Damcılı mağarasında arxeoloji qazıntılar aparılır

Qazax rayonunda yerləşən "AveyФ Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki dünya əhəmiyyətli Damcılı mağarasında arxeoloji qazıntılar davam edir.

Tədqiqatlar AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutu, "AveyФ Dövlət Tarix-Mədəniyyət Qoruğu və Yaponiyanın Tokio Universiteti arasında imzalanmış üçtərəfli memoranduma əsasən aparılır.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, qazıntıların aparılmasında məqsəd Daş dövrünə aid nümunələri əldə etməklə düşərgədə qədim insan məskəninin olduğunu, həmçinin burada yaşayan insanların gəlmə deyil, yerli sakinlər olduqlarını öyrənmək, eləcə də Neolit dövrü ilə Mezolit dövrü arasında olan əlaqəni müəyyənləşdirməkdir.

Arxeoloji tədqiqatlar Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin rəhbərliyi ilə aparılır. Qazıntılarda, həmçinin həmin universitetin üzvlərindən Çie Akaşi, doktorant Fumika İkeyama, Qədim Şərq Muzeyinin arxeoloqu Kazuya Şimoqama, ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşlarından Mənsur Mənsurov, Yaqub Məmmədov, Ülviyyə Heydərova və Əjdər Babayev iştirak edirlər.

 

Xalq Cəbhəsi.- 2019.- 1-2 avuqst.- S.7.