Vyana Ştraus Festival Orkestri Heydər Əliyev Mərkəzində

 

Vyana Ştraus Festival Orkestri noyabrın 26-da Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib. Konsert orkestrin yaradıcısı bədii rəhbəri Peter Qutun dirijorluğu ilə keçib.

Peter Qut bu gözəl şəhərdə - Bakıda, Zaha Hadidin layihə müəllifi olduğu möhtəşəm memarlıq abidəsində artıq üçüncü dəfə çıxış etdiklərini bundan çox məmnun olduqlarını bildirib. Vyana musiqisini çoxları sevir. Bu qədər insanın bizi dinləməyə gəlməsindən çox xoşbəxtik, - deyə Peter Qut vurğulayıb.

Vyana Ştraus Festival Orkestri 2014-cü 2016-cı illərdə Heydər Əliyev Mərkəzində çıxış edib. Orkestrin budəfəki konserti anşlaqla keçib.

Bayram ovqatlı konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, valsın kralı İohan Ştrausun, həmçinin digər klassiklərin ata İohann Ştraus, Yulius Fuçik, Yozef Ştraus, Eduard Ştraus Karl Mixael Tsirerin əsərləri təqdim olunub. Peter Qut proqramboyu ifa etdikləri əsərlər onların müəllifləri barədə məlumat verib. Tamaşaçılarla canlı ünsiyyət quran dirijor maraqlı improvizasiyalar edib, izləyiciləri konsertin fəal iştirakçısına çevirib. Peter Qut dirijorluqla yanaşı, həm skripkada ifa edib. Orkestrin hər çıxışı alqışlarla qarşılanıb.

1978-ci ildən fəaliyyət göstərən orkestr Vyana musiqi ənənələrinin qoruyucusu kimi klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə dünyada nüfuz qazanıb.

Peter Qut Vyana Musiqi Akademiyasında təhsil alıb, daha sonra üç il Moskva konservatoriyasında tanınmış skripkaçı və dirijor David Oystraxın sinfində məşğul olub. , mütəmadi olaraq tanınmış simfonikkamera orkestrləri ilə qastrollara çıxır və böyük opera teatrlarının səhnəsində təqdim olunan operettalarda dirijorluq edir. Peter Qut dirijor və skripkaçı kimi hazırda bütün dünyada məşhurdur.

 

Xalq Cəbhəsi.- 2018.- 28 noyabr.- S.16.