Dubayda milli mətbəxi günü

 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bütün ərazisində məşhur olan BakuCafé Dubai restoranında Azərbaycan Milli Mətbəxi Günü keçirilib. Tədbir Azərbaycanın BƏƏ-dəki Əmirliyinin ölkəmizin Dubaydakı Baş Konsulluğunun dəstəyi ilə təşkil edilib.

Tədbirdə ölkəmizin BƏƏ-dəki səfiri Daşqın Şikarov, Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynov, Azərbaycanın ticarət nümayəndəsi Elnur Əliyev, dövlət təşkilatlarının BƏƏ- akkreditə edilmiş müxtəlif diplomatik missiyaların təmsilçiləri, Azərbaycan diasporunun üzvləri yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirin çoxsaylı qonaqlarına Azərbaycan mətbəxinin çoxəsrlik tarixə malik ənənəvi yeməkləri, Azərbaycanda yerli təbii məhsullardan hazırlanıb BƏƏ- gətirilmiş ənənəvi şirniyyat növləri təklif edilib. Menyuda zəfəranlı plov, tikə kabab, dolma, həmçinin milli geyimli qadının elə oradaca bişirdiyi qutablar, bir sıra başqa ləziz milli yeməklər vardı.

Dubaydakı Bakı kafesinin baş meneceri Musa Sadıqovun AZƏRTAC-a verdiyi məlumata görə, Dubayda Azərbaycan Milli Mətbəxi Günü keçirilməsi Azərbaycanın zəngin mədəniyyətinin, adət-ənənələrinin əlbəttə, milli mətbəximizin ölkə hüdudlarından kənarda təbliğ edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu həm Azərbaycan icması üçün ölkəmizin mədəniyyətinin qorunub saxlanması baxımından böyük əhəmiyyətə malikdir belə tədbirlər həmvətənlərimizin görüşüb ünsiyyət qurması üçün münasib məkandır. M.Sadıqov deyib: Azərbaycan çoxəsrlik ənənələrə malik olan zəngin ölkədir bizim əsas məqsədimiz ölkəmizi, onun qədim ənənələrini, həmçinin yüksək qiymətləndirilən Azərbaycan mətbəxini məşhurlaşdırmaqdır. Azərbaycan həm özünün qonaqpərvərliyi ilə məşhurdur belə tədbirlərin keçirilməsi yerli ictimaiyyətin xalqımızı tanıması üçün daha bir fürsətdir. Hazırda bizim əsas vəzifəmiz ölkəmizi Dubayda bütün Əmirliklərdə təbliğ etməkdir, qoy insanlar bizim mədəniyyətimizlə, adət-ənənələrimizlə daha yaxından tanış olsunlar, onu anlasınlar, bizim insanların necə xeyirxah qonaqpərvər, milli yeməklərimizin necə dadlı olduğunu bilsinlər.

Baş menecer onu da vurğulayıb ki, oktyabrın 21-də Dubayda Azərbaycan restoranının açılmasından düz bir il keçir. Bu qısa müddətdə həmin restoran həm Əmirlikdə yaşayan Azərbaycan vətəndaşları, həm əcnəbilər arasında çox populyarlaşıb. M.Sadıqov xüsusi qeyd etdi ki, restorana dünyanın müxtəlif guşələrindən qonaqlar gəlir, ərəblər özləri bizim gözəl mətbəximizlə tanış olur tədricən onun pərəstişkarlarına çevrilirlər.

Qonaqlar yekdilliklə qeyd ediblər ki, Azərbaycan mədəniyyəti, Azərbaycan ənənələri onların böyük marağına səbəb olurbu cür tədbirlər Azərbaycanı, onun mehriban və qonaqpərvər xalqını daha yaxından tanımaq üçün yaxşı fürsətdir. Onlar qeyd ediblər ki, Azərbaycan mətbəxinin yeməkləri son dərəcə ləzzətlidir, Dubayda təşkil edilmiş Milli mətbəx günü isə ağzının dadını bilənlər və Azərbaycan milli mətbəxinin pərəstişkarları üçün əsl bayram oldu. Tədbir iştirakçıları vurğulayıblar ki, Azərbaycan mətbəxinin geniş çeşidli və bənzərsiz nümunələrini dadmaqdan özünü saxlamaq çox çətindir, buna görə təsadüfi deyil ki, Azərbaycan artıq neçənci ildir qastronomik turistlər üçün ən populyar istiqamətlərin ilk beşliyinə daxildir.

 

Xalq Cəbhəsi.- 2018.- 23 oktyabr.- S.16.