Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı

 

Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı Azərbaycan Milli Konservatoriyası tərəfindən martın 7-dən 14-dək “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcək. Festivalın bədii rəhbəri Xalq Artisti, UNESCO-nun “Sülh artisti”, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadədir. Mədəniyyət Turizm Nazirliyindən bildirilib ki, festival çərçivəsində Bakı Gəncə şəhərlərində Azərbaycan xarici musiqiçilərin iştirakı ilə konsertlər təşkil olunacaq, beynəlxalq elmi simpozium muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə iştirak etmək üçün Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş, Gürcüstan, Hindistan, İsrail digər ölkələrdən musiqiçi münsiflər heyəti dəvət olunub. Festivalın açılış mərasimi martın 7-də Heydər Əliyev Sarayında reallaşacaq. Tədbirdə tanınmış kollektivlər - Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova), Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblının rəqs qrupu (baletmeyster Cəmilə Bayramova), Bakı Xoreoqrafiya Akademiyasının tələbələri solistlər - Gülyaz Məmmədova, İlkin Əhmədov, Afaq Abbasova, Anton Fernştat, Sahib Paşazadə, Toğrul Əsədullayev başqaları iştirak edəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasında martın 7-10-da “Muğam ənənəsi elm incəsənət qovşağındamövzusunda beynəlxalq simpozium keçiriləcək. Simpoziumda Fransa, Kanada, Hollandiya, Türkiyə, İran, Macarıstan, Özbəkistan Serbiyadan dəvət olunmuş xarici qonaqlar iştirak edəcəklər. Azərbaycan Milli Konservatoriyasında mart 10-13-də beynəlxalq muğam müsabiqəsi təşkil olunacaq. Müsabiqə iştirakçılarını Azərbaycandan münsiflər heyətinin sədri, Xalq Artisti, professor Siyavuş Kərimi, Polşadan Piotr Pucylo, Türkiyədən Mehmet Bitmez, İrandan Fərhad Fəxrəddini Tacikistandan Abduvali Abduraşidov kimi musiqi mədəniyyətinin görkəmli nümayəndələri qiymətləndirəcəklər. Müsabiqə instrumental vokal bölmələri üzrə aparılacaq. Konservatoriyada, həmçinin musiqi gecələrinin keçirilməsi nəzərdə tutulub. KonsertlərdəQarabağmuğam qrupu Qaytağı” instrumental ansamblı görkəmli sənətçi tanınmış musiqiçilər - Mənsum İbrahimov, Ənvər Sadıqov, Elçin Həşimov, Elnur Əhmədov, Təyyar Bayramov, Aytən Məhərrəmova, Kamran Kərimov, İdris Hüseynov Kamran Novruzov ilə birgə çıxış edəcəklər.

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertlərdəRast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-şiraz”, “ŞüştərHümayunmuğamları istedadlı ifaçılar - Elnur Zeynalov, Qoçaq Əsgərov, Arzu Əliyeva, Babək Niftəliyev, Nisbət Sədrayeva, Məmməd Nəcəfov, Abgül Mirzəliyev başqaları tərəfindən tamaşaçılara təqdim olunacaq. Festival günlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik, Dövlət Xalq Çalğı Alətləri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin, eləcə Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblının, “Cəngietno-caz qrupunun çıxışları da nəzərdə tutulub.

Martın 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Firəngiz Əlizadənin “Nəsimiyə ithafvokal-xoreoqrafik tamaşası təqdim olunacaq. Tamaşa ilk dəfə 2017-ci il mayın 18-də Fransada, UNESCO-nun mənzil-qərargahında, Azərbaycan şairi Nəsiminin edamının 600 illiyinə həsr edilmiş tədbirdə nümayiş edilib. Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operası, Qara QarayevinYeddi gözəl” baleti, Müslüm MaqomayevinŞah İsmayıl” operası, Dövlət Musiqili Teatrında “O olmasın, bu olsunmusiqili komediyası, Marionet Teatrında Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında “Leyli və Məcnun” marionet tamaşası festival günlərində qonaqlar üçün təqdim olunacaq. Gəncə şəhərində martın 8-13-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivlərinin iştirakı ilə silsilə konsertlər keçiriləcək. Festivalın təntənəli bağlanış mərasimi isə martın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq. Gecədə Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və muğam müsabiqəsi qalibləri çıxış edəcəklər.

 

Xalq Cəbhəsi.- 2018.-3 mart.- S.16.