“Azərbaycan”  qəzetinin səhifələrində

 

63-cü yazı

 

Səməd Səbahi: "Sovet filmlərinin parlaq müvəffəqiyyəti"

 

Təbrizdə beş böyük kino-teat salonu vardır ki, bu kino-teatrlarda dünyanın ən qabaqcıl kinostudiyalarının seçilmiş məhsulları nümayiş etdirilir. Ümumiyyətlə, nümayiş etdirilən filmlərin müvəffəqiyyəti olduqca az olur. Ancaq bütün dünya kinostudiyalarının məhsulları içərisində Sovet kinostudiyalarının məhsulları hər zaman tamaşaçıların nəzərini cəlb etmiş və hamının nəzər-diqqətini Sovet filmlərinə tikdirmişdir.

Sovet filmləri təkcə Təbrizdə deyil, hətta İranın bütün şəhər və qəsəbələrində də əhali tərəfindən sevilmiş və yüksək qiymətləndirilmişdir. Biz bunu İran mətbuatı səhifələrində dönə-dönə oxumuşuq. Sovet filmlərinin müvəffəqiyyəti onunla izah olunur ki, tamaşaçılar hər zaman Sovet filmlərini böyük maraqla izləyir və Sovet filmlərinin nümayişlərində yaxından iştirak edirlər. Təbrizdə elə bir kinoteatr yoxdur ki, Sovet filmləri nümayiş etdirilən zaman salon ağzına qədər dolub boşalmamış olsun. Hətta tamaşaçıların bir çoxunun dönə-dönə bir filmə tamaşa etdiyini hər zaman salonda müşahidə etmək olar.

Sovet filmlərinin tamaşaçılar tərəfindən sevilib yüksək qiymətləndirilməsi heç də təsadüfi hal deyildir. Çünki tamaşaçılar yüksək sənətkarlıq nümunələrini və əsərlərin keyfiyyətcə yaxşılığını ancaq Sovet filmlərində görür və beləliklə ayrılmaz surətdə Sovet filmlərinə bağlanırlar.

Sovet filmlərinin mövzu, məfkurə, şəkil etibarilə yüksək keyfiyyətə malik olması Sovet İttifaqında kino-teatr sənəti ilə yanaşı klassik Sovet ədəbiyyatının da nailiyyətlərini tamaşaçılar qarşısında tərənnüm etdirməsi ilə bağlıdır.

Təbriz tamaşaçıları dörd ildən bəridir ki, onlarla Sovet filmlərinin müvəffəqiyyətlə nümayiş etdirildiyinin və qüdrətli Sovet artistləri tərəfindən yaradılan mürəkkəb obrazların tamaşaçıların qəlbində silinməz xatirələr buraxdığının şahidi olmuşlar. Təbrizdə nümayiş etdirilən Sovet filmlərində Sovet İttifaqında kino-teatr sənətinin hərtərəfli inkişafı özünü parlaqlığı ilə göstərmişdir.

Bütün Sovet filmlərində Sovet hakimiyyəti illərində məharətli rejissor, operator, senarist, sənətkar və artistlərin sənət nöqteyi-nəzərindən dünyanın ən qabaqcıl sənətkarlarını ötüb keçmiş olduqlarını və böyük kino sənətkarlarının meydana gəldiyini aydınlığı ilə görmək olur. Sovet İttifaqında kinoteatr sənətinin hərtərəfli inkişafının ən böyük cəhətlərindən biri odur ki, tamaşaçılar Sovet filmlərinin keyfiyyətcə yaxşılığını və aktyor yaradıcılığındakı üstünlüyü təkcə Sovet İttifaqının ən qabaqcıl kinostudiyaları olan Moskva və Leninqrad kinostudiyalarının məhsullarında deyil, eyni zamanda sənət üstünlüyünü bütün mühriban sovetlər ailəsində birləşmiş qardaş xalqların kinostudiyalarının buraxdığı məhsullarda da görürlər. Bundan aydın olur ki, böyük sovetlər ölkəsində irq, din və milliyətindən asılı olmayaraq bütün xırda millətlərin də elm, mədəniyyət və incəsənət sahəsində hərtərəfli inkişafı üçün imkan və əlverişli şərait yaradılmışdır. Buna görədir ki, Sovet xalqlarının milli mıdəniyyətləri və ənənələri layiqincə inkişaf edə bilmişdir.

Sovet filmlərinin əhəmiyyəti, əhali tərəfindən sevilib müvəffəqiyyətlə qarşılanmasının əsas səbəbi nədədir? Nə üçün xalqımız Sovet filmlərinə böyük əhəmiyyət verirlər, Sovet filmlərini başqa ölkə kinostudiyalarının məhsullarından fərqləndirir və yüksək qiymətləndirir?

Bunu aydınlaşdırmaq üçün Təbrizdə müvəffəqiyyət qazanmış bir sıra tarixi və bədii filmləri və ya məcmuələri oxuculara xatırlatsaq, məsələ aydınlaşmış olar. Təbrizdə böyük şöhrət qazanmış filmlərdən “Aleksandr Nevski”, “Suvorov”, “Böyük Pyotr”, “Stepan Razin”, “Puqaçov”, “Odlar ölkəsi” Sovet İttifaqının bir neçə respublika studiyalarının məhsullarındandır.

Bu tarixi filmlər başda alicənab rus xalqı olmaqla bərabər Sovet ailəsində birləşən qardaş xalqların təntənəli keçmişini təmsil edən tarixi sənədlər əsasında çəkilmiş və bədii cəhətcə zəngin kinolentləridir.

Tamaşaçılar bu tarixi filmlərdə Sovet xalqlarının ulu babalarının uzun illər yadelli işğalçılar əleyhinə mübarizələrdə vətənlərinin istiqlaliyyəti və azadlıqları uğrunda yenilməz iradə və igidliklə yaratdıqları qəhrəmanlıq xarüqələrinin canlı təsvirlərini görür.

Lenin Oktyabrda”, “Lenin 1918-ci ildə”, “Çapayev”, “Şureş” (Üsyanred.), Boqdan Xmelinski”, “Kotovskikimi qiymətli filmlərdə isə böyük rus xalqı başda olmaqla çar hökmranlığının amansız qaydaları altında inləyən xalqların “bolşeviklər” partiyası ətrafında sıxlaşaraq çar mütləqiyyəti əleyhinə mübarizədə qələbəsini və cavan Sovet dövlətini parçalamaq təşəbbüsündə bulunan 14 xarici imperialist dövlətlərin əleyhinə vətəndaş müharibəsinin alovları içərisində Rusiya fəhlə və kəndlilərini mütəşəkkil surətdə mübarizəyə qaldırıb vətənin istiqlalını və xalqının azadlığı uğrunda şanlı döyüşlərdə mətanətlə vuruşan xalq qəhrəmanlarının və bəşəriyyətin böyük müəllimləri LeninStalinin rəhbərliyi altında Almaniya imperializminin orduları üzərində qələbənin əldə edilməsində Rusiya fəhlə və kəndlilərinin keçdikləri şanlı yol ifadə olunur. İkinci vətən müharibəsi mövzularından alınmış filmlərə gəlincə, onlar tamaşaçılar arasında daha böyük müvəffəqiyyət qazanmışdır. “Çənubda qələbə”, “Kamal Qasımov”, “Sevastopol”, “Belqrad düşmənin arxasında”, “Sualtı qayığı T-9”, “Gözlə məni”, “Yaponiyanın məğlub edilməsi” kimi filmlər xalqın qəlbində silinməz xatirələr buraxmışdır.

Bu filmlər mövzu etibarilə XX əsrin militarist faşist Almaniyası əleyhinə qəhrəman Sovet xalqının döyüş əməliyyatının parlaq nəticələrini ifadə edir. Tamaşaçılar bu filmlərdə bəşəriyyətin faşizm təhlükəsindən azad edilməsi və dünyada yaşayan sülhsevər xalqların azad gələcəyi uğrunda faşist Almaniyası əleyhinə mübarizədə Sovet döyüşçülərinin və Sovet adamlarının mərdlik, cəsarət və igidliklə bəşəriyyət tarixində misli görünməmiş qəhrəmanlıqla döyüşən, Vətən və Stalin uğrunda ölümə sinə gərən Qızıl ordu qəhrəmanlarının ölməz simalarını görüb məğlubedilməz Sovet dövlətinin gücünə, qüdrət və qüvvəsinə həsəd aparırlar.

Bu filmlərdə tamaşaçı eyni zamanda Sovet silahının qüdrətini, sovet döyüşçülərinin hərbi məharətə malik olduqlarını, Vətən və Stalin eşqilə yenilməz iradə ilə döyüşlərdə soyğunçu Alman faşist ordularına vurduğu sarsıdıcı zərbələrin ağırlığını və qəhrəman Qızıl ordunun qüdrət və qüvvəsini, yenilməzliyini inamla dərk edir.

Bu filmlər tamaşaçılar qarşısında ona görə böyük əhəmiyyət kəsb edir ki, qəhrəman Qızıl ordu bu müharibədə yalnız Sovet torpaqlarını nacins Alman faşist ordularından təmizləməklə kifayətlənmədi, Qızıl ordu eyni zamanda bütün qabaqcıl bəşəriyyətin ümumi mənafeyini müdafiə etmək və təhlükəsizliyi təmin etmək arzusu ilə faşizmin tam və qəti məğlubiyyətini şərəflə başa çatdırdı, bütün dünyada yaşayan sülhpərvər xalqları faşizmin amansız təhlükəsindən əbədi olaraq xilas etdi. Məhz buna görədir ki, tamaşaçılar filmlərdə Qızıl ordunun faşizmin quduz orduları üzərində çaldığı hər tarixi qələbəni iftixar hissilə qarşılayırlar, Qızıl ordudahi Stalinə tükənməz minnətdarlıqlarını ura və alqış sədaları ilə ifadə edirlər.

Sovet filmlərinin insanı cəlb edən böyük xüsusiyyətlərindən biriSovet döyüşçülərinin və vətənpərvərlərinin irq, din və milliyətindən asılı olmayaraq mehriban Sovet ailəsində yaşayan millətlərin qardaşlıq əlaqələrinin möhkəmliyi, Sovet xalqları arasındakı möhkəm dostluğun sarsılmazlığı, hamının bir nəfər kimi ümumi düşmənimiz olan faşist Almaniyası və Yaponiya imperializmi əleyhinə mübarizədə təmiz, pak məhəbbətlə bir-birlərinin qayğısına qalmaları və hərbi əməliyyatın müştərək yerinə yetirilməsində göstərdikləri səyləri nəticəsindədir, Qızıl ordunun bütün sülhpərvər xalqlara bəslədiyi insanpərvər münasibtlərin təcəssüm edilməsidir. Sovet filmlərinin əhəmiyyəti yalnız məfkurə vüsəti nöqteyi-nəzərincə genişliyidoğruluğu ilə kifayətlənmir, Sovet filmləri eyni zamanda insanı vətən və xalqa məhəbbət ruhunda tərbiyə etməkdə böyük rol oynayır.

Məhz buna görədir ki, vətən və xalqımıza sonsuz məhəbbət və sədaqəti olan Azərbaycanın qabaqcıl ictimaiyyəti Sovet filmlərinə həmişə baxmağı və zövq almağı özlərinə vəzifə bilirlər.

Çünki onlar vətəni və xalqlarının azadlığı uğrunda başda qəhrəman rus xalqı olmaqla Sovet xalqlarının İkinci cahan müharibəsi dövründə Almaniya faşizmi əleyhinə Vətən müharibəsi alovlarının içərisində elə xarüqələr yaratmışlar ki, onların qəhrəmanlığını görənlər eyni şərəfə malik olmaq arzusu ilə yaşayırlar.

Milli muxtariyyətimizin qazanılması uğrunda apardığımız tarixi mübarizələrdə fədailərimizin göstərdikləri qəhrəmanlıqlar buna canlı şahiddir.

Sovet filmləri bundan sonra da bizi vətənə məhəbbət ruhunda tərbiyə etməkdə əsaslı amillərdən biri olacaqdır. Bizdoğma və müqəddəs vətənimizin göz bəbəyi kimi qorunması üçün ən yüksək qəhrəmanlıq xarüqələri göstərməyi özümüzə şərəf biləcəyik. Bir gün gələcək ki, Azərbaycanda kinostudiya təşkil edilərkən bizim də xalqımızın qəhrəmanları haqqında çəkilən filmlər tamaşaçılarımız tərəfindən eyni istiqbal və alqışlarla qarşılanacaqdır. Mədəniyyət dostu olan xalqımız Sovet kino sənətinin daha da inkişaf etməsini arzu edir, Sovet kino sənəti ustalarına böyük müvəffəqiyyətlər arzulayır.

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 198, 14.05.1946

 

***

 

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.

 

 

 

 

Xalq Cəbhəsi.- 2020.- 17 dekabr.- S.14.