Səməd Behrəngi yasaq olunmuş Ana dilini uğrunda öləcək qədər çox sevirdi...

 

1-ci yazı

 

"Yox ana, mən artıq bu gəzilərdən bezmişəm. Mən getmək istəyirəm. Yəqin fikirləşəcəksən ki, bu sözləri mənə kimsə öyrədib. Elə deyil, ana can, mən çoxdan bu fikirdəyəm. Ancaq başqalarından da çox şeylər öyrənmişəm. Məsələn, görmüşəm ki, bir çox balıqlar yaşlandıqdan sonra gileylənirlər ki, ömürlərini mənasız keçirmiş, çürümüşlər. Bilmək istəyirəm ki, doğrudanmı yaşayış elə darısqal bir mühitdə çabalayıb yaşlanmaqdır, yoxsa başqa tür (cür) də yaşamaq mümkündür?.. (Səməd Behrəngi. "Balaca qara balıq” hekayəsindən...)”

 

Eynən bu nümunədə "Balaca qara balıq” hekayəsinin qəhrəmanının dediyi kimi, ömrünü başqa cür yaşamaq-mənalı keçirmək, Güney Azərbaycan kəndlilərinin canlı dili, sürgünə düşmüş ənənələrin oyaq vicdanı, "Heydərbabaya salam”ın sətirləri arasında dünyaya ayaq açıb, Savalana, Xalxala tərəf üz tutan gəzərgi bir öyrətmən (Cəlal Al Əhməd)” və qələm əhli olmaq, "düzü-düz, əyrini-əyri” yazaraq xalqı cəhalət yuxusundan oyatmaq, onu xoşbəxt görmək üçün dünyaya gəldi böyük Səməd Behrəngi... Yaşadığı mənalı ömür payı ilə Tanrının Güney xalqına-insanlığa bəxş etdiyi özəl bir naxış oldu...

Hicri 6 şəhriver 1318-ci il – 24 iyun 1939-cu ildə doğuldu dünyanın möcüzə şəhərləri sırasında öz yeri olan qədim Təbrizdə... Atası İzzət kişi sadə zəhmət adamı-evlərə, mehmanxanalara, çayxana və idarələrə tuluqda su daşıyan tuluqçu, anası Sara xanım isə evdar qadın idi. Lakin beş övladı-iki qızı, üç oğlu içərisində kiçik Səmədi daha çox əzizləyərək "Qarabala” çağıran İzzət kişi o, doğulandan bir gün öncə ərbabla dalaşdığına görə işdən çıxarılmışdı. Sahibkara boyun əymək istəməyən qürurlu ata yenə də ərbabla sözləşmiş, haqsızlığına dözə bilməmşdi... Anası Saranın ərini: "Filankəs bir yerində 4 ildir işləyir, ancaq heç vaxt ərbabla dalaşmayıb. Sən isə il qurtarmamış işdən çıxarılırsan” günahına cavabında İzzət kişi: "Mən başqaları kimi ərbaba yaltaqlana bilmərəm. Kimlərdənsə cəsusluq etməyi bacarmaram. Elə dalaşmağımız da buna görədir” - demişdi... Səməd bu ər kişinin, mənliyini hər şeydən uca tutan nər atanın tərbiyəsi altında böyüyür, tökdüklərini yığa-yığa məktəb yaşına çatır...

İlkorta təhsilini Təbriz şəhərindəki "Dəbristani-Tərbiyət və Daneşsərayi” kimi tanınan məşhur məktəbdə alır. Ailə çətinliklə dolandığından böyük qardaşı Əsəd kimi, Səməd də təhsilini ali məktəblərdə deyil, Təbriz Pedaqoji Kollecində davam etdirir. Tələbəlik çağlarında o, boş vaxtlarını səmərəsiz keçirmir, bir neçə yoldaşı ilə birlikdə "Xənde” ("Gülüş”) adlı həftəlik divar qəzeti buraxmağa nail olur. Ədəbi-tənqidi xarakterli, satirik ruhlu ilk yazıları da məhz tələbəlik illərinin, çılğın gənclik dövrünün məhsullarıdır. Uşaqlıq və yeniyetməlik çağların¬dan ic¬ti¬mai-siyasi, mənəvi-ideoloji prosesləri yaxından izləyib dərindən müşahidə edən gələcək ədibin bu mövzulu qələm məhsulları sonralar dövrünün bir sıra tanınmış qəzet və jurnallarında "S.Qaranquş”, "Çingiz”, "Babək”, "Behrəng”, "S.Adam”, "Solma” və s. taxma ad-imzalarla çap etdirir. Elə həmin çağlardan da o, yalnız gerçəkləri, yaşadıqlarını və yaşamı boyunca gördüklərini” düzü-düz, əyrini-əyri” yazmağa başlayır. Texnikumu bitirdikdə Azərşəhr-Tufarqan bölgəsi¬nin gözdən uzaq, könüldən iraq, ucqar bir kənd məktəbinə - Mamağana (Goğan) müəllim işləməyə göndərilir. Hər bir sosial inkişafdan, yeniliklərdən geridə qalmış kəndi Səməd özünəməxsus şəkildə "Tanrının belə unutduğu yer” adlandırmışdı...

Üstəlik, "Tanrının belə unutduğu bu yer”lərdə siyasi qadağalar, sərt qaydalar, kəskin senzura şəraiti hökm sürürdü. Bu qadağalar, unudulanunutdu¬ru¬lan yerlərin əzəli sakinlərinin ağrıları, problemləri, ədəbi-ideoloji münaqişələr, Güneydə kütləvi düşüncə fəallığına, milli təfəkkürün formalaşmasına nail olmağın yolları və s. Səmədin kiçikyaşlılar adına yazdığı, lakin əsasən böyüklərə ünvanla¬nan bir sıra bədii əsərlərinin də mövzusuna çevrilir.

Mamağan kənd məktəbində dərs dediyi illərdə Səməd daim təhsilini davam etdirmək barədə düşünür, arzusunu gerçəkləşdirəcəyi anı gözləyir... Və həmin anın gəlişi uzun sürmür və 1956-cı ildə Təbriz universitetinin filologiya fakültəsinin İngilis dili və ədəbiyyatı bölümünə (qiyabi) daxil olur, 1961-ci ildə universiteti bitiriringilis dili və ədəbiyyatı üzrə filoloq, eyni zamanda ali dərəcəli müəllim ixtisasına yiyələnir...

Səməd Behrəngi bundan sonra bütün şüurlu ömrünü körpələrə, ölkənin gələcəyinin qurucuları olacaq uşaqlara həsr edir. Onların savadlanması və ədəbiyyatı öyrənərək əsl insan, elin dərdlərinə məlhəm ola biləcək bir vətəndaş kimi böyüməsi qayğısına qalır... Uşaqlara daim qorxmazbilikli-bilgin olmağı, haqqını tələb etməyi, haqsızlıq, ədalətsizlik qarşısında yenilməməyi tövsiyə edir... Əsərlərində də uşaqların yaşantılarını, Azərbaycanın, eləcə də İranda yaşayan digər xalqların dərd və problemlərini qələmə alır, körpə fidanlara anladırdı ki: “Silləyə sillə ilə cavab vermək, öz haqqını son damlasına kimi almaq gərəkdir...”

Ulduzla danışan gəlincik” hekayəsində isə o, kasıb, yoxsul təbəqənin tərəfində olduğunu, onları düşündüyünü Ulduzun dili ilə belə ifadə edir: “Mənim nağılımı yoxsul, naz-nemətdən məhrum olan uşaqlar üçün yazın...”

Var-gücü ilə çalışır ki, soydaşları arasında mövcud olan kütləvi savadsızlığı aradan qaldırsın. Təsadüfi deyil ki, Məcid Təbrizivənd onun ədəbi-bədii yaradıcılığa savadsız kəndlilər üçün ərizə yazmaqla başladığını qeyd edib...

Səməd arıq, sısqa bir gənc olmasına baxmayaraq qeyri-adi güc, enerji ilə çiynində xüsusi maarifçilik missiyası daşıyırdı. Soydaşlarının cəhalət yuxusun¬dan oyanması, heç deyilsə, öz ərizəsini yaza bilməsi səviyyəsində də olsa, savadlan¬ması üçün hər ay aylıq maaşının çoxunu müxtəlif kitablar almağa xərcləyir, çiynində kitab dolu heybə kəndbəkənd, evbəev gəzərək paylayır, məktəbyaşlı uşaqları isə hədiyyə etdiyi kitablarla daha çox sevindirirdi... O, şagirdləri ilə bir dost-arxadaş kimi davranır, hər işdə onlarla birgə hərəkət edərək yanlarında olur, kiçik soydaşlarını həqiqəti, doğru yolu seçməyə yönləndirirdi. O, sanki öyrətmək, xalqın balalarına, yeniyetmə və gənclərinə düzgün yol göstərmək, onları sevmək üçün doğulmuşdu... Böyük pedaqo¬qun xarakterindəki bu əvəzsiz cəhəti yazar dostu Qulamhüseyn Saidi də təsdiqləyirdi: Səməd “boş vaxtlarında saatlarla kitab mağazalarının qarşısını kəsdirər, kitab seçmə¬yə gələn yeniyetmələrə bilgilər verərdi. Dərs dediyi məktəbdə tələbələrlə əl-ələ verib gözəl bir kitab evi düzəltmişdi…”

Böyük şair Məftun Əmini yazırdı ki, o, uşaqlara atadananadan daha mehriban idi. Hətta uşaqlar heç bir şeydə ondan çəkinmirdilər... Yəni, Səməd onların sirdaşı, dərddaşı, fikir ortağı olmağı da bacarmışdı...

Bu, danılmaz bir gerçəkdir ki, Səməd Behrəngi "yaşayışında da, dərs otağında da, yazı masasının arxasında da, öz ədəbi dünyasında da, hər şeydən öncə öyrətmən idi (Abdulla Əmir Haşimi Cavanşir)”. Çiynində öz aylıq maaşı ilə aldığı və uşaqlaraagirdlərinə paylayacağı müxtəlif kitablar, bədii əsərlər, nağıl və dastanlar dolu heybəsi, gözlərində sabaha dibsiz sevgi, üzündə isə çox vaxt gülüş olan bu eynəkli, fədakar müəllim hər bir soydaşının sevimlisi, yaxın dostu idi...

O, yasaq olunmuş Ana dilini uğrunda öləcək qədər çox sevirdi... Ana dilində təhsil almaq imkanının olmaması və bu durumdan çıxış yollarının axtarılması məsələsi Səməd Behrəngini ən çox düşündürən problemlərdən biri idi. Öz dövründə bu problemin çıxış yollarından biri kimi Ana dilində dərsliklərin yazılıb çap edilməsində, ana dilində mədrəsələrin açılmasında görürdü. Səməd Behrəngi Mir Mehdi Etimad, Mirzə Həsən Rüşdiyyə, Həbib Sahir kimi öndərlərin müqəddəs işini davam etdirməyə qalxışdı, uşaqların anlaya biləcəyi sadə türkcədə "Əlifba” kitabı yazdı, lakin İranın rəsmi qurumları bu dərsliyin çapına icazə vermədi və İslam-i İrşad idarəsi tərəfindən geri qaytarıldı... Bu etirazın əsas səbəbi isə Azərbaycan türklərinin Ana dilində təhsil almasının qarşısına çəkilən keçilməz sədd idi. Bu addımı Səmədin böyük qardaşı Əsəd Behrəngi vaxtilə siyasi akt kimi qiymətləndirmişdi. Çünki qardaşının ona ünvanladığı: "Ìən imzàmı õàlqın zehninə cəfəngiyat verən bir çox müəlliflər kimi kitabın üstünə yaza bilmərəm. Ìən ömrümdə bircə dəfə də olsun "Ş” hərfini uşaqlara "Şahsözü ilə öyrətməmişəm. "Şahbanu” və "Vəliəhd” sözlərinin üstündən atılıb keçmişəm. Ìən kitabımın birinci səhifəsini onlara necə həsr edə bilərəm? Qoy evimizin damı uçsun. Ìən "Ş” hərfini "Şah”, "Şahbanu” sözləri ilə, "ə” hərfini "Vəliəhd” kəlməsi ilə öyrədə bilmərəm. Bəli, qardaşım, onlar mənə bunu təklif edirdilər. De görüm, nə etməliyəm? Bütün həqiqətləri və şərəfimi bu kitabın yolundamı qoyum? Bəs onda şagirdlərimə, uşaqlaracavab verə bilərəm? "24 sààt yuxuda və ayıqlıqda” hekayəmi məşğuliyyət üçün yazmamışam. Îna görə yazmışam ki, sən dünyanın hər yerində yaşayan öz balaca qardaşlarını yaxşı tanıyasan. Înların dərdlərinin çarəsi haqqında düşünəsən...” - sözlərində, təbii, həmin qadağanın sirri və hansı mətləbin gizləndiyi aydın olur...

Əlbəttə, ədibin araya-ərsəyə “Bayatılar”, “Uşaq ədəbiyyatının önəmi”, “İranın təbiəti məsainində araşdırma”, “Para-paralar”, “Azərbaycan əfsanələri”, “Azərbaycan uşaqları üçün farsi əlifba”, “Tapmacalar, qoşmacalar”, "Azərbaycan və məşrutə”, “Folklorşeir”, “Məqalələr toplusukimi kitabları sırasında bu günədək çap olunmamış həmin “Əlifba” kitabı da vardır. “Milli mədəniyyətinin oyaq vicdanı”, “Güney Azərbaycan kəndlilərinin canlı dili” olmağı bacaran Səməd Behrəngi ingilisfars dilində olan bəzi ədəbiyyat nümunələrini türkcəyə çevirməklə də uğraşır. Eyni zamanda Mehdi Əxəvan Salis, Əhməd Şamlu, Nima Yuşic, Foruğ Foruxzadbaşqa şairlərin şeirlərindən seçmələri Azərbaycan türkcəsinin Təbriz şivəsinə çevirərək soydaşlarına örnək gətirir. Milli təfəkkürün, milli yaddaş kodlarının folklor qaynaqlarında qorunub saxlandığını yaxşı bilən Səməd Behrəngi qutsal bir yol da tutmuşdu - kənd-kənd, oba-oba dolaşaraq xalq ədə¬biy¬yatı nümunələrini toplayır, bu qiymətli incilərin yazıya alınaraq qorunması qayğısına qalırdı. Ancaq bu , “toplayıcılıq fəaliyyəti ədib üçün heçasan olmayıb. Pəhləvi rejiminin yaratdığı təhlükələr, söyləyicilərin daha çox qadınlar olması, bu baxımdan onlarla söhbətlərin aparılmaması və s. (M.Abbasova. Xalq Cəbhəsi” qəzeti. 2015, 4 mart, səh.14)” toplama işində millət və yurd sevdalısına xüsusi çətinliklər yaradırdı. Sonralar şagirdlərindən biri - İ.D.Mamağani müəlliminin bu fədakarlı¬ğı¬¬nı be¬lə xatırlayır: "Səməd Behrəngi tətil günlərində bizə gələr, hər gecə yemək¬dən sonra anamın nağıl söyləməsini səbrsizliklə gözləyərdi. Lakin anam bu nağılları mənə danışar, Səməd müəllim isə şagirdini təkrar dinləməklə onları yazıya alardı”.

 

Esmira Fuad

filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2020.- 24 dekabr.- S.14.