Qarabağ xanlığının inzibati ərazi quruluşu və idarəçilik sistemi

 

 

1-ci yazı

 

Qarabağ xanlığının inzibati-ərazi bölgüsü məsələsi müəyyən araşdırmalarda nəzərdən keçirilib. E.Məmmədova Qarabağ xanlığının ərazisinin böyük olduğunu qeyd edərək yazır: «Qarabağ düzən və dağlıq hissəni, habelə Araz çaymdan Göyçə gölünə, Tərtər çayından Mehriyə qədər, Tatevi, Sisyanı, Ermənistanın cənub-şərq hissəsini əhatə edirdi». Müəllif «Ermənistan» dedikdə indiki Ermənistanı nəzərdə tutaraq unudub ki, xanlıq dövründə sözügedən ərazilərdən danışdıqda heç bir Ermənistandan söhbət gedə bilməz.

Qarabağ xanlığının ərazisi 21 mahala, o cümlədən 5 xristian məlikliyinə bölünürdü. Mahallar naiblərin, məlikliklər isə mahal məliklərinin idarəçiliyində idilər. Bəzi iri mahalları iki hakim idarə edirdi. Xanlığın tərkibinə daxil olan mahallar bunlar idi: 1. Sisyan; Dəmirçihəsənəli; 3. Küpara; 4. Bərgüşad; 5. Baqabürd; 6. Kəbirli; 7. Tatev; 8. Cavanşir; 9.Talış; 10. Xaçın; 11. Kolanılar; 12. Çiləbörd; 13. Xırdapara Dizaq; 14. Püsyan; 15. Dizaq Cavanşir; 16. Otuziki; 17. İyirmidörd; 18. Qaraçorlu; 19. Vərəndə; 20. Dizaq; 21. Acnan-Türk.

Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, Qarabağ xanlığı yaranan zaman mahallar və onların əhalisi haqqında statistik məlumat olmadığından xanlığın yaranmasından 12 il əvvəl osmanlıların tərtib etdikləri «Gəncə-Qarabağ əyaləti dəftəri»ndən istifadə edərək ilk dövrlərdə mahallar və onların əhalisi haqqında təsəvvür əldə etmək mümkündür. «Dəftər»də göstərilən Şütürbasan, Yevlax, Qaramanlı, Talış, Gülüstan, İncərud, Bərdə, Sir, Bayad, Arasbar, Çiləbörd, Xaçm, Keştək, Keştasf nahiyələri, Cavanşir, Otuziki, Kəbirli, Kəngərli, Ətyeməzli, Qaraçorlu oymaqları sonralar Qarabağ xanlığının ərazisini təşkil edib, həmin nahiyə və oymaqlarda 9581 ailə yaşayıb ki, bu da təxminən 48 min nəfər deməkdir.

Ancaq bunu da nəzərə almaq lazımdır ki, siyahıyaalma bölgə əhalisinin həqiqi sayını əks etdirmirdi. Çünki əvvəlki dövrdə Şah Sultan Hüseynin soyğunçu vergi siyasəti və Osmanlı işğalı ilə əlaqədar yerli əhalinin xeyli hissəsi öz ata-baba yurdlarını tərk edərək müxtəlif yerlərə köçmüşdü. Xanlıq yaranan kimi isə əvvəllər Qarabağ ərazisində yaşamış bir çox boyların geri qayıtması məlumdur. İbrahimxəlil xanm hakimiyyəti dövründəki nisbi sakitlik xanlığa xeyli yeni sakinlərin köçməsinə səbəb olmaya bilməzdi. H.Verdiyevanm hesablamalarına görə, 1796-cı ildə Qarabağ xanlığında 10 min ailə yaşayırdı ki, bu da 650 min nəfər demək idi. Ancaq cəmi 14 il sonra bu rəqəm iki dəfə azalaraq 1807-ci ildə 5 min ailəyə düşmüşdü. Görünür, bu azalma Ağa Məhəmməd şah Qacarın yürüşləri və rus işğalı ilə əlaqədar olmuşdu. 1823-cü ilin təsvirinə əsasən isə xanlıq ərazisində 20 minə yaxın ailə (100 min nəfər) qeydə alınmışdı.

Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, Gəncə-Qarabağ əyalətinin adı dəftərə düşmüş əhalisinin 11.068 nəfəri türk, 750 nəfəri kürd, 7577 nəfəri isə qeyri-müsəlman (xristian) idi. Gəncə-Qarabağ əyalətinin türk əhalisinin başqa yerlərə köçmələri, xristian əhalisinin isə əsasən öz yerində qalması nəticəsində türk əhalisinin sayında süni şəkildə azalma müşahidə olunur. Əhalinin ümumi sayından Dizaq nahiyəsində 49,2%, Xaçın Sığnaq nahiyəsində 13,1%, Vərəndə Sığnaq nahiyəsində 9,7% türk əhalisi qalmışdı.

«Dəftər»ə görə, 1727-ci ildə Qarabağ xanlığının ərazisinə düşən bölgədə cəmi bir şəhər - Bərdə vardı. Ancaq vaxtilə iri və Azərbaycan tarixində mühüm rol oynamış Bərdə şəhəri bu zaman kiçik, əslində qəsəbə tipli yaşayış məskəni idi. 6 məhəllədən ibarət şəhərdə cəmi 482 vergi ödəyən qeydə alınmışdı. Həm də şəhər sakinləri əsasən kənd təsərrüfatı ilə məşğul olurdu. Sənətkarlıq və ticarət mühüm rol oynamaqla şəhərin və ətraf kəndlərin təlabatını ödəməyə yönəlmişdi.

«Dəftər»dən göründüyü kimi, 1727-ci ildə bu ərazidə qeydə alınmış 436 yaşayış məntəqəsində 254 müsəlman, 13 qarışıq əhalisi olan ailələr yaşayıb. Ərazidə qeydə alınmış yeganə şəhərdə - Bərdədə yalnız Azərbaycan türkləri yaşayırdı. Müsəlmanların hamısı Azərbaycan türkləri idi, 400 ailə Qaraçorlu kürdləri və iki oymaqda Püsyan kürdləri yaşayırdı. Qeyri-müsəlman əhali əsasən altı nahiyədə - Talış, Gülüstan, Xaçın, Çiləbörd, Vərəndə və Dizaqda məskunlaşmışdı. Hesablamalar göstərir ki, qeydə alınan 9581 ailədən 6089-nu müsəlmanlar, 3492-ni (o cümlədən xristianların yaşadıqları 6 mahal - 3060 ailə) qeyri-müsəlmanlar təşkil ediblər. 6089 müsəlman ailəsinin 5648-i Azərbaycan türklərindən, 441-i isə kürdlərdən ibarət idi. Qeyri-müsəlmanlar xanlıq dövründə də alban mənşəli olduqlarını unutmayan, ancaq xeyli dərəcədə erməniləşməyə məruz qalmış albanlardan və bölgəyə müxtəlif dövrlərdə köçmüş ermənilərdən ibarət idi.

Əvvəllər Qarabağ xanlığının tərkibində olan bəzi mahallar 1823-cü il təsvirində göstərilməyib. Bu həmin mahalların 1813-cü il Gülüstan sülhünə əsasən İranın hakimiyyəti altına keçməsi ilə bağlı idi. Bunlar Qafan, Güney, Çavundur və Mehri mahalları idi. 1823-cü il təsvirinə əsasən, Qarabağ xanlığı ərazisində 629 kənd və oymaq var idi və onlarda 17098 ailə yaşayırdı (193). Təsvirdə xanlığın ərazisinə 1813-cü ildən sonrakı dövrlərə aid ərazilərdə olan yaşayış məntəqələri belə tam salınmayıb. Dizaq mahalında yerləşən Babalı, Cavanşir mahalındakı Həsənli və bir çox başqa yaşayış məntəqələri nədənsə «Təsvir»ə düşməyib.

«Gəncə-Qarabağ müfəssəl dəftəri»ndə 19.395 mükəlləfiyyətli şəxsin adı qeydə alınıb. Hər ailənin orta hesabla beş nəfərdən ibarət olduğunu nəzərə alsaq əyalətdə 96.975 nəfər yaşadığnı müəyyənləşdirmiş olarıq. «Dəftər»də yalnız müsəlman əhalidən ibarət hərbiçilərin, ruhanilərin və onlarm ailə üzvlərinin qeyd olunmadığmı nəzərə alsaq əyalət əhalisinin sayının 100 min nəfərdən çox olduğunu söyləmək olar.

Əsas məşğuliyyəti əkinçilik olan müsəlman-türk ailəsinin bir qismi maldarlıqla məşğul olub və yaylaq-qışlaq həyatı keçirib. Əhalinin bu hissəsi 25 oymaqdan ibarət Cavanşir camaatı, 21 oymaqlı Otuziki camaatı, 2 oymaqdan ibarət Ətyeməzli camaatı, 2 oymaqlı Püsyan camaatı, dağınıq yaşayan Kəbirli və Kəngərli camaatları, Qaraçorlu camaatı, ayrı-ayrı nahiyələrin ərazisində qışlaqları olan daha 26 ailə, o cümlədən Qaraqoyunlu, Boyəhmədli, Əfşar, Arıqlı camaatları və başqaları qeydə alınıb.

XIX əsrin əvvəllərində Məlik Tənqinin idarə etdiyi Sisyan mahalı xanlığın cənub-qərb hissəsində yerləşirdi. Xanlıq ləğv olunan dövrdə bu mahala daxil olan 9 kənddə cəmi 203 (87-i vergi ödəyən, 116-sı ödəməyən) ailə yaşayırdı. Mənbənin məlumatına görə, əvvəllər bu mahalda 2000 ailə yaşayırmış. Görünür, rus işğalından sonra və I rus-İran müharibəsi dövründə mahal sakinlərinin əksəriyyəti öz ev-eşiklərini tərk edib Azərbaycanm ayrı yerlərinə və digər ölkələrə köçüblər. Mahalın 8 azərbaycanlı kəndində 105 ailə, cəmi 2 xristian kəndində 93 ailə (bunlardan 2 ailə azərbaycanlı idi) yaşayırdı. Azərbaycan kəndlərinin sayına nisbətən sakinlərinin bir o qədər çox olmaması rus işğalçılarının zülmündən ən çox azərbaycanlıların qaçması ilə bağlı olmuşdu. Mahalın mərkəzi 37 azərbaycanlı ailənin yaşadığı Sisyan kəndi idi. Bunu da qeyd etmək lazımdır ki, xristian kəndlərində yaşayan əhalinin heç də hamısı xristian deyildi və burada 2 azərbaycanlı və 3 zülani kürd ailəsi də qeydə alınmışdı. Həm də xristianların bir hissəsi - 12 ailə Pimau kəndinə Bayaziddən köçüb gəlmişdi.

Mahalda başlıca olaraq taxılçılıqla və maldarlıqla məşğul olurdular. Dəmirçihəsənli mahalında xanlıq ləğv edilən dövrdə 8 kənddə cəmi 467 (335-ı-vergiödəyən, 138-i ödəməyən) ailə yaşayırdı və bütünlüklə azərbaycanlılardan ibarət idi. Bu mahan Əlimərdan bəy idarə edirdi. Mahalda buğda, arpa yetişdirilməsinə baxmayaraq, maldarlıq daha çox inkişaf etmişdi. Ən böyük kəndləri 134 ailənin yaşadığı Adıgözəl bəy və İmamqulu bəyin oymağı, 110 ailənin daxil olduğu Təklə oymağı idi. Xanlıq ləğv edilən dövrdə Küpara mahalında 6 kənddə cəmi 56 ailə yaşayırdı. Əhalinin əksəriyyəti xristianlar idi. Mahal məliyi Parsadan Qəqərək kəndində yaşayırdı.

Bərgüşad mahalı Araz çayının sol sahilində, xanlığın cənubi-qərb hissəsində Ordubaddan şimal-şərqdə yerləşən düzənlik rayon idi. Xanlıq ləğv olunan zaman cəmi 5 kənddə 146 ailə yaşayırdı. Kəndlərdən üçündə yalnız azərbaycanlılar, ikisində isə həm müsəlmanlar, həm də xristianlar yaşayırdı. Mahal naibi Şəfi bəyin yaşadığı Xocaxan kəndindəki 58 ailədən 41-nin azərbaycanlı olduğu mənbədə göstərilir, qalan 17 ailənin isə azərbaycanh və qeyri-azərbaycanlı rəncbərlərdən ibarət olduğu yazılsa da, dəqiq nə qədərinin azərbaycanlı, nə qədərinin isə xristian olduğu qeyd olunmur. Buna görə də orta rəqəm kimi 9 azərbaycanh və 7 xristian ailəsinin yaşadığını deyə bilərik. Qeyd etmək lazımdır ki, əvvəlki dövrlərdə bu kənddə yalnız azərbaycanlılar yaşayıblar. Cəmi 28 ailənin yaşadığı Ucanis kəndində təqribən 20 ailənin xristianlardan ibarət olduğunu güman etmək olar. Beləliklə, mahal üzrə cəmi 119 azərbaycanh və 27 xristian ailəsi yaşayırdı. Bərgüşad mahalında bütün vergi və mükəlləfiyyətlər Əbülfət xanın xeyrinə toplanırdı. Mahal əhalisi maldarlıqla məşğul olur, eyni zamanda, buğda, arpa, darı, çəltik və bostan bitkiləri yetişdirirdi. Əvvəlki dövrlərdə mahal ərazisində pambıq əkilirdi.

Qısamüddətli Osmanlı hakimiyyəti dövründə Bərgüşad «liva» (qəza) adlanırdı. Bu livanın ən böyük kəndləri 68 nəfər azərbaycanlı kişinin qeydə alındığı Ağalı, 87 nəfər azərbaycanlı kişinin yaşadığı Kəbudtərcinə idi. O zaman Bərgüşadın 31 kəndində və 28 məzrəəsində heç kim yaşamır, tarlalarında digər kəndlərin sakinləri dənli bitki əkib becərirdilər. Bərgüşad sakinləri buğda, arpa, darı, çəltik yetişdirir, maldarlıqla məşğul olurdular. Bəzi kəndlərdə (məsələn, Səhih kəndində) pambıqçılıqla məşğul olurdular.

Cəmi 5 kənddən ibarət Baqabürd mahalında 243 (o cümlədən 137 vergiödəyən, 106 ödəməyən) ailə vardı. Mahalda yalnız azərbaycanlılar yaşayırdı. Bu mahalın kəndləri də Əbülfət xana məxsus olmuş və o, İrana keçərkən sakinlər də arxasınca getmişdilər. 1822-ci ildə baqabürdlülər geri qayıtmış və yenidən öz kəndlərində məskunlaşmışdılar.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2018.- 22 may.- S.13.