London Moda Həftəsində azərbaycanlı rəssamın əsərləri təqdim olunub

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin professoru, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri Arif Əzizin əsərləri London Moda Həftəsində nümayiş olunub.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya bildirilib ki, Arif Əziz beynəlxalq səviyyədə tanınmış ən nüfuzlu azərbaycanlı rəssamlardan biridir.

Onun yaradıcılığı zəngin çoxşaxəlidir.

Öz sərbəst özünüifadəsi ilə tanınan rəssamın qeyri-adi unikal yaradıcılıq üslubu gənc alman modelyeri Leoni Mergenin diqqətini çəkərək 2018 London Moda Həftəsində nümayiş etdirilmiş kolleksiyasında əksini tapıb.

Bu kolleksiya modelyerin 2017-ci ildə Berlin London moda həftələrində nümayiş etdirilmiş tənqidçilər tərəfindən bəyənilmiş Qarabağ Kolleksiyasından sonra ərsəyə gətirilən sayca ikinci layihəsidir.

Hər iki layihə TEAS-ın təşkilatçılığı ilə həyata keçirilib.

Arif Əziz Buraxılışı kimi tanınan bu yeni kolleksiya başlanğıc nöqtəsini rəssamın Bəyaz Dövründən götürür. Bu, 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyinin bərqərar olunduğu dövrdə başlayıb. Daha sonra böyük rəssamın realizmdən irəli gələn obyektiv reallığın təsvirindən impuls alan ritmlər rənglərlə gözəllik yaradaraq getdikcə əksinə - mistik subyektiv reallığa keçidini əks etdirir.

Rəssam üçün bütün rənglərin sintezi olan rəng paklığın rəmzi, varlığın sevincindən irəli gələn qeyri-ixtiyari işıq, təbiət insan vəhdəti olaraq müxtəlif dərəcələrdə əhəmiyyət daşıyır. Bu dövr həmçinin, Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra təmizlənmə ağardılmaya incə lirik formada ifadə olunmuş bir işarədir.

Qeyd edək ki, alman modelyeri Leoni Mergenin 2018 London Moda Həftəsində podiuma çıxarılmış Arif Əziz Buraxılışı adlı kolleksiyası haqqında xəbər Euronews kanalının portalında da yer alıb.

 

Xalq Cəbhəsi.- 2018.- 20 fevral.- S.16.