Tatar ədəbiyyatı
İsmayıl bəy Qaspiralı: həyatı
və yaradıcılığından səhifəfələr
(1851-1914)
3-cü yazı
İsmayıl
Qaspiralının ölüm xəbəri təkcə
Krımda deyil, bütün türk dünyasında, o cümlədən
Azərbaycanda da kədər hissi ilə
qarşılanmış, ölümündən iki gün
sonra xatirəsinə həsr olunmuş şeirlər müxtəlif
qəzet və jurnallarda davamlı olaraq dərc olunmağa
başlamışdı. Əlabbas Müznibin “Qiymətli
atamız İsmayıl bəy Qasprinskinin vəfatı
münasibətilə” (“Bəsirət” qəzeti, 13 sentyabr,
1914), “Sevgili atamız İsmayıl bəy” (“Dirilik”
jurnalı, 16 sentyabr, 1914), Məhəmməd Hadinin “Kəbəyi-müəllayi-ür-
fanın qurbanı böyük İsmayıl bəy”
(“İqbal” qəzeti, 14 sentyabr, 1914), Əmin Abidin “Dühayi-əzimimiz
İsmayıl bəy Qasprinskinin vəfatı münasibətilə”
(“İqbal” qəzeti, 17 sentyabr, 1914), Əli Səttarın
“Ustadi-əzim İsmayıl bəy Qasprinskinin ruhu əğdəsinə
ithaf’ (“İqbal” qəzeti, 17 sentyabr, 1914), Əlipaşa Səbur
Hüseynzadənin “Ustadi-əzəm İsmayıl bəy
Qasprinskinin ruhuna ithaf’ (“İqbal” qəzeti, 18 sentyabr, 1914), Əhməd
Cavadın “Qasprinski üçün” (Gəncə, 22 sentyabr,
1914), Ziya Axundza- də Lənkəraninin “İsmayıl bəyin
ruhuna” (“İqbal” qəzeti, 26 sentyabr, 1914), Molla Mahmud Çakər
Naxçıvaninin “Ustadi-erşadımız böyük
İsmayıl bəy” (“İqbal” qəzeti, 30 sentyabr, 1914),
Hüseyn Cavidin “İsmayıl bəy” (“Məktəb”
jurnalı, 21 oktyabr, 1914) şeirlərində İsmayıl bəy
Qaspiralının ölümünə təəssüf edilməklə
yanaşı, bir millət fədaisi kimi xatırlanır, əməlləri
yüksək qiymətləndirilir, adının əbədiyaşar
olacağına ümidlər bəslənilir. Məsələn,
Məhəmməd Hadi onun ölümündən üç
gün sonra “İqbal” qəzetinin 14 sentyabr 1914-cü il tarixli
sayında dərc etdirdiyi “Kəbəyi-müəllayi-ürfanın
qurbanı böyük İsmayıl bəy” adlı şeirində
İ.Qaspiralmm millət yolunda xidmətlərinə yüksək
dəyər verir, fikirlərinin milləti parlaq gələcəyə
aparacağına inam nümayiş etdirir:
Verdin
həyat bizlərə, öldün özün sənin,
Millət
göz açdı, gərçi yumuldu gözün sənin.
Həp
ruhdur ki, şəkli-soxənində sözün sənin,
Topraqlara
bürünsə də parlar yüzün sənin.
Sən
söndün isə jikirlərin bərqərardır,
Tabəndə
qəlblər sanaparlaq məzardır...
...Xəlq
anlasın deyə o tənin bəyanını,
Çox
zəhmət ilə xəlq edərək “Tərcüman”ını,
Vəkf
eylədin bu qövmə cavanlıq zamanını,
Göstərdin
iştə fikri həqiqətfəşanını!
Sən
söndün isə jikirlərin bərqərardır,
Tabəndə
qəlblər sanaparlaq məzardır...
Hüseyn
Cavid “İsmayıl bəy” şeirində (“Məktəb”
jurnalı, 21 oktyabr, 1914-cü il) İ.Qaspiralının xidmət
və ideyalarının türk millətinin həyatında
oynadığı rolu poetik şəkildə belə mənalandırıb:
Ismayıl
bəy, o bir böyük türk idi,
Bir
günəşdi Krım üfüqlərindən,
Parlayıb
ətrafı nura qərq etdi.
Yıldızlar
yaratdı şəfəqlərindən.
Ismayıl
bəy türkyurduna şan verdi,
Öksüz-ölgün
millətinə can verdi...
...İsmayıl
bəy ölməz, yaşar, həpyaşar,
Tarixlərdə, könüllərdə dillərdə.
Böyük
ruhu yüksək göylərdən aşar
Böyük
adı yad olunur hər yerdə!
İsmayıl
bəy türkyurduna şan verdi,
Öksüz-ölgün
millətinə can verdi...
İsmayıl Qaspiralının bütün ictimai-siyasi,
ədəbi-bədii fəaliyyəti bir konsepsiya olaraq millətinin
taleyi ilə bağlanmış, mənsub olduğu millətin
gələcəyi ilə bağlı “nə etməli”
sualına cavab tapmaqda əhəmiyyətli rol
oynamışdı. 63 illik mənalı ömrünün 33
ilini türk-islam dünyasının vacib problemlərinin həllinə
həsr edən, “dildə, fikirdə, işdə birlik”
ideyasının reallaşmasına var gücü ilə
çalışan İsmayıl Qaspiralının bədii-publisistik
yaradıcılığının və ictimai fəaliyyətinin
ana xəttində milli idealların təbliği və tətbiqi
dayanır.
İsmayıl Qaspiralı
yaradıcılığının şah əsəri olan “Tərcüman”
mənsub olduğu türk xalqının ictimai-siyasi və mədəni
həyatında dirçəliş rolunu oynamaqla
yanaşı, görkəmli şəxsiyyətin irəli
sürdüyü “dildə, fikirdə, işdə birlik”
ideyalarının reallaşmasında güclü təsir
vasitəsinə çevrilmişdi. Böyük ideyalar
carçısı İ.Qaspiralı mütərəqqi fikirlərin
həyata keçməsində, heç şübhəsiz, bədii
ədəbiyyat və publisistikanı daha əhəmiyyətli
hesab edirdi. İ.Qaspiralıya görə hər
bir milləti millət kimi tanıtmaqda din və ədəbiyyatın
rolu əvəzolunmazdır. Bu mənada
İ.Qaspiralının ədəbiyyatsız xalqları “vəhşi
tayfa” adlandırması təsadüfi görünmür.
“O, belə hesab edirdi ki, bədii əsər hər şeydən
əvvəl geniş xalq kütləsinin arzu və istəklərinin
ifadəçisi və düşüncələrinin tərcümanı
olmalıdır” (Xeyrulla Məmmədov).
İsmayıl Qaspiralı türk dünyasının
böyük şəxsiyyəti, ideoloqu olmaqla yanaşı,
ilk növbədə nasir və publisist kimi məşhurdur. Onun
yaradıcılığında roman və hekayələri
mühüm yer tutur.
İsmayıl Qaspiralı Avropa və Afrika ölkələrini
səyahət edən eyni bir qəhrəmanın macəraları
əsasında silsilə romanlar yazmış, bunları “Tərcüman”
qəzetində çap etdirmişdi. “Firəngistan məktubları”,
“Darürrahat müsəlmanları”, “Sudan məktubları”,
“Qadınlar ölkəsi” və “Molla Abbas Franseviyə təsadüf
: Gül Baba ziyarəti” əsərləri eyni qəhrəmanın
Molla Abbasın iştirak etdiyi müxtəlif romanlar silsiləsidir.
Silsiləyə daxil olan ilk əsər “Firəngistan
məktubları”dır. Roman 1887-1889-cu illərdə “Tərcüman”
qəzetində “Molla Abbas” imzasıyla dərc edilmiş, az vaxt keçmədən ayrıca kitab
halında çap olunmuşdu. Qeyd etdiyimiz kimi
“Firəngistan məktubları” əsərinin baş qəhrəmanı
Daşkəndli Molla Abbasdır. Onun vətənindən
Fransaya gəlməsi, oradan İspaniyaya getməsi,
başına gələn əhvalatları hekayə etməsi əsərin
məzmununu təşkil edir. Əsərdəki
hadisələr bilavasitə Molla Abbasın dili ilə nəql
olunur. Əsərin əvvəlində Molla Abbas
özü və səfərinin məqsədi haqqında belə
məlumat verir: “Daşkənddən səfərə
çıxanda iyirmi iki yaşında idim. Atamdan
qalmış mal və sərvətlə nə qədər
dolaşsam da yetərli idi. Özüm
harda, vətən və yurd orda olacaq kimi tək başına
bir gənc idim. Səyahət, elm və
bilik üçün nə qədər uzaqlarda olsam da
ardımca baxıb qalacaq yox idi. Orenburqdan
keçib Moskvaya gəldim. Burada
gördüklərim və Ka- zanlı tanışlarımdan
anladığım məlumata görə Firəngistan qayət
könlümə düşdü, bu ölkələri
görməyə həvəs etdim. Bir də
ki, əski kitabda Avropada zamani ərəb və türkdən
qalmış əzizlər və ziyarətlər olduğunu
bilib, bunları ziyarət etməyə murad etdim. Bu halda Ades (Odessa) şəhərinə gəldim”.
Molla Abbasın səfər zamanı məqsədinə
uyğun olaraq Macarıstanda “Gül Baba” (Macarıstanda XVI əsrdə
Osmanlı türklərindən qalmış bir bəktaşi
şeyxinin türbəsi), Fransada “Qırx əzizlər”
adlı (732-ci ildə İslam ordusunun Fransadan geri çəkilərkən
şəhid olmuş əsgərləri üçün
tikilmiş məqbərə. Hazırda
onun mövcud olub-olmaması məlum deyil.) müqəddəs ocaqları ziyarət etməsi
barədə əsərdə məlumat verilir. Romanda Molla
Abbasın Odessada teatr tamaşasına baxarkən firəng
qızı Jozefin ilə tanışlığı və
ondan Fransa haqqında məlumatlar alması bilavasitə baş
qəhrəmanda hələ Avropanı görmədən
Avropa təəssüratlarının yaranmasına, onun Avropaya
olan meylinin artmasına böyük təsir göstərir.
Molla Abbasda şərq yox, Avropa marağının güclənmə
səbəbi də əsərdə bu tanışlıqla əlaqələndirilir:
“Bir həftə keçdi. Bu günləri həp
firəng qızı ilə keçirdim. Firənglər
və Firəngistan haqqında mənə məlum etdiyi əhvalatlara
görə firəng qövminin diqqətəlayiq və təəccüblü
olduğuna şübhəm qalmadı. Belə
ki, Jozefinlə tanış-biliş olunca islam ölkələrini
ziyarət etməzdən əvvəl yabançı ölkələri
gəzib, görüb, anlamağa qayət həvəsli oldum”.
Göründüyü kimi, Molla Abbasın bir tərəfdən
kazanlı tanışlarından, digər tərəfdən də
firəng qızından Avropa haqqında eşitdikləri onun
bu diyara getmək həvəsini nəinki artırmış,
eyni zamanda “firəngin diqqətəlayiq və təəccüblü”
cəhətlərinə meylini gücləndirmişdi.
Hadisələrin inkişafı zamanı biz Molla
Abbasın Jozefınlə nigah bağladığının
şahidi oluruq. Molla Abbas dünyaya gələcək
övladlarının müsəlman kimi tanınmasını
vacib şərt hesab edir. Molla Abbasın bu
fikrini müəllif əsərdə milli və islami məqsəd
kimi dəyərləndirir. Lakin əsas məqsəd
Molla Abbasın Avropaya doğru səyahəti zamanı
keçdiyi ölkələrdə gördüyü hadisələr
və onlara münasibətində açıqlanır.
Rusiya,
Ukrayna, Polşa, Qalitsiya, Almaniya, Macarıstan torpaqlarından
keçərkən Molla Abbasın keçirdiyi hisslər, bu
ölkələr haqqında onda yaranan təəssüratlar
olduqca orijinal təsirə malikdir. Xüsusən
alman və macar elm, təhsil, mədəniyyəti onda heyrət
doğurur. Zəngin kitabxanaların, modern
təhsil sisteminin olmasını müəllif qəhrəmanının
dili ilə cəmiyyətin inkişaf təməli kimi səciyyələndirir.
İ.Qaspiralıya görə “elm, mərifət
günəş işığı kimidir. Cümlə aləmə aydınlıq və
qüvvət verir.” Əslində bu fikirlərdə
öz maarifçi görüşlərini əks etdirən
İ.Qaspiralı xalqların tərəqqisi-ni elm və təhsildə
görərək millətinin də bu yolu tutmasını
arzulayır. Əsərdə Molla
Abbasın Vyana şəhərində görkəmli
türkoloq Vamberi ilə görüşü maraqlı tərzdə
təqdim olunur. Müəllif Vamberinin
Türküstanda tarixi abidələri tədqiq etmək
marağının və ora gəlişinin bir səbəbini
də məhz onun özünün və mənsub olduğu
macar xalqının türk əsilli olması ilə
bağlayır. Düzdür, əsərdə Vamberinin
Türküstana getməsinin başqa bir səbəbi də
açıqlanır: “Rəvayətə görə Vamberi dərviş
qiyafəsinə girib Türküstanı dil kəşfi
üçün dolaşmamış. Bu
adamı bu tərəfə ingilis höküməti
yollamışdır. Bu səyahət
zamanı ruslar Ağməscid və Evliyata qalalarını
alıb Kokand və Daşkənd tərəfə gəlməkdə
imişlər. İngilislər
qısqanclıq və daha ziyadəsi Hindistanda malik
olduqları ölkələrdən qorxub Rusiyanın
Türkistana irəliləməsindən xoşlanmayıb
Türküstan durumunu anlamaq istəmişlər. Bir türlü şübhə olmamaq
üçün ingilis casusu yollamayıb, venqriyalı Vamberini
yollamışlar. Vamberi İrandan, Xivədən
keçib Buxaraya yetmişdir.” Əsərdə
səslənən bu fikirlərdə müəyyən tarixi
faktların sadalanması ilə yanaşı, türk mənəvi-mədəni
tarixinin qədimliyinin təsdiqi də dayanır. Bir qədər
əvvəldə adlarını sadaladığımız
Avropa ölkələrində Molla Abbasın türk tarixi abidələrini
axtarması, həmsöhbət olduğu şəxslərdən
bu günkü qərb mədəniyyətinin əsasında
dayanan bir sıra İslam mənəvi dəyərlərinin
mövcudluğu ilə əlaqədar məlumatlar eşitməsi
türk-müsəlman təsirinin təkcə Şərqə
yox, həm də Qərbə nüfuzundan xəbər verir. Əsərdə Molla Abbas çox hadisələrlə
üzləşir. O, Parisə gəldikdən sonra
Jozefini boşayır. Müsyo Şalon adlı
tanınmış bir şəxslə tanış
olur. Onun qızı Marqaritaya fars və
türk dillərindən dərs keçir. Avropa
mədəniyyəti, təhsil sistemi, əxlaq, ailə və
məişət tərzi barədə bu şəxslərlə
söhbətlərində Molla Abbas Şərqin nə qədər
geri qaldığını açıq-aşkar duya bilir.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
525-ci qəzet.- 2019.- 16 noyabr.- S.14.