Özbəkistanda Nizami Gəncəvi müsabiqəsi

 

 

Özbəkistandakı Nizami adına Daşkənd Dövlət Pedaqoji UniversitetindəNizami Gəncəvi haqqında hər şeyadlı Respublika müsabiqəsinə start verilib.

Müsabiqə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 2019-cu il üçün imzalanmış planına uyğun həyata keçirilir.

Nizami Gəncəvi haqqında hər şeyadlı Respublika müsabiqəsi üzrə bir neçə nominasiya elan edilib. NominasiyalaraNizami əsərlərinin bilicisi”, “Bədahətən Nizami qəzəlləri”, “Nizami irsinin davamçılarının yaradıcılığı s. daxildir.

Müsabiqədə tələbələrlə yanaşı Özbəkistan ali məktəblərinin müəllimləri, elmi işçiləri iştirak edə bilərlər.

Münsiflər heyətində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin alimləri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti rəhbərliyi təmsil olunur.

Müsabiqə iki mərhələdə keçirilir. Birinci mərhələ cari ilin fevral ayının sonuna qədər icra olunacaq birinci yeri əldə edən müəllim tələbələr ikinci mərhələdə iştiraklarını təmin edəcəklər. İkinci mərhələ cari ilin mart ayının 21-də Novruz bayramı tədbirində başa çatacaq.

İlk üçlüyü qazanmış qaliblər Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi mükafatı, Nizami Gəncəvinin Özbək dilinə tərcümə edilmiş kitab kolleksiyası və hər üç təşkilatın Fəxri diplomları ilə təltif olunacaqlar.

 

Xalq Cəbhəsi.- 2019.- 24 yanvar.- S.16.