbaycanın Avropa İttifaqına daxil olan dövlətlərin bir çoxu ilə ikitərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətləri də mövcuddur. Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50 faizdir. Bu mənada, Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. 2017-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42 faiz olub və 9,4 mlrd. dollar təşkil edib. 2018-ci ilin ilk 4 ayında isə bu göstərici 15 faiz təşkil edib və 3,7 mlrd. dollar olub. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 25 milyard dollara yaxın investisiya yatırılıb. Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1500-dən çox şirkəti fəaliyyət göstərir. Elə Azərbaycanın Almaniyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olması faktı da bu göstəricilərə əlavə edilir. Məhz bu və digər səbəblər Almaniyanın Azərbaycanla əlaqələrini daha da inkişaf etdirmək, dərinləşdirmək planlarının reallaşdırılmasına şərait yaradır".Onun sözlərinə görə, Prezident İlham Əliyevin və xanım Angela Merkelin adamları ilə görüşü zamanı Almaniya kanslerinin Azərbaycanın geostrateji ərazidə yerləşməsi, İranRusiya ilə sərhədlərə malik olması, Türkiyə ilə sıx münasibətlərinin mövcudluğu barədə danışması, eyni zamanda ölkəmizin Avropanın enerji təminatının şaxələndirilməsində Avropa İttifaqı üçün mühüm bir ölkə olmasını, Azərbaycanın çox sürətli inkişafa nail olduğunubunun Almaniya ilə yaxşı partnyorluq üçün əsas yaratdığını qeyd etməsi bir daha rəsmi Berlinin Bakı ilə sıx əməkdaşlığa verdiyi önəmi üzə çıxarır. Bu isə o deməkdir ki, Azərbaycan-Almaniya əlaqələrinin dərinləşməsi Cənubi QafqazAvropa regionu üçün xüsusi əhəmiyyət kəsb edir.

 

Əli

Xalq cəbhəsi 2018.- 29 avqust .- S.7.