"Təbəssüm" rəqs qrupu beynəlxalq festifalın qalibi olub

 

Polşanın Lodz şəhərində IX Beynəlxalq Folklor Yaradıcılıq Festivalı (“Folkowe inspiracje”) keçirilib. Xoreoqrafiya, vokal, teatr, instrumental musiqi, foto və videonominasiyaları üzrə təşkil olunan festivala 12 ölkədən 600-dən çox iştirakçı qatılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu da iştirak edib. “Təbəssüm” rəqs qrupununXoreoqrafiya” nominasiyası üzrə nümayiş etdirdiyiOdlar yurdu” rəqsi 1-ci yerə və festivalın “Qızıl qayıq” mükafatına layiq görülüb.

Festival çərçivəsində təşkil olunan ölkə təqdimatlarında və ustad dərslərdə fəal iştiraklarına görə dərnək rəhbəri Roza İsmayılova “Gümüş qayıq” mükafatı, mərkəzin direktoru Əminə Musayeva isə diplomla təltif olunub.

 

Xalq Cəbhəsi.- 2019.-11-12 iyul.- S.8.