Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkirimövzusunda elmi konfrans

 

Noyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı iləƏhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkirimövzusunda elmi konfrans keçirilib.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva Prezident İlham ƏliyevinƏhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqındamüvafiq Sərəncam imzaladığını xatırladıb tədbirin həmin Sərəncama əsasən təşkil edildiyini söyləyib.

Gövhər Baxşəliyeva bildirib ki, XIX əsrin sonu XX əsrin birinci yarısında yaşayıb-yaratmış Əhməd bəy Ağaoğlu böyük ictimai-siyasi xadim,  ziyalı, jurnalist, pedaqoq, siyasətçi, yazıçı əsl vətənpərvər şəxsiyyət olub. O, Azərbaycanda ölkənin hüdudlarından kənarda ictimai-siyasi proseslərdə fəal iştirak edib, milli oyanış hərəkatının daim ön sıralarında dayanıb, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb. Əhməd bəy Ağaoğlu ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin məhsuldar fəaliyyəti ərzində parlaq bədii-publisistik dolğun elmi-nəzəri irs yaradıb, Azərbaycanın ədəbi-mədəni sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya konsepsiyalarla daha da zənginləşməsində mühüm, diqqətəlayiq xidmətlər göstərib. Bu böyük şəxsiyyətin ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyəti tərəqqiyə doğru yönəlməyə qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.

Akademik diqqətə çatdırıb ki, Əhməd bəy Ağaoğlu hər zaman məqalələrində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni təhsili inkişafından keçdiyini qeyd edib. Qadın azadlığı ideyalarını yayan bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən görkəmli mütəfəkkir Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. Əhməd bəy Ağaoğlu qadınların geriliyini istifadə olunan əlifbanı müsəlman dünyasının iki əsas düşməni sağalmaz yarası sayırdı.

Qeyd edilib ki, bu böyük şəxsiyyətin təklifi iləDifaitəşkilatı yaradılır. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir. O, siyasi fəaliyyətinə görə 1912-ci ildəİttihadTərəqqipartiyasının 12 nəfərdən ibarət Mərkəzi Komitəsinin üzvü olur. 1914-cü ildə isə Osmanlı deputat seçilir. Osmanlı dövlətində yüksək məqamlara sahib olan Ağaoğlu vətənini heç vaxt unutmayıb. Əhməd bəy Ağaoglu Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi Qafqaz İslam Ordusu ilə birgə Azərbaycana göndərilir. 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamenti yarandıqdan sonra Ağaoğlu Bitərəflər fraksiyasından Zəngəzur qəzasından parlamentin üzvü seçilir. 1918-ci il dekabrın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh konfransında iştirak etmək üçün təşkil etdiyi nümayəndə heyətinin tərkibinə Ağaoğlu da daxil idi.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli mütəfəkkir, dövlət xadimi, XX əsrin əvvəllərində milli oyanış hərəkatının öncüllərindən biri olan  Əhməd bəy Ağaoğlunun Azərbaycanın bütövlükdə türk dünyasının ictimai-siyasi fikir tarixində yeri rolu barədə danışıb. Akademik Azərbaycan Türkiyənin istiqlalı uğrunda mübarizə aparmış Əhməd bəy Ağaoğlunun hər iki ölkənin dövlət müstəqilliyi uğrunda mübarizədə öndə gedən ziyalılardan biri olduğunu qeyd edib, böyük mütəfəkkirin hər iki ölkənin parlamentinə deputat seçildiyini vurğulayıb.

Bildirilib ki, Ağaoğlu Azərbaycanda Türkiyədə milli-mənəvi islami dəyərlərin qorunub saxlanılması şərtilə Şərq əsaslı Qərb yönümlü inkişaf uğrunda fəaliyyət göstərib, məhz bu istiqamət onun publisistikasının əsasını təşkil edib. Görkəmli mütəfəkkir hər iki xalqın milli istiqlalının əldə olunmasında böyük rola malik olan mücahidlərdən biri olub. Əhməd bəy Azərbaycan Türkiyə mətbuatında dərc olunmuş əsərlərində Qərb yönümlü cümhuriyyət tipli dövlətin qurulması ideyalarını təbliğ edib: OnunHəyatİrşadqəzetlərindəki fəaliyyəti Azərbaycanda XX əsrin əvvəllərində milli oyanışa müstəqillik, dövlətçilik uğrunda mübarizəyə hazırlıq məsələlərinin həyata keçirilməsinə böyük təkan verib. OnunHəyatqəzetində çap olunan məqalələri milli intibahın manifesti səviyyəsindədir. Bu qəzetin çağırışları Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirib çıxarıb”.

Akademik bildirib ki, Əhməd bəy Ağaoğlu Ankara Universitetinin Hüquq fakültəsinin qurucularından olub, eləcə ölkəmizdə çar hökumətinə daşnak ermənilərə qarşı mübarizə aparmaq üçünDifaitəşkilatını yaradıb.

AMEA-nın vitse-prezidenti, Ağaoğlu haqqında müxtəlif mənbələrdə geniş məlumatların olmasına baxmayaraq, ümumiləşdirici monoqrafiyanın hazırlanmasına ehtiyac duyulduğunu vurğulayıb. Akademik bu məqsədlə AMEA-nın bir sıra institutlarının bir araya gələrək bu monoqrafiya üzərində işləməsi təklifini irəli sürüb.

Akademik İsa Həbibbəyli konfransın keçirilməsinin Azərbaycan Respublikası PrezidentininƏhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqındaSərəncamının AMEA-da icra olunması istiqamətində atılmış addımlardan biri kimi əhəmiyyətini bildirib, tədbirin işinə uğurlar arzulayıb. 

AMEA İctimai Elmlər Bölmənin akademik-katibi, akademik Nərgiz Axundova bugünkü konfransın Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyətinə, irsinə böyük töhfə olduğunu söyləyib. Akademik Ağaoglunu böyük mütəfəkkir, şərqşünas, hüquqşünas, türkoloq, filosof kimi səciyyələndirib, onun həyatı fəaliyyəti haqqında külliyatın nəşr edilməsinin Azərbaycan elminə mühüm töhfə olacağına əminliyini bildirib.

Sonra konfransın məruzələrinə başlanılıb. Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-TohidiƏhməd bəy Ağaoğlu milli kimlikmövzusunda məruzə edib. Əhməd Ağaoğlunun milli kimlik məsələsindəiranlıkimliyindəntürkçülüyədoğru düşüncələrini izləyən məruzəçi ilk olaraq, Azərbaycan türkçülüyününpatriarxı, maarifçi,   mühərrir, mütəfəkkir,  ictimai-siyasi dövlət xadiminin həyat yolunu, bir şərqşünas-iranşünas tədqiqatçı kimi Fransa, İngiltərə, Qafqaz Türkiyə mətbuatında dərc olunan İrana dair məqalələri kitabları əsasında fəaliyyətini nəzərdən keçirib. Bu zaman Əhməd bəy Ağaoğlunun milli kimlik məsələsində iramlı kimliyindən türkçülüyə keçid mərhələsinə daha ətraflı nəzər salan S.Rüstəmova-Tohidi, onun İran Azərbaycan türklərinəiranlıtürkkimliyi  bucağından baxışlarını təhlil edib Azərbaycanlı    kimliyinə dair mövqeyinə münasibət bildirib.

Daha sonra Şərqşünaslıq İnstitutnun əməkdaşlarından Esmeralda Həsənova “Əhməd bəy Ağaoğluonun Türkiyənin ictimai-siyasi fikrinin inkişafında rolu”, Məmmədəli Babaşlı “Əhməd bəy Ağaoğlunun milli ləyaqət uğrunda mücadiləsinin mahiyyəti və əhəmiyyəti”, dosent Səriyyə Gündoğdu “Sırati-müstəqim” dərgisində Əhməd bəy Ağaoğlunun maarifləndirici fəaliyyəti”, Mirzə Ənsərli “Əhməd bəy AğaoğluMalta sürgünümövzusunda məruzə ediblər.

 

Xalq Cəbhəsi.- 2019.- 21 noyabr.- S.15.