Azərbaycan filmi beynəlxalq festivalda uğur qazanıb

Rusiyanın Kazan şəhərində keçirilən ZILANT beynəlxalq kinofestivalının finalçıları arasında azərbaycanlı rejissor Murad Əbiyevin Dəniz suyu içən it filmi nümayiş edilib. Ekran işi Qısametrajlı film kateqoriyasında Ən yaxşı rejissor işi nominasiyasında qalib olub. Qalibləri Rusiyanın aparıcı kinorejissoru Andrey Selivanov mükafatlandırıb. Filmi, ssenari müəllifi prodüser Lalə Əliyeva-Klıçkova təqdim edib. O, ekran işi barədə danışıb Azərbaycan filmini beynəlxalq festivalda təqdim etməkdən qurur hissi duyduğunu qeyd edib.

Dəniz suyu içən it qısametrajlı filmi NərimanFilm kinostudiyasında çəkilib. Film, sevdiyi kişinin xəyanətinə məruz qalan doğulmamış övladını itirən qadının taleyindən bəhs edir. Ruh düşkünlüyü çarəsizlik yaşayan qadın kimsənin olmadığı çimərliyə gəlir bu yer onun həyat tarixçəsinin aydınlaşmasının səssiz şahidinə çevrilir. Festival çərçivəsində, həmçinin Kinokadrın kompozisiyası mövzusunda ustad dərsi təşkil edilib.

Qeyd edək ki, bu ilin aprel ayında isə film Kamerunda beynəlxalq festivalda təqdim ediləcək. Baş rolun ifaçısı Natəvan Hacıyeva Women`s Only Entertainment film festivalında Xarici kino sənətinin ən yaxşı aktrisası adına, filmin prodüseri isə Moskvadakı Moscow Indie müstəqil kino festivalında Ən yaxşı qadın kinematoqraf mükafatına layiq görülüb.

 

Xalq Cəbhəsi.- 2018.- 27 fevral.- S.16.