Nigeriyada Şərq ilə Qərb görüşəndə adlı Azərbaycan gecəsi

 

Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının təşəbbüsü dəstəyi ilə bu ölkənin əsas mədəniyyət mərkəzi böyük şəhəri Laqosda Muson Musiqi Festivalının 22 illik yubileyinə həsr edilən Şərq ilə Qərb görüşəndə adlı Azərbaycan gecəsi təşkil edilib.

Azərbaycanın Dostları Təşkilatının sədri Billurə Bayramovanın təşkilatçılığı ilə gerçəkləşən bu tədbir ölkəmizin mədəniyyətinin Nigeriyada təbliği baxımından ikinci tarixi hadisədir. Tədbir həm uzaq Nigeriyada musiqimizin mədəniyyətimizin geniş kütləyə təqdimatı ilə yadda qalıb.

Laqosun Muson Musiqi Mərkəzində keçirilən mərasimdə bu ölkədə fəaliyyət göstərən 30-dan çox konsulluq səfirliyin rəsmiləri iştirak ediblər. İtaliya, Polşa, Albaniya, Fransa, Mərakeş, Qana digər dövlətlərdən 350-dən çox tamaşaçının iştirak etdiyi tədbirdə Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, tarzən Sahib Paşazadənin, Fransada fəaliyyət göstərən istedadli pianoçu Səidə Zülfüqarovanın klassik xalq mahnılarımızı, eləcə əcnəbi musiqiçilərin əsərlərini məharətlə ifa etmələri hamının zövqünü oxşayıb. Konsertdə səslənən Oqtay Zülfüqarov, Hacı Xanməmmədov, Vasif Adıgözəlovun bəstələri, muğamlarımızdan parçalar, Avropa bəstəkarlarının əsərlərindən nümunələr alqışlarla qarşılanıb.

Billurə Bayramova konsertlə bağlı təəssüratlarını bölüşərkən Şərq ilə Qərb görüşəndə adlı Azərbaycan gecəsinin möhtəşəmliyini vurğulayaraq deyib: Tədbirdən sonra Azərbaycan mətbəxinin nümunələri, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən nümunələr şirniyyatlarımız qonaqlara təqdim edilib. Bu tədbirin təkcə Nigeriyada deyil, orada iştirak edən digər dövlətlərin təmsilçilərinə Azərbaycan tarixinin təbliği baxımından faydalı olduğunu desəm, yəqin yanılmaram. Tədbir çərçivəsində mədəniyyət incəsənət nümunələrimizin nümayişi ölkəmizin qədim tarixə malik olduğunu göstərməklə yanaşı, maddi-mədəni irsimizin dünyada təbliği baxımından da böyük əhəmiyyət kəsb edirdi. Azərbaycan musiqisi isə öz əsrarəngizliyi ilə Nigeriya dinləyicilərini heyran edib.

Tədbir çərçivəsində, həmçinin Azərbaycana həsr edilən fotovideomateriallardan ibarət sərgi də nümayiş olunub.

 

Xalq Cəbhəsi.- 2018.- 27 oktyabr.- S.16.