Milli Kitabxananın direktoru Rusiyada beynəlxalq forumda çıxış edib

 

 

 

Noyabrın 15-də Dövlət Ermitajının Baş qərargahında VIII Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində “Böyük Qələbənin 75 illiyi: Ədəbiyyat, kino, teatrmövzusunda konfrans keçirilib. Konfransda ölkəmizi Milli Kitabxananın direktoru, professor Kərim Tahirov təmsil edib.

Konfrans Rusiyanın Televiziya aparıcısı, dokumentalist Nika Strijakın moderatorluğu ilə keçirilib.

Tədbirdə RusiyanınÝêñìî-ÀÑÒnəşriyyat qrupunun prezidenti Oleq Novikov, Belarus Milli Kitabxanasının direktoru Roman Motulski, M.Qorki adına Moskva İncəsənət Akademik Teatrının bədii rəhbəri Eduard Boyakov, Rusiyanın Sovet Rus film teatr rejissoru, aktyor Dmitri Astraxan digər şəxslər iştirak ediblər.

Konfrans iştirakçıları tərəfindən ədəbiyyat, teatr, kino televiziya sahəsində hazırlanmış əhəmiyyətli layihələrbeynəlxalq ictimaiyyətlə ünsiyyət yolları vasitələri ilə MDB ölkələrində gənc nəsillər arasında Böyük Qələbənin xatirəsinin qorunmasına yönəlmiş layihələr təqdim edilib, həmçinin müxtəlif mədəniyyət meyillərinin qovşağında formalaşan beynəlxalq kontekstdə yazılmış yeni formatlar barədə müzakirələr edilib. Eyni zamanda, mədəniyyət müəssisələrinin Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin qeyd olunmasındakı rolundan danışılıb.

Kərim Tahirov Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanasının həyata keçirəcəyi tədbirlər MDB- daxil olan bir sıra ölkələrin milli kitabxanaları ilə birgə həyata keçirəcəyi layihələr barədə danışıb.

Eyni zamanda, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Rusiya Milli Kitabxanasının baş direktoru Aleksandr Verşinin arasında görüş keçirilib. Görüşdə Azərbaycan Milli Kitabxanası ilə Rusiya Milli Kitabxanası arasındakı qarşılıqlı əməkdaşlığın daha da inkişaf åtdirilməsi, ålm, mədəniyyət məlumat mənbələrinin yayılması mübadiləsi sahəsində gələcək əməkdaşlığın davam etdirilməsi istiqamətində danışıqlar aparılıb.

Daha sonra Rusiya Milli Kitabxanasının əməkdaşlarının müşayiəti ilə Foruma dəvət olunmuş iştirakçıların Dövlət Ermitajında ekskursiyası təşkil edilib.

Qonaqların iştirakı ilə VIII Sankt-Peterburq Mədəniyyət Forumunun təntənəli açılış mərasimi axşam saatlarında Mariinsky Teatrının yeni səhnəsində keçiriləcək.

 

Xalq Cəbhəsi.- 2019.- 16 noyabr.- S.16.