İrəvan xanlığının iqtisadiyyatı

 

 

7-ci yazı

 

İrəvan xanlığında şəhər yol karvansaraları olmaqla iki növ karvansara mövcud olmuşdu. Müharibələr dövründə baxımsızlıq üzündən karvansaraların bəzisi dağılsa da, İrəvan şəhərində 7 karvansara salamat qalmışdı. Bu karvansaralar bişmiş kərpicdən, yonulmuş bozalt mərmərdən inşa olunmuş görünüşləri əla idi. Hər bir karvansaranın ətrafında dükanlar cəmləşmişdi. Şəhər karvansaraları onların ətrafında olan dükanlar bunlar idi: l. Gürcü karvansarası - 78 dükan. Bunlardan 24-ü şəxsi dükan idi; 2. Culfa karvansarası - 38; 3 Zöhrab xan karvansarası - 38; 4. Tahir karvansarası; 5. Sulu karvansara; 6. Susuz karvansara. Sonuncu hər üç karvansaranın ətrafında 74 dükan vardı; 7. Hacı Əli karvansarası - 40 dükan.

Yol karvansaraları isə bunlardır: l. Gümrü Sərdarabadı birləşdirən yolun üzərindəki Talın karvansarası; 2. Dərəçiçək mahalında Tiflis-İrəvan yolunda yerləşən Gərnigöy kəndindəki karvansara; 3 4. Göyçə mahalında iki karvansara vardı. Hündür yerdə tikilmiş Qarahasar karvansarası Çil kəndi yaxınlığındakı karvansara; 5. Göyçə mahalı ilə Dərələyəz arasındakı Səlim karvansarası.

Qeyd etmək lazımdır ki, şəhər ilə yol karvansaraları bir-birindən fərqlənirdi. Şəhərdə bazar ətrafında cəmləşmiş karvansaralar tacirlər üçün həm mehmanxana, həm mallarını satmaq üçün bazar hesab olunurdu. Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, belə ki, kavansaraların ətrafında çoxlu dükanlar vardı. İrəvana gələn istənilən tacir ilk növbədə karvansara ətrafında yerləşən boş dükan tutaraq mallarını bura yığırdı. Yol karvansaraları böyük yolların üzərində inşa edilirdi. Onlar tacirlərin, səyyahların digər yolçuların gecələmək yeri idi.

Karvansaraların bir hissəsi ayrı-ayrı adamlara, bir hissəsi isə xəzinəyə məxsus idi. Xəzinə karvansaraları icarəyə verilirdi. İcarədar tacirlərdən iki adda vergi alırdı. Birincisi, daxildə xaricdə istehsal edilən mallardan alınırdı ki, bu verginin özü iki qismə bölünürdü: a) əgər tacir karvansarada malını bir yerdən satırdısa, hər tümənə 1 şahı olmaqla «havayı» adlanan vergi, yox əgər tacir malını satmadan aparırdısa, hər yükünə 4 şahı olmaqla «saxlama» vergisi adlanan vergi ödəyirdi. İkincisi, yolçu tacirdən alınan vergi idi. İcarədar yolçu tacirlərdən gününə 4 şahı, karvansaranın tövləsində saxlanılan hər dəvə, at, kəl eşşəyə görə 1 şahı, hər çəltik duz yükünə görə isə 2 şahı məbləğində pul alırdı.

İrəvan xanlığında ticarət əməliyyatlarının gedişində müxtəlif pul, çəki ölçü vahidlərindən istifadə olunurdu. Digər xanlıqlarda olduğu kimi, İrəvan xanlığında da pul kəsilməsi haqqında mənbələrdə məlumata rast gəlmək olur. Məşhur osmanlı səyyahı Övliya Çələbi İrəvanda olarkən xan sarayının sol tərəfində pul kəsmək üçün xüsusi tikilinin olması haqqında məlumat vermişdi. Burada abbasi bisti kəsilirdi. İrəvan tüməni xanlıq dövründə ən çox işlədilən pullardan hesab olunurdu. Digər məlumatda isə, İrəvanda qarapul adlanan mis pulların kəsilməsi qeyd olunur. Dörd qarapul 7 rus mis qəpiyinə bərabər idi.

İrəvan xanları pul kəsən zərbxanaları icarəyə verirdilər. İcarədarlar elə keyfiyyətli pul kəsirdilər ki, bu pullar xarici pullarıdan üstün idi. Şəhərdə ticarət tədavülündə istifadə olunan pulları dəyişdirən 20 pulxırdalayan məntəqə fəaliyyət göstərirdi. Bazarlarda yerli pul vahidləri ilə yanaşı İran, Osmanlı, Rusiya dövlətlərində Azərbaycan xanlıqlarında kəsilmiş pullara da rast gəlinirdi. Bu pul vahidləri qızıl, gümüş misdən ibarət idi. İrəvan bazarında ticarət əməliyyatlarında tümən, sahibqran yaxud minaltun, pənahabad, qarapul, şahı, bisti, real, rusiya imperialı, hollandiya çervonu, osmanlı darülxliafı mahmudi; gümüş pullardan rus rublu, gürcü abbası, üç növdə osmanlı kuruşu, para rus qroşu işlədilirdi. İrəvan xanlığında müxtəlif pul vahidi işlədildiyi kimi, müxtəlif çəki uzunluq vahidlərindən istifadə edilirdi. Çəki vahidlərindən xalvar, batman, stil, pud, misqal, somar, taçkir, kod s. qeyd etmək olar.

Bazarlarda hər hansı bir malı çəkmək üçün «əttar» «mizan» adlandırılan tərəzilərdən istifadə olunurdu. Əttarın hərfi mənası müxtəlif kiçik baqqal malları, ətriyyat dava-dərmanlarla ticarət edən şəxs deməkdir. Əttar kiçik əl tərəziləri idi. Mizan ərəb dilində çəki, ağırlıq deməkdir. Mizan tərəzilərini xan tərəfindən təyin olunmuş mizandar idarə edirdi. Bu tərəzilərdə ipək xaricdən gətirilmiş mallar çəkilirdi. Tərəzi daşları da icarəyə verilirdi. Bütün xanlıqda eyni çəki ölçüsünü saxlamaq üçün tərəzilər İrəvan bazarında yerləşirdi. İ.Şopen yazır ki, yerli əhali ərzaq alarkən, aldanmamaq üçün onun çəkisini yoxlamaq məqsədilə mizan-əttar tərəzisində çəkdirirdilər. Lakin bu havayı başa gəlmirdi. Malın növündən asılı olaraq icarədara müxtəlif miqdarda pul ödənməli idi. İrəvanda xan arşını, xalvar, somar, taçkir, batman ağac kimi uzunluq vahidləri vardı. Xalvar, somar batman əsasən əkin sahələrinin, arşın müxtəlif parçaların, ağac isə uzaq məsafələrin ölçüsündə istifadə edilirdi.

Bütün bu deyilənlərə baxmayaraq, sonuncu Rusiya-İran müharibəsi dövründə və işğaldan bir müddət sonra nəinki kəndlərdə, hətta İrəvan şəhərində də ticarət tamamilə tənəzzülə uğramışdı. Amansız hərbi əməliyyatlar ilk növbədə İrəvanın Kartli-Kaxetiya çarlığı ilə ticarət münasibətlərini tamamilə pozdu. Müxtəlif ölkələrdən ticarət məqsədilə İrəvana gələn karvanların ardı kəsildi. 1827-ci ildə rus qoşunları xanlıq ərazisinə hücum edərkən əhalinin əksəriyyəti əmlakları ilə birlikdə İrəvan qalasına sığınmış, digər hissəsi isə qonşu ölkələrə pənah aparmışdı. Sonuncu mühasirə zamanı İrəvan şəhəri və qalası böyük dağıntılara məruz qaldı. İrəvanlıların bir hissəsi döyüşdə həlak oldu. İ.Şopen qeyd edir ki, təhlukə sovuşduqdan sonra 1828-ci ildə irəvanlılar dağıdılmış evlərinin və bağlarının bərpası ilə məşğul olduğundan ticarəti sonrakı ilə saxlamışdılar. Lakin 1829-cu ilin yazında başlayan kütləvi taun xəstəliyi xanlıqda yaşayan əhalinin onda birini məhv etdi. Dükanlar bağlandı, karvansaralar boşaldı, bütün ticarət və sənətkarlıq dayandırıldı. Bu təhlükə yenicə sovuşmuşdu ki, 1830-cu ildə vəba xəstəliyi başladı.

İrəvan xanlığında qanunla müəyyən edilmiş vergi sistemi yox idi. Bu xanın və yaxud sərdarın iradəsindən asılı olurdu. Dövlət gəlirlərim və şəxsi maraqlarını təmin etmək üçün xanlar daim vergilərə diqqət yetirirdilər. Məhz onların fərmanlarına əsasən, kənd təsərrüfatı və sənayenin bütün sahələrini əhatə edən vergilər hər il həcm və sayca dəyişirdi. E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığında da vergilər əhalidən həm pulla, həm də məhsulla alınırdı. Pulla alınan vergiöz növbəsində iki qrupa bölünürdü: vasitəsiz və vasitəli. Bu vergi həm şəhər, həm də kənd əhalisinə aid idi. Vasitəsiz vergilər ildə bir dəfə taxılçılardan, şəhər əhalisindən, elatlardan və Eçmiədzin (Üç kilsə- E.Q.) kilsəsindən yığılırdı. Vasitəsiz (birbaşa xəzinəyə ödənilən vergilər-E.Q.) vergilər cəmiyyətlər (sosial qruplar-E.Q.) üzrə alınırdı. Bu vergini verən yerli əhali müxtəlif sosial təbəqələri əhatə edir və səkkiz cəmiyyətdə birləşirdi.

Birinci cəmiyyətə, İrəvan şəhər əhalisinin ödədiyi vergi daxil idi. Bu cəmiyyət də özlüyündə beş müxtəlif qollara ayrılırdı: a) Müsəlman cəmiyyəti - 1200 tümən; Qızılqala əhalisi - 54 tümən, 5 minaltun; b) Erməni cəmiyyəti - Məlik Saakın tabeçiliyində olan cəmiyyət - 400 tümən; yüzbaşı Parseq Keqamovun tabeçiliyində olan cəmiyyət isə 40 tümən; c) Qaraçılar (Boş-E.Q.) - 30 tümən. Bu cəmiyyətə daxil olanlar xəzinəyə ildə 1.724 tümən, 5 minaltun vergi ödəyirdi. İldə dörd dəfə yığılan bu vergi pulu əhalinin özü tərəfindən icra edilirdiümumi yığıncaqda toplanırdı.

İkinci cəmiyyətə, Eçmiədzin kilsəsinin ödədiyi vergi aid idi. İrəvan xanları müəyyən vaxtlarda bu kilsəyə güzəştə gedərək, erməni din xadimlərindən vergi almırdılar. Lakin xanlıqda böhran yarandıqda, erməni keşişləri xanlara xəyanət etdikdə bu vergi yenidən bərpa olunurdu. Erməni din xadimləri yerli əhaliyə xəyanət edərək Kartli-Kaxetiya çarlarına və rus qoşununa rəğbət bəslədiyinə görə xanlar tərəfindən böyük təzyiqlərə məruz qalırdılar. Məlumata görə, Hüseynqulu xanın dövründə kilsə xəzinəyə ildə 400 tümən pul verirdi. Üçüncü cəmiyyətə, makulu Əli xandan alınan vergi daxil idi. O, Şərur mahalının Ərəbli, Qarahəsən və Diadin kəndlərini Hüseynqulu xan tərəfindən verilmiş tiyul hüququ əsasında idarə etdiyindən hər il xəzinəyə 300 tümən ödəyirdi. Onu da qeyd etmək yerinə düşərdi ki, «İrəvan xanlığı» əsərində bu vergi səhvən Maku xanlığından toplanılan vergi kimi göstərilmişdi.

Dördüncü cəmiyyətə, köçəri həyatı keçirən elatlardan alınan vergi aid idi. Bu elatlar da öz növbəsində üç qola ayrılırdı: birinci qola daxil olan Azərbaycan türkləri - Böyük Çoban Qara elatı 350 tümən, Saradılar 150 tümən, Dəmirçili 50 tümən, Kərimbəyli 200 tümən, Şıxlar 100 tümən, Milli, Qaraçarlı və Əlikəndlilər birlikdə 300 tümən, Seyidli 200 tümən, Ağsaqqallı 240 tümən, Dərəkənd-Parçenis ayrumları 800 tümən, Talın ayrumları isə 240 tümən ödəyirdi. İkinci qola kürd elatları daxil idi. Onlardan zilanilər 4000 tümən, Çal Əli ailəsi 267 tümən, 7 minaltun və 5 şahı, Sakenlilər 219 tümən, 6 minaltun, Tuşmal ağanın idarəçiliyində olan 102 ailədən ibarət Bilxixanlılar 210 tümən, İsa ağanın tabeliyində olan 82 ailə 174 tümən, 5 minaltun, Xali xanlı ailəsi 280 tümən, Qızılbaş uşağı 127 tümən, Misir kəndli kürdləri 151 tümən. Üçüncü qola Şərur qaraçıları daxildir ki, onlar da 10 tümən məbləğində vergi ödəyirdilər. Ümumilikdə elatlar hər il xəzinəyə 8.219 tümən, 8 minaltun və 5 şahı pul ödəyirdilər.

Beşinci cəmiyyətə əhalinin binaçı vergisi ödəyən hissəsi daxil idi (binaçı-bina sözündən olub bünövrəsi olan deməkdir-E.Q.). Bu vergi yalnız hərtərəfli imkanı olan əhalinin müəyyən hissəsindən alınırdı. Binaçı vergisini təyin etmək üçün xan ilk növbədə təbəələrinin işlərinə və gəlirinə diqqət yetirirdi.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2019.- 30 mart.- S.13.