ZİYA GOYALP: Türkçülüyün milli hərəkat səviyyəsinə yüksəlməsində xidməti olan şəxsiyyətlərdən biri

 

 

2-ci yazı

 

Tarixdən məlumdur ki, türklərin yaşadığı bir çox yerlər XX əsrdə xristian qüvvələri tərəfindən təcavüzə məruz qalmış, nəticədə həmin ərazilərin itirilmə təhlükəsi ortaya çıxmışdı. Bu vəziyyət şairi, böyük millətçi gənci daim narahat etmiş, əsərlərində bunları kədər hissi ilə qələmə almışdı. Daha doğrusu, böyük Turançılıq ideyalarının təbliğatçısı olan Ziya Göyalp Turan ellərinin müxtəlif dövlətlərin ərazi subyektlərinə çevrilməsinə kəskin etiraz etmiş, bunu məğrur bir xalqın haqqının tapdanması şəklində qiymətləndirib:

 

Türk yurdu uyğuda, ey düşmən, sakın!

Uyuyan ölkəyə yapılmaz axın.

Dan yeri ağardı, igidlər, qalxın!

Baxın, yurd halda, vətən harada?

 

Gedəyim arayım, yatan harada?

Krım harda qaldı, Qafqaz oldu?

Kazandan Tibetə deyin rus doldu,

Kitayda analar saçını yoldu,

Şən yurdlar halda, viran harada?

Gedəyim arayım, İran harada?

 

Lakin Ziya Göyalp xalqının, millətinin gücünə, qüvvəsinə, iradəsinə bələd arxayın olduğu üçün yaradıcılığındakı kədər bədbinlik halları ötəri xarakter daşıyır. Ziya GöyalpÇobanla bülbülşeirində kədər, qəm hisslərini aşağıdakı şəkildə ifadə edir:

 

Çoban qaval çaldı, sordu bülbüldən

Sürülərim hanı, obam harada?

Bülbül sordu boynu bükük bir gülə

Şərqilərim hanı, yuvam harada?

 

Bu parçada ifadə olunan fikir rəmzi səciyyə daşıyır. Şərti ifadə deyimlərin daşıdığı məna yurd, torpaq vətən narahatçılıqlarının bədii əksidir. Lakin sonrakı parçalarda bu şərtilik daxilində biz nikbin bir ruhun şeirə hakim kəsildiyini görürük:

 

Çoban dedi: Sürülərim hep qaçsa Bir sürüm var, qaçmaz, adı: Türk eli!

Bülbül dedi: Şərqi ölsün, yox təsa Türkülərim yaşar, söylər xalq dili!

 

Ziya Göyalp yaradıcılığında türk dünyasının gələcəyinə olan inam daim öz varlığını qoruyub saxlayır. O, Turan ellərinin bölünməzliyini təbliğ etməklə, əslində bu birliyi simvolik yox, real şəkildə canlandıra bilir:

Məsələn: “Mən, sən yoxuz, biz varız” - misrası Ziya Göyalp sənətində deyilən cəhəti şərh etmək baxımından əvəzsiz nümunədir. Ziya Göyalpın türk millətinə bağlılığı, onun sabahına inamı dövrünün bir çox sənətkarlarının diqqətini cəlb edib şair-filosofun həmin keyfiyyəti yüksək elmi-nəzəri qiymətini alıb. Əhməd Ağaoğlunun bu qəbildən olan aşağıdakı fikirləri daha önəmli səslənir: “Heç bir zaman, heç bir vəziyyətdə Ziyanın ruhunu kədər, ümidsizlik kimi bezginlik bürüməyib. Ən çətin, ən qaranlıq zamanlarda o, daim ətrafına inam ümid saçıb. Balkan müharibəsinin zillətləri, dünya müharibəsinin fəlakətləri əsnasında, mən onu gələcəyə dərin ümidlərlə bağlı gördüm. Türkün ölməyəcəyinə onun qədər inanmış bir adama hələ ki, təsadüf etmədim.” Təbii olaraq Ziya Göyalpın türkün ölməyəcəyinə, daim qələbə zəfərlər qazanacağına inamı quru mücərrəd sevgi anlayışlarının məhsulu deyildi. Ziya Göyalpda mövcud olan xalq inamının mənbəyi bilavasitə xalqının tarixi, mübarizə əzmi, torpaq sevgisi, yurd istəyi, düşmənə qarşı nifrəti amansızlığı s. ilə bağlı idi.

Ziya Göyalpın türkçülük düşüncə ideyalarının, onun tarixi, elmi fəlsəfi dəyərlərinin əksi problemlərinə həsr etdiyi əsərlərindən biri Türkçülüyün əsasları”dır. Təsadüfi deyildir ki, əsər türkçülüyün tam bir proqramı kimi layiqli qiymətini almış, məsələlərə tarixi, elmi-fəlsəfi, hüquqi-əxlaqi s. cəhətdən aydınlıq gətirilib. Türkçülüyün tarixiTürkçülüyün proqramışəklində səciyyələnən iki bölümdə türkçülüyün turançılığın mahiyyəti əsas götürülməklə, onun gələcəyi qarşısında dayanan məsələlərə münasibət bildirilib.

Ziya Göyalpişini bil, aşını bil, eşini bilbir atalar sözü fonundamillətini tanı, ümmətini tanı, mədəniyyətini tanıdeməklə əsərdə ortaya atdığı məfkurə konsepsiyanın incəliklərini şərh edir, xalqın mədəniyyətinə tarixinə sahib olmağın, ən başlıcası isə xalqın özünə doğru getməyin yollarını göstərir. Əsər türk milli modelinin ictimai inamının əsas xəttini göstərmək baxımından daha maraqlıdır. Ziya Göyalp adı çəkilən əsərdə türk ictimai inamının əsaslarından danışarkən qeyd edir ki, “ictimai inamımızın birinci düsturu bu cümlə olmalıdır: Türk millətindənəm, islam ümmətindənəm, Qərb mədəniyyətindənəm”. Əlbəttə, burada Qərb mədəniyyəti istilahı görkəmli filosof-şairin yuxarıda qeyd olunan onun əleyhinə olduğu Qərb aludəçiliyi fikirləri ilə ziddiyyət təşkil etmir. Əksinə ona daha da dolğun şərh verməyə, onu tamamlamağa şərait yaradır. Ziya GöyalpQərb mədəniyyətindənəmformulunu yaratmaqla dünya mədəniyyətinə daxil olmaq, bu qarşılıqlı əlaqə münasibətdə türk millətinin öz yerini müəyyənləşdirmək, dünya xalqları arasında nüfuzunu artırmaq, qoruyub saxlamaq, region məhdudiyyətlərini qırmaq s. cəhətləri önə çəkirdi. Bu xüsusda Ziya Göyalpın gətirdiyi misal istinad etdiyi obyekt fikrin təsdiq qəbulu üçün qeyd-şərtsiz fakta çevrilir. Yaponlar dinlərini millətlərini qorumaq şərti ilə Qərb mədəniyyətinə girdilər. Bunun nəticəsində hər cəhətdən avropalılara çatdılar. Yaponlar bunu etməklə dinlərindən, milli kültürlərindən bir şey itirdilərmi? Qətiyyən! Elə isə biz üçün tərəddüd edirik? Biz türklüyümüzü müsəlmanlığımızı qoruyub saxlamaq şərtilə Qərb mədəniyyəti dairəsinə qəti olaraq girə bilmərikmi?” Göründüyü kimi, Ziya Göyalp müəyyən qədər subyektivlik emosionallıq şəraitində problemlə bağlı düşüncə mülahizələrini ortaya qoyur, fikirlərinin milli-ictimai mahiyyətini qabarda bilir. Türkçülüyün əsaslarıkitabındatürk bir millətin adıdırdeyən müəllif türkçülükdən turançılığa qədər gedən yolun böyüklük əhəmiyyətindən söhbət açır. Bu məqamda o, İran, Xarəzm, Azərbaycan, Türkiyə s. yerlərdə yaşayan oğuzların birliyi, tarixi-mədəni eyniliyi s. xüsusiyyətlərini sadalayır, milli birlik ideyasını təbliğ edir. Lakin Ziya Göyalp həmin birliyi siyasi birlik yox, kültür birliyi səviyyəsində qəbul edir. Düzdür əsərdə Ziya Göyalp təlimində türk siyasi birliyinin müəyyən konturları özünü göstərsə , adı çəkilən konkret məsələdə yalnız kültür birliyindən söhbət gedir: “Türkçülükdən yaxın ülkümüz- məfkurəmizOğuz birliyi’’, yaxudTürkmən birliyiolmalıdır. Bu birlikdən məqsəd nədir? Siyasi bir birlikmi? Hələlik xeyr! Ancaq bugünkü ülkümüz-məfkurəmiz oğuzların yalnız kültürcə-harsca birləşməsidir.’’

Ziya Göyalpın türkçülük turançılıq konsepsiyası təkcə görülmüş hazırda görülənlərin mahiyyətini şərh etmək, açıqlamaq baxımından yox, həm gələcəkdə qarşıda dayanan məsələləri proqramlaşdırmaq nöqteyi-nəzərdən əhəmiyyətlidir. Ona görə siyasətdə məsləkimiz xalqçılıq kültürdə məsləkimiz türkçülükdürdeyən Ziya Göyalp bu yolda bütün ümid ağırlıqların sahib daşıyıcısı olan türk gəncinə üzünü tutaraq belə müraciət edir: “Ey bu günün türk gənci! Bütün bu işlərin görülməsi yüzilliklərdən bəri səni gözləyir.’’

 

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2019.- 5 yanvar.- S.14.