Müasir dövrün folklor prosesləri: kənddən şəhərə, şəhərdən virtual dünyayaköç

 

 

2-ci yazı

 

Əslində şəhər folklorunun mövcudluğu sənayeləşmə və texnolojiləşmənin dərinləşməsi şəraitində belə folklorun kəsilməzliyini, fasiləsizliyini sübut edən ən mühüm faktorlardandır. Kənd həyatından şəhər həyatına keçid, sadəcə olaraq, yaşayışın formasının (məkani-coğrafi) və məzmununun (şəhərin həyat tərzi ilə müəyyənləşən fəlsəfə) dəyişməsidir ki, bu da heç bir halda, insan mövcudluğu ilə birbaşa bağlı olan folklor yaradıcılığının bitməsi, tükənməsi və öləziməsi kimi xarakterizə oluna bilməz. Ən yaxşı halda, kəndə məxsus hansısa adət-ənənələrin, inanc və mərasimlərin arxa plana keçməsindən, müəyyən janrformalarda təzahür edən təfəkkürün yeni situasiyaya müvafiq olaraq başqa şəkildə ortaya çıxmasından, üstəlik də yeni ənənələrin formalaşmasından və yayılmasından danışmaq mümkündür. Çünki kənd həyatından şəhər həyatına keçid, sadəcə olaraq, demoqrafik prosesin kənddən şəhərə doğru istiqamət¬lənməsi — insan miqrasiyası (bir yerdən başqa yerə doğru hərəkəti) ilə əla-qədar olaraq məskunlaşmanın xarakterinin dəyişməsidir ki, bunun da davamı şəhərin mədəni mərkəz kimi formalaşması, daha əlverişli infrastrukturun qurulması və bir sıra digər faktorların təsiri ilə urbanizasiya proseslərinin getməsi ilə xarakterizə olunur.

Bir qədər əvvəldə də vurğuladığımız kimi, kənd və şəhər mühitləri arasında ən mühüm fərqliliklərindən biri burada yaşayan əhalinin tərkibi - qruplara ayrılma imkanları ilə bağlıdır. S.Y.Neklyudov yazır ki, “Şəhər ənənəsi monolit deyil... Əgər kənd folkloru nisbətən bircinslidirsə, şəhərdə tələbələr, şagirdlər, professionalya həvəskar qrupların nümayəndələri (tibb işçiləri, kompüterçilər, filatelistlər (poçts. markalarını, habelə müxtəlif ölkələrin kağız pullarını toplayıb kolleksiya düzəldənlər, futbol azarkeşləri) və s. üçün folklor müxtəlifdir; şəhər folkloru əsasən alt mədəniyyət qrupları çərçivəsində mövcud olur”. Burada müəllifin diqqət yetirdiyi məsələ subkultural gerçəkliklə bağlıdır ki, bu da şəhər mühiti və şəhər mədəniyyətini xarakterizə edən ən mühüm keyfiyyətdir. Şəhər mühitinin bir sıra parametrlər (dil, din, etnik mənşə, peşə, ixtisass.) üzrə fərqləndirilə biləcək kontingenti özünəməxsus, lokal çərçivəli alt mədəni qrupları təşkil edir ki, bu da birbaşa olaraq həmin sosial qruplara məxsus folklor yaradıcılığını da formalaşdırır. Şəhər mühitinin çoxçalarlığı və yaxud da bircinsli, monolit olmaması bu mühitdə meydana çıxan folklor janrlarında, süjet və motivlərdə də özünü göstərir. Həmçinin şəhər mühitininanoloji olaraq şəhər folklorunun çoxsaylı subkultural qruplardan təşkil olunması onun transformasiya olunduğu yeni mühitin - sosiotexnolojiya texnokulturoloji aləmin xarakterini, münasibətlər şəbəkəsini də müəyyənləşdirib. İnternet də çoxsaylı fərdlərin, qrup və cəmiyyətlərin şəbəkəsindən təşkil olunmuş yeni folklor mühitiniya məkanını meydana çıxarıb ki, bu da kommunikasiyanın imkanlarına, texnoloji çərçivənin spesifikasına müvafiq yeni nəsil folklor nümunələrinin ortaya çıxmasına şərait yaradıb. Bu, eyni zamanda yeni folklor model və mexanizmlərini, dilüslub, forma və məzmun, növjanr texnologiyalarını or¬taya qoyub.

Əslində, hazırkı şəraitdə - informasiya-kommunikasiya texnolo¬giyalarının sürətli inkişafı zəminində internetdə folklor proseslərinin getməsi, konkret olaraq virtual folklor nümunələrinin meydana çıxması, folklorun prosesual təbiətinin, fasiləsizlik və kəsilməzlik xarakterinin, bütün situasiya və şərtlərə müvafiq olaraq aktuallaşmaq imkanlarının bariz göstəricisidir. Artıq coğrafi olaraq kənddən şəhərə doğru istiqamətlənən insan həyatı, rəqəmsal texnologi¬yalar əsasında qurulan infomühitə transmissiya olunub. Bu gün virtual dünyanın sakinlərinə çevrilən insanlar ünsiyyət və münasibət ehtiyaclarını, emosional-psixoloji istəklərini, özünüifadə və özünüreallaşdırma tələbatlarını virtual kommunikasiya mühitində reallaşdırırlar ki, bu da müvafiq olaraq virtual folklor faktlarının meydana gəlməsini təmin edir.

Təbii ki, şəhər mühitinin subkultural spesifikası, çoxçalarlı təbiəti onun özünəməxsus adət və ənənələrinin yaranmasına gətirib çıxarıb. S.Y.Neklyudov bu haqda yazır: “Buna baxmayaraq müasir şəhərdə yalnız lokal deyil, ümumxalq lətifələri, şəhər folklor-mərasim aktlarının ümumxalq modelləri - doğum, toyyaxud yas kimi yeni və yenilənmiş rituallar mövcuddur”. Göründüyü kimi, alimin burada vurğulamaq istədiyi məqam şəhər mühitinə məxsus müəyyən davranışların, hərəkət və aktların lokal çərçivədən çıxaraq ümumxalq səciyyə daşıması, başqa sözlə desək, ənənəyə çevrilməsidir ki, bu da bir sıra ritual və mərasimlərdə özünü göstərir. Belə ki, “şəhər toylarında müşahidə olunan “Naməlum əsgərin qəbri üzərinə gül qoyulması, maşının radiatoru üzərinə “bantik” və “kuklaqoymaqla şəhərin müəyyən obyektlərinə (heykəl, tikilis.) getmək və hökmən onların fonunda şəkil çəkdirmək” və s. kimi adətlər məhz şəhər mühiti üçün xarakterik olan detallardır. Doğrudur, kənd mühiti üçün də qəlibləşib, daşlaşıb, arxasında dərin inanc sistemi (inamaqorxuya əsaslanan) dayanan doğum, toyyas mərasimləri və onlarla bağlı adət və ənənələr mövcuddur, lakin şəhər mühitində müşahidə olunan davranış və qaydalar yeni məzmun və hadisələrlə müşayiət olunur.

Şəhər mühitinin özünəməxsus cəhətlərini ümumiləşdirərək S.Y.Neklyudov yazır: “Müasir şəhər mühiti müxtəlif ideoloji, estetik və dəyər oriyentirlərin¬dən təşkil olunmuş çoxsaylı qatlardan, müxtəlif xanalardan ibarət olmaqla heterogenheteromorfdur”. Kənd mühiti və kənd əhalisi ilə müqayisədə şəhərin həm etnik, həm regional mənsubiyyət baxımından rəngarəng olması, eləcə də bir sıra digər parametrlərə görə (məsələn, peşə, əqidə və s.) fərqlənməsi son nəticədə bütün bu deyilən və deyilməyən faktorların çulğalaşmasından do¬ğan folklor mədəniyyətini meydana gətirir ki, onun da tərkibi çoxsaylı qatlardan təşkil olunur. Odur ki, şəhər folklorunu, həmçinin müvafiq olaraq, internet folklorunu regional, etnik parametrlər üzrə müəyyənləşdirərək təhlil etmək bir qədər çətindir. Bütün digər parametrlərindən asılı olmayaraq internet mühitinə daxil olan fərd artıq həmin dünyanın sakini olmağa və həmin reallığa uyğunlaş¬mağa başlayır ki, bu da gerçəkliyin qavranılması və ifadəsində, eyni zamanda bütün münasibət və reaksiyalarda özünü göstərmiş olur. Həmçinin virtual mü¬hitin verdiyi imkanlar hesabına məxfiliyin və maskalanmanın ən yüksək səviy¬yədə mümkünlüyü şəraitində bir sıra mənsubiyyətlər (etnik, regional, dini, peşə) arxa plana keçirya şüuri şəkildə keçirilir. Təbii ki, bu da özünüifadənin, daha doğrusu, gerçəkliyə (realya virtual) münasibətin hər faktında özünü göstərmiş olur. Bu cəhət şəhər mühitinə də məxsusdur ki, burada da ümumşəhər mədəniyyətinin daşıyıcılığı hesabına bir sıra spesifikalar ikinci plana keçmiş olur. Bu mühitdə fərd özünüifadə və davranışlarında daha çox sərbəstlik qazanır ki, bu da bir sıra psixoloji bariyerlərdən qurtulmas. ilə müşayiət olunur. Bu baxımdan şəhər mühiti ilə virtual mühit, müvafiq olaraq şəhər folkloru ilə internet folkloru arasında kifayət qədər ortaqlıq mövcuddur.

Müasir şəhər əhalisinin maraq və tələbatının ödənilməsində iştirak edən mənbələri barədə S.Y.Neklyudov qeyd edir ki, “Məsələ təkcə subkulturalara parçalanmaqda deyil, kənd folklorundan fərqli olaraq şəhər folkloru ideoloji cəhətdən də marginaldır. Müasir şəhər əhalisinin ideoloji tələbatını folklorun müvafiq funksiyalarını sıxışdırmaqla digər vasitələr - televiziya, radio, jurnal, qəzet və kütləvi ədəbiyyat” həyata keçirir.

Təbii ki, subkultural parçalanma ilə bərabər, şəhər folklorunun ideoloji mənbələri də müxtəlifdir. Yəni şəhər əhalisinin dünyagörüşünün, həyata baxışı¬nın və yaxud da həyat tərzinin formalaşmasında onun təmasda olduğu infor¬masiya mənbələri mühüm rol oynayır. Belə ki, şəhər mühitinin bir çox digər spesifik cəhətləri ilə bərabər, informasiya qaynaqları, yəni folklor mexanizmlə¬rinin məzmun, mövzu mənbələri də fərqlidir. Şəhərdəki informasiya, məlumat daşıyıcıları və ya ötürücüləri insanlardan, fərdlərdən daha çox kütləvi informa¬siya vasitələridir (KİV). Lakin müasir folklor proseslərinin gedişi, informasiya-kommunikasiya texnologiyalarının sürətlə yayılması şəraitində yeni folklor mexanizmlərinin formalaşması KİV-infolklorun müvafiq funksiyalarını sıxışdır”ması kimi deyil, əksinə, yeni, tamamilə fərqli yaradıcılıq proseslərinin mey¬dana çıxmasına rəvac verib. Düşünürük ki, media, xüsusi ilə sosial media vasitəsi kimi internet və buradakı şəbəkələr, folklorun heç bir funksiyasını sı¬xışdırmır. Çünki “... şəhərlər və texnologiya folkloru sıxışdırmadı, əksinə öz ağuşuna aldı”. Buradakı proseslər fərqli, lakin folklor mexanizmləri əsasında cərəyan edir. Deməli, müasir şəraitdə - İKT-nin verdiyi imkanlar hesabına, ənənəvi, üz-üzə, real folklor proseslərinin aktuallaşdığı mü¬hitlərə alternativlər meydana gəlməkdədir. Kompüter, mobil texnologiyalarinternet, əslində, insanın ən ümumi mənada desək, özünüifadəsinin yeni vasitə¬ləri və məkanlarıdır. Bu prosesi KİV-in folkloru sıxışdırması kimi deyil, alter¬nativ informasiya mənbələr təklif etməsi kimi qəbul etmək, bizcə, daha doğru olardı. Çünki müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının çox sürətlə yayıldığı, İnternetin, virtual aləmin sərhədlərinin genişləndiyi, sosial medianın təsir imkanlarının artdığı bir vaxtda folklorun hər hansı bir şəkildə zəifləməsindən, arxa plana keçməsindən danışmaq absurddur.

Beləliklə, kənddən şəhərə, şəhərdən isə virtual dünyayaköç” edən müasir insanın folklor yaradıcılığı, əvvəlki dövrlərlə müqayisədə, yeni texno¬logiyaların köməyi ilə daha sürətlə və geniş yayılmaqda, dil, üslub, forma və məzmun baxımından yeni keyfiyyətlər qazanmaqda, bir sözlə, insanın ger¬çəkliyi duyması, dərk etməsi və qavramasında mühüm rol oynamaqdadır.

 

Hikmət QULİYEV

Filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2019.- 30 yanvar.- S.14.