Uşaq rəsm festivalına yekun vurulub
Xətai Sənət
Mərkəzində “Azərbaycanım” adlı respublika
uşaq rəsm festivalına yekun vurulub.
Mədəniyyət
və Təhsil nazirlikləri, Azərbaycan Dövlət Rəsm
Qalereyası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi,
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon
İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və
Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı
ilə reallaşan festival Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyinə həsr edilib.
Azərbaycan Dövlət
Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Azərbaycan
Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı
Ağəli İbrahimov və digərləri
çıxış edərək festivalın əhəmiyyətindən,
sərgilənən əsərlərin məna və məzmun
dolğunluğundan danışıblar.
Festival çərçivəsində
keçirilmiş müsabiqənin
iştirakçıları arasından əsərlərində
milliliyi daha yaxşı təsvir etmiş 35 uşaq
açıq havada əsərlərini yaradıblar. Sonra qaliblər
mükafatlandırılıb. Mükafatlar beş nominasiya
üzrə təqdim olunub.
Xalq Cəbhəsi.-
2018.- 8 iyun.- S.16.