Ermənilərin azərbaycanlılara
qarşı soyqırım siyasəti
1965-ci ildə Daşnaksütyunun siyasət babalarından və mart qırğınının təşkilatçılarından və icraçılarından olan və uzun illər SSRİ AS RH-nin sədri vəzifəsində çalışan A.Mikoyan Sov.İKP-nin Baş katibi L.Brejnyevin “atalıq qayğısına” sığınaraq onun saqqızını oğurlaya bildi. Beynəlxalq aləmdə formalaşması hələ yada düş¬mə¬yən qondarma və saxta “erməni soyqırımı”nın 50 illiyi Ermənistan SSR-də dövlət səviyyəsində qeyd edildi. Elə həmin ildə də Azər-bay¬can türkünün doğma ana şəhəri olan İrəvanda həqiqəti özündə əks etdirməyən soyqırım abidəsi ucaldıldı. Abidənin açılışından etizaza gələn Daşnaksütyun Vedibasarda, Uluxanlıda, Şuşada, Xankəndində, Xocavənddə, Hadurutda, İrəvanda və Bakıda gizli və açıq şəkildə bir sıra terror aksiyaları və təxribat xarakterli əməliyyatlar, mitinq və nümayişlər keçirilməsinə start verdi.
Daşnaksütyun partiyasının arxasında ilkin olaraq bank hesabında yüz milyard dollarla pul vəsaiti olan erməni Qriqorian kilsəsi, habelə bu terror təşkilatının yaradıcısı, dəstəkçisi olan və işğalçılıq siya¬sə¬tin¬də onun terror aktlarından, xəyanət və satqınlıqlarından, casus¬luq fəaliyyətindən öz xeyrinə bir vasitə, alət kimi istifadə edənlər, onunla yanaşı islam aləminə nisbətən qat-qat texnoloji, elmi və hərbi üstünlüyə, siyasi hegomonluğa malik xristian dünyası, onun super gücə sahib dövlətləri durub.
Zahiri görünüşü ilə özünü dünya birliyinə partiya şəklində qələmə verən və göstərən Daşnak¬süt¬yun hər zaman, hər gün daha mütəşəkkil və təşkilatlanmış halda fəaliyyət göstərən burnu ovulmamış, boynu qoltuq görməmiş qos¬qo¬ca bir hegomon terror təşkilatıdır. Terror təşkilatları Daşnaksütyunun ən fəal, birinci, öncül və önəm verdiyi struktur bölməsidir. Bu strukturun başında duran büro sədri, terror təşkilatlarının rəhbəri və yönəldicisi, partiya sədrinin birinci müavini sayılır.
Ona görə də erməni-daşnak faşistləri, onların müxtəlif adlar altın¬da fəaliyyət göstərən terror təşkilatları, ordu adı altında sax¬lanılan terror birləşmələri, bölmələri, qrup və dəstələri istənilən anda qeyri-leqal mübarizə metodlarından leqal və əksinə, leqaldan qeyri-leqal fəaliyət formasında terror aktları törədirlər. Bu terror təşkilatı hər iki yöndə-dinc mübarizə üsulundan silahlı mübarizə yoluna bir göz qırpımında keçmək, hətta kiçik bir zaman kəsiyində toparlanıb mü¬ha¬ribə aparmaq gücünə malikdirlər.
115 ildir Azərbaycan türkünə qarşı açıq şəkildə etnik təmizləmə və soyqırımı siyasəti aparan erməni-daşnak faşistləri bu gün də Azərbaycan türkünə meydan oxumaqda davam edirlər. Hər il 24 aprel günündə milyonlarla insanı öz arxasına alıb qondarma və saxta “erməni soyqırımı” abidəsinin ətrafına toplayan erməni-daşnak faşistləri mitinq və nümayişlər təşkil edir. Öz işğalçılıq fəaliy¬yətlərini davam etdirmək əzmində olduqlarını israrla bəyan edirlər.
Azərbaycan türklərinin soyqırımı günü olan 31 Mart gününü - matəmini “TÜRK SOYQIRIMI” adı altında ümumxalq və dövlət səviyyəsində, dünya birliyinin gözü qarşısında daha canlı şəkildə, milyonların iştirakı ilə qeyd etməyə və keçirməyə bizim daha çox böyük tarixi haqqımız var. Çünki biz erməni-daşnak faşistləritək saxtalıq etmirik. Sözümüzü soyqırım məzarlıqlarına, tarixi faktlara, arxiv sənədlərinə, istintaq materiallarına, videokameraların görüntülərinə, canlı şahid ifadələrinə, gözlərimiz qarşısında baş verən qətliamlara, günümüzdə törədilən terror aktlarına söykənərək deyirik. Özümüz də günü bu gün həmin soyqırımın daşıyıcılarından, şahidlərindən, şəhid ailə¬lə¬rindən və o fəlakətin əzabı içində yaşayanlardan, ağrı-acısını çəkənlərdən biriyik. 31 Mart soyqırımı matəmini erməni-daşnak fa¬şistləri 1965-ci ildə özlərinin saxta, qurama və qondarma soyqırım¬la¬rını rəsmən qeyd etmələrindən 54 il öncə, 1919-cu il mart ayının 31-də dövlət və ümumxalq səviyyəsində biz rəsmən qeyd etmişik.
31 Mart - türk soyqırımı günüdür. Tərəqqipərvər bəşəriyyətdən ədalət tələb etməliyik. Dünya birliyinə, tərəqqipərvər bəşəriyyətə göstərməli və sübut etməliyik ki, erməni-daşnak faşiz¬mi¬nin bu bəşəri yırtıcılıq cinayətinin başvermə səbəbi zamanından, şərait və mühitindən asılı olan sadəcə bir qəsb¬kar¬lıq hadisəsi deyil. Bu küt¬lə¬vi qırğınlar milli ədavət, nifaq salmaq, fitnə törətmək aksiyası deyil. Bu aksiya açıq-aşkar əvvəlcə¬dən hazır¬lanan və zamanı gəl¬dik¬cə, vaxtı yetişdikcə Azərbaycan tür¬kü¬nün kökünü kəs¬mək, varlığının yer üzündən silinməsi cinayətinə xid¬mət edir. Azərbaycan türklərinin yaşam tərzinin, canlı aləmlə əla¬qə¬sinin birkərəmlik yox edilməsinə hesablanmış, yönəldilmiş, məq¬səd-yönlü şəkildə aparılan etnik tə¬miz¬ləmə və soyqırım siyasətidir.
Arxalı köpək qurd basar, deyiblər. Super güclərə və tarixi xəyanət¬lə¬rinə
arxalanan bir ovuc ermənilər gələcək aqibətləri
barədə düşünüb-daşınmadan
avropalıların orta
əsrlərdə qırmızı
dərili hinduların
varlığına xitam
verib, Amerika qitəsində özlərinə
məxsusi dövlətlər
qurmaları və torpaqları mənimsəmələri
sayaq düşünür
və hərəkət
edirlər.
Çağdaş dünyamızın gözü
qarşısında erməni-daşnak
faşistləri və
onların havadarları
Azərbaycan türklərini
məhv edib, onun tarixi, coğrafi
etnik torpağında,
bir ovuc erməniyə “böyük
Ermənistan” dövləti
yaratmaq iddiasından əl çəkmirlər.
Başımıza olmazın müsibətlər
gətirirlər, oyunlar
açırlar.
Azərbaycan türklərinin soyqırımını
özündə əks
etdirən 31 Mart matəmi
öz ağırlığına,
miqyasına və nəticə göstəricilərinə
görə təkrar¬olunmazdır. 31 Mart matəmi,
türk soyqırımı
Asərbaycan xalqına
elə böyük, tayı-bərabəri olmayan
siyasi, maddi və mənəvi zərbələr vurub, sarsıntılar yaşadıb
ki, onun bir millətin varlığına vurduğu
ziyankarlığın, gə¬tir¬diyi
bəlaların ölçülmə
dərəcəsini nəyləsə
müqayicə etmək,
tutuş¬dur¬maq, özü
tək əyanisi olan başqa bir şiddətə, fəlakətə, faciəyə
bən¬zət¬mək, ona
tay tutmaq qeyri-mümkündür. Günü bu
gün də 31 Mart ma¬tə¬minin, soyqırımının
acısı altında
əzab çəkirik.
Dün¬ya birliyindən, beynəlxalq
təşkilatlardan, super güclərin
rəhbərlərindən haqq-ədalət tələb
edilməlidir. Ta¬ri¬xin dərslərindən ibrət götürməli,
xal¬qı¬mızın taleyüklü
bu problemi haqqındakı həqiqətlər
bütün dünyaya
çatdırılmalıdır.
Ədalət o vaxt bərba olunacaq ki, ittiham
olunan subyekt işlətdiyi cinayətə
müvafiq cəzasını
çəkmiş olacaqdır. Ermənistan
Azərbaycan tür¬¬künün soyqırımını
etiraf edəcək, öz cinayətkar fəaliyyətini boy¬nu¬na
ala¬¬caq, vurduğu ziyana müvafiq təzminat ödəyəcək,
son yüz il
ərzində mənimsədiyi
və işğal altında saxladığı
torpaqları qanuni sa¬hib¬lərinə qaytaracaq.
Erməni-daşnak faşistləri və
onların hava¬dar¬ları
bil¬mə¬li¬di¬lər ki,
Azərbaycan türkü
doğma ana qucağına, ana yur¬duna, dədə-ba¬ba ocağına qayıtmaq ümidini heç vaxt itirməyəcək, in¬san¬lıq tarixinin heç bir dönəmində torpaq tələbindən əl
çəkmə¬yə¬cək.
Həm də dünya birliyi dərk etməlidir ki, bu mübarizədə
biz er¬mə¬ni xalqını
daşnakların faşist
ideologiyasının məngənəsindən,
cay¬na¬ğından qurtarırıq,
özümüzü isə
soyqırım təhlükəsindən
xilas edirik.
Azərbaycanımızın və eləcə də varlığımızın erməni-daşnak
faşiz¬mini süngüyə
çevirmiş təhlükəsindən
qorunmasının yollarını
axtaran və arayan, bu təhlükəyə
qarşı mübarizə
aparan beynəlxalq hüquq norma
və təsisatlarına
əsaslanan dünyəvi
bir qurumun yaradıl¬masına ciddi ehtiyac olduğunu güman edirəm. Qurumun mərkəzi ofisinin Nyu-Yorkda, filiallarının Paris, Moskva,
Tehran, Pekin, Dehli,
Berlin, Qahirə və
dünyanın digər
mühim aparıcı
şəhərlərində fəaliyyət göstərməsinin
təmin edilməsinə
bu günün təxirəsalınmaz tələbi
və vəzifəsi kimi baxıram. Ermənilər ilk belə bir
təşkilatı Nyu-Yorkda
hələ 1895-ci ildə
“Erməni vətənpərvərlər
İttifaqı” adı
altında yaratmışdılar.
Təşkilatın fəaliyyət
proqramında əsas yeri hər il türkə qarşı ardıcıl
terror və qırğın
aksiyaları həyata
keçirməyin yollarını,
baş tutacaq məqamlarını aramaq
və müəyyən
etmək tutmuşdu. Bu gün isə
biz bu təşkilatdan
şaxlanan, budaq atan müasir dünyamızı, xüsusilə
yuxarıda adları çəkilən səhərləri
və ölkələri
sarmış erməni
diasporu ilə üz-üzəyik.
Ermənilər seçimlərini birkərəmlik bir-birlərinə “hayes, türkes” deməklə həll ediblər. Bu ifadəni bir paroltək işlətməklə düşmən¬lə¬rinin türk olduğunu biri digərinə bəyan və təsdiq etdirir. Heç bir vaxt “müsəlmanlar bizim düşmənimizdir” cümləsini ağızlarına almayıb¬lar, hər hansı xristian dövlətinin ünvanına da belə bir kəlmə, xoşa¬gəl¬məz söz, ifadə işlətməyiblər. Dövlətlərə, millətlərə öz münasibət-lərini türkə olan mövqelərinin dərəcəsinə görə bildiriblər. Məsələn, tarixin bütün dönəmlərində farsa din ayrı qardaş olub, ruslara isə həmişə quyruq bulayıblar. Azərbaycan türkünə qarşı apardıqları soyqırım və etnik təmizləmə siyəsətinə “erməni-müsəlman savaşı” adı veriblər. Bununla da bir daşla iki quş vururlar. Həm Azər¬bay¬can türkünə qarşı apardıqları soyqırımı pərdələyir, həm də öz¬lərinin təkləndiyini, islam dünyası ilə təkbaşına mübarizə apar¬dıqlarını, özlərinin soy¬qrı-ma məruz qaldıqlarını, yazıq, əlacsız, xris¬tian dünyasının köməyinə ehtiyacı olan məzlum bir millət olduq¬larını bəyan ediblər.
Unutmamalıyıq, sırğa edib qulaqlarımızdan asmalıyıq ki, nə qədər erməni Qriqorian kilsələri erməni diaspor təşkilatlarından küllü məbləğdə, əli iş tutan hər bir erməni nəfərindən adbaad canpulu yığır, xristian dünyasından ianə toplayır, terrora, Azərbaycan türklərinin soyqırımına, etnik təmiz¬ləmə siyasətinə milyardlar yonəldir, insanlığa xəyanət etməyindən qalmır, onun himayəsində olan Daşnaksütyun və onun yetirmələri olan digər partiyalar da bir o qədər türk varlığına qənim kəsiləcək. Türk varlığının yox edilməsinə yönəlik terrorun təşkilatçısına, iştirakçısına və icraçısına çevirilmiş olacaq. Nə qədər ki, türkə xə-yanət Qriqorian kilsəsinin qanında, canındadır, onun maliy¬¬yələşdirdiyi Daşnaksütyunun, onun şinelindən çıxma digər par¬ti¬ya¬la¬rın da təpədən dırnağa terror, xəyanət, qonşuya qəsd siyasəti, sat¬qın¬çılıq xisləti bütünlüklə varlıqlarında özünə yer etmiş, sümükləmiş bir tövrdə, hal və halətdə olacaq.
Bu təhlükə daim bizi təhdid edəcək. Təhlükəyə alışmaq isə milli varlığımızı erməni-daşnak faşizminin şikarına çevirmək deməkdir. Təhlükəyə alışmaq olmaz, birləşib onu aradan qaldırmaq lazımdır...
Əlisahib
ƏROĞUL
Xalq Cəbhəsi.- 30 aprel.- S.13.