Kukla Teatrında yeni tamaşalar hansılardı?

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsüm üçün bir neçə yeni səhnə əsəri hazırlayır.

Yeni tamaşalar Azərbaycan xalq nağıl dastanları əsasında hazırlanır. Belə ki, sənət ocağının yaradıcı kollektivininYeddi nar çubuğuəsasında ərsəyə gətirəcəyi tamaşanın səhnələşdirəni Zülfüqar Rüfətoğlu, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir. Səhnə əsəri ilin sonunadək teatrsevərlərin ixtiyarına veriləcək. Tam müasir tərtibat, yeni səhnə vasitələrinin tətbiqi ilə hazırlanan səhnə əsərində klassik nağıl-tamaşa, vizual elementlərlə ənənəvi kukla üslubunun sintezi təqdim olunacaq.

İlin sonunadəkKitabi-Dədə Qorquddastanı əsasında türkiyəli dramaturq Hasan Erkekin yazdığıAdını qazanan oğlanpyesi səhnə həllini tapacaq. Tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verir.

Qəhrəmanlıq, sədaqət cəsarətin tərənnüm olunduğu səhnə nümunəsinin quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.

IV rübün son tamaşası isə A.S. PuşkininBalıqçı balıqnağılı əsasında hazırlanacaqQızıl balıq”dır. Bu tamaşa da Anar Məmmədovun quruluşunda hazırlanacaq. Səhnə işinin quruluşçu rəssamı Əfşan Əsədovadır. Musiqi tərtibatlı tamaşa tam klassik kukla sənəti estetikasında hazırlanır.

Özünün rəngarəng repertuar ənənəsinə sadiq qalan teatrdaBiri vardı, biri yoxduadlı nağıl-tamaşa da hazırlanacaq. Qurban Məsimovun Azərbaycan xalq nağıllarının məşhur personajlarının səhnə şousu adlandırdığı bu nümunə daha çox festivallar üçün nəzərdə tutulur.

Teatrda klassikləşən tamaşaların yeni səhnə həyatı qazanaraq təqdim olunması da artıq ənənə halını alıb. Bu işin davamı olaraq repertuarda xüsusi yeri olan, lakin özünün tərtibat baxımından ömrünü başa vuranQoçaq ƏhmədMəlikməmmədtamaşaları da tam yeni səhnələşdirmə quruluşda yenidən balacaların görüşünə gələcəklər.

 Xalq cəbhəsi  2019.- 7 sentyabr.- S.16.