Milli Kitabxanadaİsa Həbibbəyli - 70” adlı kitab sərgisi açılıb

 

Oktyabrın 16-da Milli Kitabxanada müasir Azərbaycan humanitarictimai elmi düşüncəsinin nüfuzlu simalarından biri, görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı, təcrübəli pedaqoq, AMEA-nın vitse-prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin anadan olmasının 70 illiyi münasibətilə “İsa Həbibbəyli-70” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə akademikin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, elmi redaktoru olduğu, elmi məsləhətçisi olduğu, rəy verdiyi, tərtibçi-müəllifi olduğu, kitablardadövri mətbuatda nəşr edilmiş şeirləri, akademik haqqında yazılmış əsərlər, söylənmiş fikirlər və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə nümayiş olunacaq.

 

 

Xalq Cəbhəsi.- 2019.- 17 oktyabr.- S.15.