Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub

 

XVII əsrdə yaşamış Azərbaycan alimişairi Məczub Təbrizinin anadilli “Divan”ı Təbrizin “Qalan yurd” nəşriyyatında çapdan çıxıb.

Məczub Təbrizinin “Divan”ını nəşrə hazırlayan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovdur.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əsər Leyden Universiteti Kitabxanası və Qahirə Milli Kitabxanasında saxlanılan əlyazma nüsxələri əsasında hazırlanıb.

 

Xalq cəbhəsi.-2019.- 11-12 iyul.- S.6.