“Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi 

 

Oktyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunanŞərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsimövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova açaraq dövlət başçısının müvafiq Sərəncamına əsasən 2019-cu ilin AzərbaycandaNəsimi ilielan olunduğunu xatırladıb, dahi şairin 650 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd edildiyini söyləyib. Bildirib ki, AMEA-nın müxtəlif institut təşkilatlarında İmadəddin Nəsimi ilə bağlı çoxsaylı tədbirlər keçirilir, elmi-tədqiqat işləri aparılır. Nəsimi iliçərçivəsində keçirilən tədbirlər sırasında Şərqşünaslıq İnstitutunun təşkil etdiyi konfrans da xüsusi yer tutur.

Nəsiminin Azərbaycanın ictimai fikir tarixində özünəməxsus mövqeyi olduğunu deyən Nərgiz Axundova, onun xalqımızın ədəbi fikrində daim yaşayacağını qeyd edib. Bildirilib ki, çoxşaxəli yaradıcılığa malik şairin Azərbaycan ədəbi dilinin formalaşmasında böyük rolu olub.

KonfransdaNəsimi irsinin günümüzdə dəyəri əhəmiyyəti haqqındaməruzə edən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva bu ilin ölkə rəhbəri tərəfindənNəsimi ilielan edilməsinin çox əlamətdar təqdirəlayiq hadisə olaraq xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, bu Sərəncamın ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına qədər böyük diqqət yetirildiyinin təzahürü olduğunu söyləyib. Bildirib ki, “Nəsimi iliölkəmizdə nəsimişünaslığın inkişafına, Nəsimi irsinin, şairin ideallarının populyarlaşmasına böyük təkan verməklə yanaşı, yeni-yeni kitab, monoqrafiya sənət əsərlərinin yaranmasını stimullaşdırır. Nəsimi iliçərçivəsində dahi Azərbaycan şairinə həsr edilmiş beynəlxalq festivallar, sərgilər, müsabiqələr keçirilir, yeni tamaşalar qoyulur, musiqi kompozisiyaları hazırlanır, yeni tədqiqatlar işıq üzü görür.

O, “Nəsimi iliçərçivəsində Şərqşünaslıq İnstitutunda da elmi-tədqiqat işlərinin aparıldığını, kitab monoqrafiyanın çapa hazırlandığını söyləyib. Vurğulayıb ki, institutunAzərbaycan şərqşünaslığıjurnalının növbəti nömrəsi dahi mütəfəkkir Nəsiminin 650 illik yubileyinə həsr edilib.

G.Baxşəliyeva Nəsiminin 600 illik yubileyinin hələ sovet dövründə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunduğunu UNESKO-nun tədbirlər siyahısına daxil edildiyini söyləyib.

Nəsimini böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlər müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış bir şair kimi dəyərləndirən G.Baxşəliyeva onun yaradıcılığının ideya-mövzu bədii-estetik cəhətlərinin, bütövlükdə poetikasının şairi orta əsrlərin ən qüdrətli söz fikir sərrafları ilə bir cərgəyə qoyduğunu deyib: “Nəsiminin azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaragüruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşıənə-l-həqdeyən insanın möhtəşəm üsyanıdır. Nəsimi yaradıcılığı istibdada, sosial ədalətsizliyə, qəddarlığa, hər növ zülmə qarşı böyük etiraz idi. Onun şeirləri insan əqlini gözəlliyini vəsf edərək, şəxsiyyəti hər növ qadağalardan azad edərək fanatizm mövhumata qarşı yönəlmişdi. Bir sözlə, Nəsimi yaradıcılığının əsas ideyasıazad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsinə xidmət edir ki, bu da müasirliyimizlə kifayət qədər möhkəm uzlaşır”.

G.Baxşəliyeva bildirib ki, Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan vuruşması böyük, möhtəşəm örnək olaraq bütün xalqımıza, ilk növbədə, gənc nəslimizə öz müsbət təsirini göstərir. Məruzəçi Nəsimi irsinin günümüz üçün dəyəri əhəmiyyətini onun yaradıcılığının sosial-fəlsəfi ümumbəşəri mahiyyəti, şairin dil tariximizdə müstəsna rolu xidmətləri ilə bağlayıb.

Qeyd edilib ki, Nəsiminin ədəbi dil tariximizdə müstəsna rolu xidmətləri var. Şair fars ərəb dillərində şeirlər yazmasına baxmayaraq, əsas hünərini ana dilindəki yaradıcılığında göstərib, ədəbi dilimizin yetərincə saf canlı bir şəkildə klassik Şərq poetikası sisteminə uyğunlaşmasına nail olub. Başqa sözlə, o, türkcənin hədsiz ifadə imkanlarını nümayiş etdirərək, onun rəqib dillər qarşısında ədəbi statusunu təmin təsbit edib. Bununla da Nəsimi çətin bir vəzifənin öhdəsindən uğurla gəlib, böyük bir yolun təməlini qoymaqla xələflərinin işini asanlaşdırıb.

AMEA-nın Əlyazmaları İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa KərimovNəsimi davamçılarının əlyazmaları dünya kitabxanalarındamövzusunda məruzəsində dahi şairin əlyazmalarının müasir tədqiqat nəşrlərindən söz açıb. O, şairin anadilli divanının, onun əlyazma nüsxələrinin tədqiqi sahəsində professor Cahangir Qəhrəmanovun xidmətlərini xüsusi vurğulayıb alimin 1973-cü ildə nəşr etdirdiyi üçcildlikNəsimi. Əsərləriadlı kitabda Nəsiminin anadilli divanının elmi-tənqidi mətnini yazarkən istifadə etdiyi əlyazmalardan danışıb. Paşa Kərimov son illər özünün Ankara Milli Kitabxanasından əldə etdiyi əlyazmalardan, Nəsiminin ardıcıllarının əsərlərinin dünyanın müxtəlif kitabxanalarında saxlanan əlyazma nüsxələrindən söz açıb. O, Nəsiminin onun ardıcıllarının əsərlərinin dünyanın müxtəlif kitabxanalarına, əlyazma saxlanclarına səpələnmiş əlyazma nüsxələrinin böyük Azərbaycan şairinin İran, Orta Asiya daxil olmaqla Avropadan tutmuş Hindistana qədər yayılan nüfuzundan, ədəbi təsirindən xəbər verdiyini söyləyib.

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət ŞıxıyevaNəsiminin nəsr yaradıcılığımövzusunda məruzəsində daha çox şair, sufi, arif hürufi kimi məşhur olan Seyid İmadəddin Nəsiminin nəsr sahəsində qələm təcrübələrindən danışıb. Bununla belə Nəsiminin nəsrlə yazılan əsərlərinin (“Müqəddimətül-həqayiq”, “İnsan farsca bir risaləsi) bədii səciyyəli deyil, irfani hürufilik məzmunlu olduğunu deyən məruzəçi şairin mənsur əsərlərindən ən çox diqqət yetirilən, tədqiqata cəlb edilən müzakirələrə səbəb olan əsərininMüqəddimətül-həqayiq” (“Həqiqətlərin başlanğıcı”) olduğunu bildirib: “Bu risalənin Azərbaycanın anadilli fəlsəfi nəsri tarixində ilk əsərlərdən olması Azərbaycan nəsrinin tarixinin daha qədim olması qənaətini yaradır. Eləcə əsər tərcümə ədəbi dil tariximiz baxımından xüsusi əhəmiyyətə malikdir. Şairin irsinin hərtərəfli, sistemli ardıcıl öyrənilməsi tədqiq edilməsi bu mənəvi irsin həqiqi varisləri olan azərbaycanlı araşdırıcılar qarşısında mühüm vəzifə kimi durur”.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Ataəmi MirzəyevNəsiminin yaradıcılığında rədif qafiyə sistemi”, həmin institutun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor İmamverdi HəmidovNəsimi ərəb ədəbiyyatşünaslığında (Ə.Qələçinin tədqiqatları əsasında)” mövzularında məruzələrlə çıxış ediblər.

Konfrans işini Şərqşünaslıq İnstitutunun akt zalında davam etdirib. Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli “Seyid İmadəddin Nəsimi şeirində Quran hikmətləri”, Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mahir Həmidov “Ərəb yazıçısı Əbdülfəttah Rəvas Qələçinin “Hələb yaqutu İmadəddin Nəsimi. Həyatı, poeziyası və fəlsəfi görüşləri” adlı əsəri haqqında”, Şərqşünaslıq İnstitutunun elmi işçisi Fidan Nəsirova “Nəsimi şəxsiyyəti zamanın fövqündə” mövzularında məruzələrlə çıxış ediblər.

 

Xalq Cəbhəsi.- 2019.- 31 oktyabr.- S.13.