Güney Azərbaycan: Ədəbiyyatşünaslıqda poema janrının tədqiqi tarixindən

 

 

4-cü yazı

 

Şair və tənqidçi kimi son dərəcə maraqlı ədəbi-bədii irs yaradan Əziz Səlaminin Nasir Merqatinin “Talanmış günəş” və “Yad torpağım” kimi modern poemalarının da yer aldığı eyniadlı kitabı haqqında qələmə aldığı “Talanmış günəşdən başlanan addımlar” adlı təhlil yazısında oxucunun gözləri qarşısında təkcə N.Merqatinin yaradıcılıq yolu, üslubu deyil, Güneydə baş verən çağdaş ədəbi prosesin konturları açılır. Əziz Səlami qeyd edir ki, mifoloji obrazlardan bol-bol bəhrələnən Nasir Merqati Avropa yazıçılarının yaradıcılığına da böyük maraq göstərir, “Talanmış günəş” və “Yad torpağım” poemalarında tanınmış ingilis şairləri Lord Alfred TenisonTomas Storns Eliotdan daha çox təsirləndiyi görünür. Hətta Ə.Səlami şairin bəzən ekspressionist yönlü yaradıcılığı ilə daha çox sevilən Eliotdan N.Merqatinin yersiz təsirlənməsini də nəzərdən qaçırmır və yazır: “Günün tozlukirli saçaqları altında, Qıvrılan yolda Kölgəsiz ağaclar” sözlərilə başlanan şeir, ortaya çıxacaq lövhəni apaydın gözlərimizin önündə açmağa başlayır. Sonra ”kölgəsiz ağaclar” sözlərinin Eliotdan alınmasını və ya etkilənməsini şairin açıqlamasından öyrənincə düşünürük ki, bu sözləri şair özü deyə bilirsə, Eliotdan yardım almağın nə anlamı ola bilər və habelə “Yad torpağım” şeirinin 3-cü bölməsindən aşağıdakı sözlər kimi:

Əziz Səlami şairin iki yazıçıdan A.Tenisondan və yenə də T.S.Eliotdan etkiləndiyinə diqqət çəkir. Ürək yanğısı ilə qeyd edir ki, “az qala kor olanımız da milli varlığımızın kərpiç bayrağı olan Ərkin sökülməsini görərkən bu sadə sözləri söyləmək üçün bir deyil, iki yazıçıdan etkilənməyə və onların adını kitaba yükləməyə gərəkmi var?”

İlk olaraq Nasir Merqatinin ana dilindən necə yararlanması ilə maraqlananonun pafoslu bir dillə yazdığını təqdir edən Əziz Səlaminin “Talanmış günəş” poeması ilə ilgili tənqidi qeydləri gerçəkdən çox düşündürücüdüronun obyektiv, ciddi qeydləri ilə razılaşmamaq qeyri-mümkündür: “Şeirsəllik baxımından “Talanmış günəş”ə yeni deyil, əski bir ruh hakimdir. Bütün obrazlar hər zaman eşitdiklərimiz və köhnə dostlarımızdırlar! N.Merqati bu kitabında dünya ədəbiyyatından nə oxuyub-oxumadığı-na baxmayaraq Azər-baycan şeir havasından eşiyə çıxa bilməmişdir. Çağdaş Türk şeirinə bir cığır belə açılmamışdır bu kitabdan. Şairimizin oxuduğu qaynaqların bəlkə də hamısı belə fars dilində olsa da, modern fars şeirinin əldə etdiyi poetik başarılar bu kitaba bir pəncərə belə aça bilməyib. Şairimizin xəyal gücünün qanadları yeni göylərdə uçmaq üçün hələ gələcək zamanları gözləməkdədir”.

Tənqidçi Nasir Merqatinin bəzən sözləri danışıq dilində olduğu kimi şeirə gətirib işlətməsini (məs: başmağ, qaranlıx, çaylax, toranlıx, ayax, tezlıqla, qazaş, arzılır və s.) dilə xoşagəlməz rəng qatan, onun ciddiliyini zədələyən hal kimi dəyərləndirir, pafoslu bir anlatma tərzini istər-istəməz çökdürdüyünü düşünür. Bu halın nədənini acı qədərində, “bir gün belə öz dilində məktəbə getmək haqqı olmayan bir xalqın balaları olmasında!!!” görür. O, məqalədə maraqlı, əli qələmli soydaşları üçün çox gərəkli bir təklif də irəli sürür: “Nə yazıq ki, bizim Güneydən olan yurddaşlarımız, başlarını qaldırıb, fars dilindən bir addım o yanda, bizim qardaş dilimiz olan Türkyə türkcəsini görübbütün dünya ədəbiyyatının orada necə səsləndiyini öyrənmirlər”.

İki gənc şairin çağdaş Güney Azərbaycan ədəbiyyatında modern poema yaradıcılığı ilə ilgili araşdırmasından, məsələyə konseptual yanaşmasından örnək olaraq gətirdiyimiz nümunələrdən də görünür ki, Güneydə bu istiqamətdə düşünülür, müəyyən işlər görülür. Nadir Əzhərinin “Yelenay”, Kiyan Xiyavın isə təkcə son illərdə qələmə aldığı bir-birindən maraqlı məzmuna malikAman sevgilim!”, “Faciə (avtobioqrafiya)”, “Hopbul-hop”, “It bayramında qartal ardınca”, “Təbrizin saatı səkkiz”, “Ölüm-dirim savaşında”, “Gömülmüş bir şəhər içində, yalnız”, “Bir yaşarı, bir öləri torpaqda”, “Şallaq sevgisi”, Əli Daşqının “Əsir torpaq-Qarabağ” və “Xalac köyükimi epik təsvirli poemaları araya-ərsəyə gətirməsi fikrimizi təsdiqləyən orijinal nümunələrdir.

Qeyd edək ki, lirik yaradıcılığında, eləcə də poemalarında cazibədar bir Təbriz dünyası yaradan və yurddaşlarının qan yaddaşını oyatmaq üçün çaba göstərən Kiyan Xiyav yeknəsəklikdən qaçır. Əslində “şəhər elementlərinin bol-bol sirayət etdiyi modern şeirin bir qanadı məhz şəhərlərin tarixininbugünkü inkişafının yaratdığı qeyri-ənənəvi mənzərənin bədii təsviri önəmli yer tutan poemalardır. Bu tendensiya son dövr yaradıcılığının ana xətti kimi yansıyan Kiyan Xiyavın “Təbrizin saatı səkkiz”, “Tanqosuz Təbriz”, “Təbriz və biz-ikili yalnızlıq” poemalarında da izlənir. Mövzu, motiv, bədii hədəf baxımından oxşar olan və keçmişlə bu günün, bu günlə gələcəyin, tarixlə çağdaşlığın üzvi sintezi izlənilən, modern şeirə xas şəhər elementləri kifayət qədər yer alan bu iri həcmli əsərlərə uca bir türkçülük ruhu da hakimdir. Masmavi göylərin rəngini özünə simvol seçən türkün rəngi mavidir, turançı, türkçü Kiyan bəyin gözü ilə baxdıqda isə bu rəng bütün yabançı rənglərdən gözəl və dəyərlidir. Sanki dünyadakı bütün rənglərin gözəlliyi, sehrkarlığı, əsrarəngiz cazibəsi bu rəngin çalarlarından doğulub”.

Əsərlərində yeni-yeni obrazlar yaradan, modern şeirin tələblərinə uyğun olaraq poemalarında şəhər elementlərinə, simvol və rəmzlərə geniş yer verməklə fərqli təhkiyə sərgiləyən Kiyan Xiyavın poemalarını oxuduqca mavi rəngin ədəbiyyatda masmavi dəyişiklik yaratdığının da şahidinə çevrilirsən. Deməli, fil.ü.e.d., tənqidçi Cavanşir Yusifli: “Dünyanın bütün sirləri, olar-olmazları bədii mətnin içində gizlənib, yaxud şifrələnib”, Joze Sara- maqon isə “ədəbiyyat dünyanı dəyişə bilməz, dünya ədəbiyyatı dəyişə bilər və yaxşı ki, belədir” , - fikrində haqlıdır.

Tədqiqatçılar Güney ədəbiyyatının şablonçuluqdan və sxematiklikdən kənar çərçivədə inkişaf yoluna çıxmasını xüsusilə qeyd edirlər. Çünki Güneydə formalaşan ədəbiyyat cəmiyyət və ictimaiyyət faktorlarını hakim elitanın cansıxıcı və öldürücü təsirlərindən qurtarmaqla, həm də yeni mütərəqqi ideyaların yayılması istiqamətində böyük addımlar atmışdır. Bu gün Güney Azərbaycan poeziyasına və nəsrinə dünya ədəbi, estetik-fəlsəfi fikir cərəyanlarının təsiri göz qabağındadır. Bu təsir həm ənənəvi-realistik, həm də lirik- romantik üslublarda qələmə alınan modemizm təmayüllü əsərlərdə özünü daha çox göstərir. Əgər Quzey Azərbaycanda şairlər bu gün poema janrına niyə müraciət etmirlər, yaxudüçün bu janrda az əsərlər yazılır? - kimi suallar üzərində düşünülürsə, demək, Güneydə də bu problem mövcuddur.

Maraqlı cəhət budur ki, ayrı-ayrı Güney şairlərinin həyat və yaradıcılığını öyrənən alimlər onların (Şəhriyarın “Heydərbabaya salam”, “Stalinqrad qəhrəmanları”, Səhəndin “Sazımın sözü” poemaları istisna olmaqla) poema yaradıcılığının üstündən sükutla keçib, bəzən müvafiq əsərlərin, sadəcə, adını çəkməklə kifayətləniblər. Qeyd edək ki, 2012-2013-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşlarının kollektiv nəşrləri olan və XXI əsrin ədəbi-mədəni hadisəsi kimi meydana gələn “Güney Azərbaycan ədəbiyyatı tarixi XIX-XX əsrlər” və “XX əsr Güney Azərbaycan ədəbiyyatı tarixi” kitablarında iki əsrin ədəbi prosesi professional şəkildə izlənir. Bu sanballı nəşrləri ərsəyə gətirməkdə əsas məqsəd “Şimali Azərbaycanın Rusiyaya qatıldığı dövrdən sonra Güney Azərbaycanda yaranmış ədəbiyyatın iki cildlik tarixini yaratmaq idi”.

İkicildlik Güney Azərbaycan ədəbiyyatı tarixindəki materiallarla ilkin tanışlıqdan sonra oxucu əmin olur ki, “Güney Azərbaycanda yaşayan xalq geri qalmış bir Şərq ölkəsində Gülüstan müqaviləsindən sonra maarif, demokratiya və azadlıq, islamsaf əxlaq ideyalarına bağlı olan nəhəng bir ədəbiyyat və mədəniyyət yaradıb”. Güney Azərbaycan ədəbiyyatı tarixi (XX əsr)” kitabında ilk dəfə olaraq M.M.Etimad, K.M.Sönməz, H.Tərlan, H.M.Savalan və Ə.Daşqının bədii irsi sistemli şəkildə tərəfimizdən araşdırılmış, onların poeziyası ilə yanaşı, poema yaradıcılığı da tədqiqata cəlb olunub.

Hazırda tədqiqatçı Lətifə Mirzəyeva Kərim Məşrutəçi Sönməzin həyatını və zəngin yaradıcılıq yolunu tədqiq edir, şairin 60 illik ədəbi-bədii irsini əhatə edən monoqrafiya üzərində işləyir. Onun ilk dəfə nəşrə hazırladığı “K.M.Sönməz. Biblioqrafik göstərici” kitabı isə “Mütərcim” nəşriyyatında, şairin “İsanın son şamı” poeması haqqında yazdığı “Qiymətli ədəbi inci” adlı məqaləsi isə “Azərbaycan şərqşünaslığı” jurnalında çap olunub.

Quzey Azərbaycan ədəbiyyatında yüksələn xətlə inkişaf edən poema janrının vəziyyəti və XX əsrin III rübündən sonra bir janr kimi çöküşü ilə bağlı sonuncu müzakirə 37 il qabaq - 1977-ci ildə keçirilib. Poema: axtarışlar, perspektivlər” mövzusunda gerçək-ləşdirilən həmin diskussiyanın gündəliyində nəhəng janrın çöküş səbəbləri, problemləri, bəzi poema nümunələrinin özəlliklərinin müzakirəsi olub. 2014-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda 2013-cü ilin ədəbi yekunlarına dair elmi sessiya keçirilibQuzey Azərbaycan ədəbiyyatının mövcud durumu, ədəbi prosesin perspektivləri geniş müzakirə olunmuşdu. Fil.ü.f.d. Elnarə Akimova “Janrın qürubu, yoxsa ədəbi laqeydliyimiz” məruzəsində şairlərin bu janra az müraciət etmələrinin səbəblərini araşdırır və bu nəticəyə gəlir: “1980-ci illərin əvvəllərində çap olunan “Ədəbi proses” məcmuələrində məsələyə münasibətdə Y.Qarayevin, Ş.Salmanovun, Ş.Alışanlının problematikliyi ilə seçilən məruzələri diqqət çəkir. Etiraf edək ki, elə tək son illər ədəbi yekunlara həsr olunmuş məruzələrdə bütün janrlara, sahələrə vüsətli nüfuz edilib, poema janrı isə ikinci, üçüncü dərəcəli nəsnə kimi unudulub. Hətta adda-budda danışılıbsa da, yalnız şeir haqqında məruzələrimizin sonunda kiçicik qeydlər etməklə kifayətlənmişik. Halbuki bu gün janrın müzakirə olunmasına, problemlərinin çözülməsinə, yaradıcılıq axtarışlarının şərhinə ehtiyac böyükdür. Çağdaş ədəbiyyatda poema janrı imkanlarını tükədirmi, yoxsa daha müasir, yeni forma və məzmunlu ifadə planında özünü göstərirmi? Sualın birinci tərəfini cavablandırsaq, bəli, 30-40 ilin əvvəllərinə nisbətən indi poema janrına müraciət azalıb”.

Göründüyü kimi, məsələ bu gün də ədəbi müzakirələrin mövzusu olmaqdadır. Bütün yanaşmalara nəzər saldıqdan sonra belə bir qənaət hasil olur ki, mükəmməl poema nümunəsi ərsəyə gətirmək çətin və məsuliyyətli, yüksək poetik təfəkkür, bədii duyumali zövq tələb edən ağır bir yaradıcılıq işidir.

 

Esmira Fuad

filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2018.- 18 dekabr.- S.14.