İrəvan: Şah İsmayıldan Şah Abbasa qədər

 

 

 

4-cü yazı

 

Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında tarixi sənədlər əsasında bir çox faktlar verilib. Adıçəkilən kitabda İrəvan xanlığının və onun ətraf əyalətlərinin tarixən azərbaycanlılara məxsus olması təkzibolunmaz faktlar əsasında şərh olunur. Kitabda bildirilir ki, əldə olan bu şərhlər əsasında "Çuqursəd"in, "Çuxursəd"in, "Saat Çuxuru"nun harada olmasını bilmək olar. Bu məlumatlara və yuxarıda deyilənlərə istinad etməklə, Çuxursədin dəniz səviyyəsindən aşağı olmasını və XIV əsrin ikinci yarısında “Səəd” adlı türkmən əmirinin (Qara Məhəmmədin müasiri - müəl.) qışlaq yeri olduğunu söyləmək mümkündür. Adı bu yurda verilmiş türkmən əmiri sonralar qəbiləsi ilə qış fəslini həmişə burada keçirmişdir. Səfəvilər dövründə də mərkəzi İrəvan olan bu bölgə böyük idarəçilik məntəqəsinə çevrildi. “Əsl "Səəd çuxuru” məntəqəsində Sürməli adlı digər bir yervar ki, həmin yer Erivanın qərbindədir. Üçkilsə (Eçmiədzin) də Səəd çuxurunun ən mühüm yaşayış yerlərindən biridir. O, Iğdırın şimali-qərbində, Qaqızmanın şərqində, Arazın kənarında yerləşir. Hicri-qəməri tarixi ilə 788-ci ildə (miladi tarixi ilə 1380-cı ildə) baş vermiş Teymur dövrünün Birinci Şərq müharibəsində (3 illik yürüş) Sürməli qalası da işğal olunmuş və qalanın Tuman (Tümən) adlı türkmən hakimi də əsir düşmüşdü”. Hafiz Əbru "Zübdətüt-təvarix" əsərində Şahruxun ordusunun hərəkət istiqamətindən danışarkən deyir: "Tərəkəmələrin yaşadığı yerin və türkmən ordusunun əsasını təşkil edən Səd oğullarının qədim yurdu Naxçıvana və Sürməliyə doğru hərəkət etdilər... ".

Deməli, o yer Səd oğullarının qədim yurdu olub.

Mirzə Səmia "Təzkirətül-müluk" əsərinin sərhəd əmirlərinin və xidmətdə olan şəxslərin tiyul və məvacibinə dair fəslində Səfəvilər dövründə Azərbaycan əyalətinin dörd bəylərbəyliyinə bölündüyünü aşağıdakı kimi şərh edib: a) Təbriz, b) Çuxursəd, c) Qarabağ, d)Şirvan.

Beləliklə, mərkəzi İrəvan olan Çuxursəd vilayəti Azərbaycanın dörd əyalətindən biri olmuş və aşağıda qeyd olunan 8 inzibati əraziyə bölünüb:

1. Naxçıvan - Arazın sol sahilində.

Çuxursəddə sədlulardan əlavə, digər türkdilli qəbilələr – ustaclıların və əspirluların da yaşadığı qeyd olunur.

2. Maku - Arazın sağ sahilində (Çaldıran çölübura daxildir)

3. Zarzəbil - Göyçə gölünün cənub-şərqi hissəsində Zarzəbil adlı kənd.

4. Sədərək - İrəvandan Naxçıvana gedən yolun yarısındakı (Şərur nahiyəsində) yerləşir.

5. Bayəzid - Ağrı dağının cənubunda yerləşir.

6. Şadilu - Ağrı dağının yaxınlığında yerləşir.

7. Dünbüli kürdləri - Türkdilli olmayan elin bir hissəsi olmasını ehtimal etmək olar.

8. Məğazberd - Arpaçayın qərb tərəfində, İranın şimal-qərbində son nöqtə hesab olunan "Əfi" xarabalığının yaxınlığındadır. Səfəvi-Osmanlı müqaviləsində (hicri-qəməri 1049, miladi 1639-cu il) onun adı çəkilib.

Çuxursəd adı çəkilən vilayətin adı olmaqla bərabər, bu vilayətdəki kəndləri məntəqələri əhatə edirdi. Etimadüssəltənə yazır: "Çuxursəd kəndləri İrəvan Şərur yerləridir. Türkmən Əlvənd paşa ilə Şah İsmayıl bu yerdə döyüşüb".

İrəvan: Şah İsmayıldan Şah Abbasa qədər

Şah İsmayıl Xətai qiyamının başlanğıcında Ərdəbilin coğrafi mövqeyini iqamətgah üçün münasib bilmədiyindən, Çuxursəd vilayətinə getdi. Hicri-qəməri tarixi ilə 905-ci ildə (miladi təqvimi ilə 1500-ci ilin baharında) Ərdəbili ziyarət etdikdən sonra Göyçə gölü tərəfə yola düşdü. Zahirən bu səfərin məqsədi sultan Hüseynlə ittifaq bağlamaq kimi görünsə , əslində o, Anadoluya getmək istəyirdi. O, qışlaqda çadır qurduğu vaxt bir neçə qasidini müridləri hazır- lamaq üçün Anadoluya göndərdi. Qasidlərdən biri - Həmzə bəy Qoçoğlu öz qəbiləsinə tərəf yola düşdü. Burada özünü Cahanşah Qaraqoyunlu nəslindən hesab edən Hüseyn Baraninin iddiası barədəki fikirləri bir kənara qoysaq, o zaman İsmayılın ətrafında xeyli insanın toplaşması barədə deyilənləri qəbul etməliyik. Şeyx Səfəvi Hüseyn bəyin əli ilə tutulmasından qorxduğu üçün gecə vaxtı öz müridləri ilə birgə həmin yerdən qaçdı İrəvanın cənubundakı Çuxursədə gəldi. Burada ona doqquz dəstə (doqquz övlam) birləşdi. Səfəvilərdən olan Qaraca İlyas da tabeliyindəki şəxslərlə öz şeyxinin hüzuruna gəldi. İsmayıl yoluna davam edərək Qaqızman, Ərzurum Tərcandan keçib Sarıqaya adlanan yerin cənubunda qışı keçirdi (hicri-qəməri tarixi ilə 905-ci il / miladi tarixi ilə 1500-ci il). İsmayıl burada ustaclı qəbiləsinin çavuşlu tirəsindən ata babası Süleyman olan oğulları qəbul etdi. İsmayıl 2 aydan artıq Sarıqayanı özünə məskən seçdi. Bu müddətdə o, mağarada yaşayan yerli əhalinin rahatlığını pozan böyük ayını oxla ayağından vuraraq müridlərini heyrətləndirdi sonra Ərzincana getdi".

Şah İsmayılın Ağqoyunlu Əlvənd Mirzə ilə döyüşü hicri-qəməri tarixi 907-ci ildə (miladi 1501- ci ildə) Çuxursədin Şərur tərəfində baş verdi. Əlvənd Mirzənin 30 minlik, İsmayılın isə 7 minlik qoşunu (Hüseyn bəy Rumlunun yazdığına görə, əksəriyyəti cələfsiz idilər) Şərur yaxınlığında üz-üzə gəldilər. Dərhal aydın oldu ki, Ağqoyunlu qoşunu döyüşə yaxşı hazırlaşmayıb, çünki əsgərlərin fərariliyinin qarşısını almaq üçün "göstəriş verildi ki, bütün dəvələri toplayıb zəncirlə bir-birinə bağlasınlar qoşunun arxasında saxlasınlar. Beləliklə, hər kim vahiməyə düşüb vadiyə tərəf qaçsa, yolu bağlanacaqdı".

Əlvənd Mirzənin ən cəsur əsgərlərindən bir neçəsi - Lətif bəy, Seyid Qazi bəy (Seyid Qazi), Musa bəy, Məhəmməd bəy Qıçığai qətlə yetirildilər. Tezliklə Ağqoyunlu qoşunu darmadağın edildi dəvələrin səfi onların qaçmasına mane oldu. Əlvənd isə çox çətinlik- olsa, döyüş meydanından qaça bildi. Səfəvilər bu döyüşdə böyük qənimət əldə etdilər. "Aləmara"da yazılanlara görə, həmin döyüşdə 18 min adam həlak olub.

Şərur döyüşündəki qələbə Azərbaycanı İsmayılın ixtiyarına verdi. O, bu qələbədən sonra Təbrizə doğru hərəkət etdi burada xüsusi ehtiramla qarşılandı.

İsmayılın Təbrizə gəlişi Azərbaycan tarixində böyük bir hadisəyə çevrildi. Həmin vaxtdan Səfəvi sülaləsinin şahlığının əsası qoyuldu.

Mirzə Müslim Qüdsi Şəruru vəsf edən bir şeirində yazır:

Əgər göz cahan üçün bir nur çeşməsidirsə, Cahanın gözü Şərurdur.

O, elə bir mülkdür ki, dünya xaqanları Daim ona sahib olmağa cəhd edib.

Onun bol nemətinə görə Hücumlara məruz qalıb.

Bütün il boyu burada bahardır, Onun baharı xəzandan uzaqdır.

Orada axan çayların kənarında geniş otlaqlar var, Heyvan sürülərinin sayı-hesabı yoxdur.

Buraya hörümçək boyda bir heyvan gəlsə, Bir neçə günə erkək dəvəyə çevrilər.

Yuxarıda deyildiyi kimi, İrəvan Şah İsmayıl Səfəvi dövründə əsas şəhərlərdən biri kimi formalaşdı. O, daim Şah İsmayılın xüsusi diqqətində olmuş sərkərdə Rəvanqulu xanı bu bölgəyə hakim təyin edərkən şəhərin abadlaşdırılmasına diqqət yetirməyi ona tapşırmışdı.

İrəvan Dövlət Universitetinin professoru, doktor Georgi Nalbandyanın yazdığına görə, Şah İsmayıl Çuxursəd vilayətinin tiyuldarlıq haqqını yığmağı böyük rumlu nəslinə tapşırmışdı. Bu nəslin hakimlərindən biri Divsultan Rumlu idi. Əldə olan tarixi məxəzlərə görə, Divsultan Rumlu İrəvanda diqqətçəkən tikinti işləri aparmışdı. Onlardan biri böyük məscid olmuşdu.

Məşhur fransız səyyahı J.Şardən özSəfərnamə”sində keçdiyi gözəgəlimli diqqətəlayiq yerləri sadalayıb təsvir edərkən erməni xəlifəliyinin ətrafındakı viran olmuş bir məscidin təsvirini verir. O, qeyd edir ki, həmin məscid onun bünövrəsini qoyan şəxsin adı ilə "Divsultan məscidi" adlanır.

Divsultan Rumlu Şah İsmayıl zamanında onun oğlu Təhmasib Mirzənin tərbiyəçisi lələsi olmuşdu. Məlum olduğu kimi, Təhmasib 10 yaşında atasının vəliəhdi canişini təyin olunmuşdu.

Şah İsmayıl hərbi-strateji baxımdan önəmli olan İrəvan qalasının təmiri və möhkəmləndirilməsi barədə əmr verdi, şəhər və qala sonralar dəfələrlə osmanlıların hücumuna məruz qaldı." Bu, osmanlılara müqavimət göstərmək və əməliyyat aparmaq üçün İrəvan vilayə- tində şahın əmri ilə iki silahqayırma müəssisəsinin tikilməsinə səbəb oldu... İrəvan bəylərbəyliyi sikkə buraxmaq hüququna da malik idi.

Səfəvi və Osmanlı dövlətləri arasında daimi ixtilafların bir səbəbi də İrəvan vilayətinin yerləşdiyi ərazi ilə bağlı olmuşdu. Vilayətə sahib olmaq üstündə tərəflər bir neçə dəfə üz-üzə gəlmişlər.

Şah İsmayılın hakimiyyəti dövründə ən ağır döyüşlər Çuxursəd vilayətində və Çaldıran çölündə gedib. "Bu qələbədən sonra Sultan Səlim öz adəti üzrə qonşu ölkələrə məktublar göndərdi, özü isə Təbrizə yollandı və bir neçə gün orada qaldı. Bir az sonra Naxçıvana və İrəvana səfərə çıxdı. İrəvan və Bayburd qalalarının fəthindən sonra Ərzurum yolu ilə Amasiyaya gəldi.

Çaldıran məğlubiyyəti o vaxta qədər ardıcıl qələbələr qazanan Şah İsmayılın əhval-ruhiyyəsinə ağır təsir göstərdi və bəzi tarixçilərin yazdığına görə, onda içki düşkünlüyü yarandı. Şah İsmayıl Sultan Səlimin ölümündən sonra daim Çaldıran məğlubiyyətinin qisasını almaq barədə düşünürdü, lakin tale bu arzusunu gerçəkləşdirmək üçün ona fürsət vermədi. Şah İsmayıl Səfəvi hicri-qəməri tarixi ilə 930-cu ildə Şəki ətrafına ova gedərkən xəstələndi və həmin ilin rəcəb ayında 38 yaşında ikən Sərabda vəfat etdi və Ərdəbildə torpağa tapşırıldı.

Şah İsmayılın vəfatından sonra onun 10 yaşlı oğlu Təhmasib taxta çıxdı və o, 54 il padşahlıq etdi. Şah Təhmasibin hakimiyyəti dövründə də Səfəvi və Osmanlı dövlətləri arasında çoxsaylı müharibələr baş verdi. Çuxursəd vilayəti və İrəvan şəhəri bu müharibələrə səhnə oldu.

Faruq Sumer yazır: "Süleyman Qanuni Təhmasibin işğalçılıq niyyəti barədə məlumat aldıqdan sonra üçüncü dəfə Şərqə doğru hərbi yürüşə hazırlaşdı (hicri-qəməri tarixi ilə 961-ci ildə, miladi tarixi ilə 1554-cü ildə). Təhmasib isə Osmanlı qoşunlarının keçəcəyi bütün körpüləri yandırdı, yolları dağıdıb-xaraba qoydu, yol ətrafındakı əhalinin köçürülməsi barədə fərman verib, özü geri çəkildi. Süleyman Qanuni isə şah Təhmasib tərəfindən müqavimət görmədiyindən, Çuxursəd bölgəsini (İrəvanın yuxarı hissəsini), Qarabağı, Naxçıvanı qarət eləsə də, dağıdılmış və yandırılmış yollarla irəliləyə bilməyib, təzədən Ərzuruma qayıtdı. Süleymanın payızda Təbriz və Ərdəbilə hücum edərək Səfəvi şeyxlərinin və atası Şah İsmayılın məqbərələrini məhv etmək niyyətini başa düşən Təhmasib Süleyman- la sülh müqaviləsi bağlamaq qərarına gəldi və elçisini onun sarayına göndərdi. Danışıqlar prosesində ciddi bi maneə ortaya çıxmadı. Beləliklə, tərəflər arasında hicri-qəməri tarixi ilə 962-ci ilin rəcəb ayında (miladi 1555-ci ilin may ayında) Amasiyada sülh müqaviləsi imzalandı.

Bu müqaviləyə görə, Şəhrzur əyaləti və Van gölünün ətrafı Osmanlı dövlətinin ixtiyarına keçir, Arpaçayın şimalı iki dövlət arasında sərhəd olurdu. Əslində, “Amasiya sülhü” Təhmasib üçün böyük uğur idi. O, bu müqavilə ilə Səfəvi şiə dövlətini qoruyub saxlaya bildi və Osmanlı imperiyası tərəfindən bu dövlətin məhv edilməsi təhlükəsini birdəfəlik aradan qaldırdı. Səfəvi dövləti üçün ağır bir zamanda bu müqavilənin imzalanması Təhmasibin uzaqgörən bir dövlət başçısı olmasından xəbər verirdi. Doğrudur, saray əyanlarından bəzi- ləri buna görə onu günahlandırmış, bacarıq və qabiliyyətinə şübhə kölgəsi salmaq istəmişlər..."

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2019.- 29 iyun.- S.13.