Füzulinin anadan olmasının 525 illiyi ilə bağlı sərgi

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 525 illiyi ilə bağlı sərgi təşkil edilib.

Baş İdarədən  AZƏRTAC -a bildirilib ki, tədbirdə dahi şairin ömür yolu və zəngin yaradıcılığından söhbət açıb. Qeyd edilib ki, Azərbaycan ədəbiyyatının ölməz simalarından biri olan M.Füzulinin əsərləri beş yüz ildən artıqdır ki, Şərq ölkələrini dolaşır, nəsil-nəsil oxucuları insan sevgisinin qüdrəti və gözəlliyi ilə heyrətləndirir. Xüsusilə onun qəzəlləri və “Leyli və Məcnun” poeması beş yüz ildir bədii təravətini itirmədən, xalq tərəfindən sevilir.

Sərgidə nümayiş olunan kitablar oxuculara Füzuli yaradıcılığı ilə yaxından tanış olmağa imkan verir.

 

 

Xalq cəbhəsi.- 2019.- 1 avqust. S. 8.