Şagirdlər “Azərxalça”da

 

 

Şəmkir rayon Düyərli kənd 2 nömrəli orta məktəbin müəllim şagirdləriAzərxalça”nın Şəmkir filialı ilə tanış olublar.

Məktəblilərə məlumat verilib ki, filial binası 2017-ci ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Hazırda xalça istehsalı emalatxanasında 80-ə yaxın toxucu çalışır. Burada əsasən Gəncə qrupuna aid xalçaların toxunmasına üstünlük verilir. Gəncəbasar Azərbaycanın tarixi xalçaçılıq bölgələrindən biridir. Gəncə qrupuna Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Samux Goranboy rayonlarının, Gəncə şəhərinin ərazilərində toxunan xalça xalça məmulatları daxildir.

Zəngin boyaq bitkiləri, inkişaf etmiş qoyunçuluq təsərrüfatları burada xalçaçılıq sənətinin formalaşmasına imkan yaradıb. Gəncə qrupunun həm dağlıq, həm dağətəyi rayonlarda toxunmuş xovlu xovsuz xalçaları yerli əhalinin gündəlik məişət ehtiyaclarını ödəməklə yanaşı, həm ticarət məqsədləri üçün nəzərdə tutulub.

Gəncə şəhərində fəaliyyət göstərmiş xalça bazarında Azərbaycan, Türkiyə, İran, Orta Asiya xalçalarının ticarəti aparılıb. Coğrafi baxımdan yaxınlıq Qarabağ, Qazax-Borçalı qrupuna aid olan xalça nümunələri ilə bu xalçaların texniki bədii xüsusiyyətlərinin oxşarlığına öz təsirini göstərib.

Bildirilib ki, fabrikdə vaxtilə bu ərazidə toxunan xalçaların çeşniləri əsasında məhsullar istehsal edilir.

Şagirdlər burada toxunan xalçalara maraqla baxıblar, toxuculara bu xalçalarla bağlı suallar ünvanlayıblar. Onların verdikləri suallar ətraflı cavablandırılıb, müəllim şagirdlərə Azərbaycan xalçaçılığının tarixi barədə geniş məlumat verilib.

Məktəbin direktoru Bela İsmayılova şagirdlərin xalçaçılıq tariximiz barədə ətraflı məlumat əldə etməsinin əhəmiyyətini vurğulayıb, filialla tanışlıq üçün yaradılan şəraitə görə minnətdarlıq edib. Qeyd olunub ki, belə ekskursiyalar gənc nəslin milli dəyərlər ruhunda tərbiyə olunmasında, qədim el sənətlərimizi sevməsində mühüm əhəmiyyət daşıyır.

 

Xalq Cəbhəsi.- 2018.- 27 oktyabr.- S.16.