Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında

 

Oktyabrın 14-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa CəfərzadəninNizaminin türklüyü türklüyə münasibəti Azərbaycan nizamişünaslığındaadlı kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutu Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan təqdimat mərasimi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının 7-ci Bakı Zirvə görüşü münasibətilə təşkil edilənTürk dünyası həftəsiçərçivəsində gerçəkləşib.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək yeni nəşrlə bağlı fikirlərini bölüşüb. Azərbaycanlı elm adamlarının türk dünyasının mədəniyyətinə, ədəbiyyatına böyük töhfələr verdiyini deyən K.Tahirov bildirib ki, Azərbaycan alimləri bu istiqamətdə hər zaman fəallıq göstərib bu ənənə davam etməkdədir. Qeyd edib ki, türk dünyasının böyük oğlu Nizami yaradıcılığına həsr edilmişNizaminin türklüyü türklüyə münasibəti Azərbaycan nizamişünaslığındakitabı türk dünyasının ədəbiyyatına verilən töhfədir. Monoqrafiyanın Azərbaycan ədəbiyyatşünaslığında əhəmiyyətini xüsusi qeyd edən Milli Kitabxananın direktoru müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, AMEA-nın müxbir üzvü Nüşabə Araslı başqaları qeyd ediblər ki, monoqrafiyada XIX-XX əsrlərdə yaşamış Azərbaycan tədqiqatçılarının, eləcə müasir dövr Azərbaycan alimlərinin tədqiqatlarında dahi Nizaminin milli mənsubiyyət etibarilə türk olması, şairin öz əsərlərində türklüyə xüsusi rəğbəti araşdırılıb. Azərbaycan nizamişünaslığını xronoloji ardıcıllıqla təqdim edən Əzizağa Nəcəfzadə mövcud araşdırmalar üzərində təhlillər aparıb.

Vurğulanıb ki, Ə.Cəfərzadənin bu araşdırması Azərbaycan nizamişünaslığını demək olar, bütün mərhələlərində məşğul edən aktuallığını itirməyən problemə həsr edilib. Kitabda şairin öz soy kökünə olan dərin rəğbəti Azərbaycan alimlərinin tədqiqatlarındakı əksinin öyrənilməsi sistemli şəkildə, xronoloji ardıcıllıqla təqdim edilir. Müəllif kitabda tədqiqat obyektinə həssaslıqla yanaşaraq fərqli ictimai-siyasi şəraitdə yaşayıb-yaratmış ayrı-ayrı alimlərin elmi irsində öz araşdırmasını müqayisəli şəkildə oxuculara çatdırır.

Kitabın baş elmi məsləhətçisi və “Ön söz” müəllifi AMEA-nın müxbir üzvü Nüşabə Araslıdır. Monoqrafiyanın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Xəlil Yusiflifilologiya üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyevdir.

 

Xalq Cəbhəsi.- 2019.- 15 oktyabr.- S.13.