“Azərbaycan xalçaları” elmi-publisistik jurnalın 27-ci nömrəsində...

 

 

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları elmi-publisistik jurnalının 27-ci nömrəsi işıq üzü görüb.

Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr yer alıb.

Jurnalın bu nömrəsində akademik İsa Həbibbəylinin “Naxçıvan-İslam mədəniyyətinin paytaxtı”, tarix elmləri doktoru, professor Vidadi MuradovunQobustan gündəliyi”, sənətşünaslıq doktoru, professor Kübra Əliyevanın “Qafqaz Albaniyasında zoomorf keramika” (AMEA-nın Memarlıq və İncəsənət İnstitutu), iqtisadiyyat üzrə fəlsədoktoru Yunus Sadıqovun “Azərbaycanda yunçuluq və xalçaçılıq” (AMEA İqtisadiyyat İnstitutu), tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadənin “Gəncə Xalça-Çahud Kombinatı” (Gəncə Dövlət Universiteti), Gülzadə Abdulovanın “Keçənin milli geyim mədəniyyətinin inkişafında yeri” (AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi), texnika elmləri üzrə fəlsəfə doktoru Validə Paşayevanın “Bərdə” xalçasının kompozisiyası və transformasiyası” (Atatürk Universiteti, Türkiyə Respublikası), Sevda Məmmədovanın “Tikmə sənəti və onun özəllikləri” ( Şirvanşahlar Sarayı Kompleksi), tarix üzrə fəlsəfə doktoru Ramil Ağayevin “Ərəb xilafəti dövründə Azərbaycanın hüdudları və əhalisi ibn Xəldunun təsvirində” (AMEA-nın Tarix İnstitutu), tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Duzdağın 1901-1907-ci illər tarixinə dair” (AMEA-nın Naxçıvan Bölməsi Tarix, ArxeologiyaEtnoqrafiya İnstitutu), Emiliya Əliyevanın “Xanlıqlar dövründə Azərbaycanın Xəzərsahili bölgələrində əkinçiliyin vəziyyəti” (AMEA-nın Tarix İnstitutu), Şöhrət İbadovun “Lənkəran şəhəri əhalisinin təsərrüfat həyatına dair (XIX-XX əsrin əvvəlləri)” (AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutu), Toğrul Xəlilovun “Naxçıvanda qalaların yayılma arealı” (AMEA-nın Naxçıvan Bölməsi Tarix, ArxeologiyaEtnoqrafiya İnstitutu) və s. kimi məqalələr yer alıb.

Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix elmləri doktoru, professor Vidadi Muradovdur.

 

Xalq Cəbhəsi.- 2018.- 24 oktyabr.- S.16.