Qızıl açar ya Buratinonun macəraları

 

 

 

Fevralın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram TeatrıBuratino axmaqlar ölkəsindətamaşasını azyaşlı tamaşaçıların ixtiyarına verəcək. Lev TolstoyunQızıl açar ya Buratinonun macəralarınağılı əsasında ərsəyə gələn tamaşanın quruluşçu rejissoru, səhnələşdirəni mahnı mətnlərini yazanı Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənlidir. Səhnə əsərinin bəstəkarı məşhur eston musiqiçisi Olov Exoladır.

Tamaşada aktyorlar - Xədicə Novruzlu (Buratino), Ramin Şıxəliyev (Karlo ata), Rüstəm Rüstəmov (Karabas Barabas), Əməkdar artistlər - Anar Heybətov (Bazilio), Şəlalə Şahvələdqızı (Alisa), aktyorlar - Elsevər Rəhimov (Pyero), Rəşad Bəxtiyarov İmran Qurbanov (Arlekino), İlahə Həsənova Sona Novruzova (Malvina), Şəhla İsmayılova (Tortila), əməkdar artist Mirzə Ağabəyli (Sisək), aktyorlar Vüsal Mustafayev (Artemon), Elçin Əfəndi (Dəvədəlləyi), Cümşüd Zeynalov (Bayquş), Vüsal Məmmədov (Qurbağa), Mehman Fətullayev (Oğlan), Ləman Fərmanlı Əminə Səfərova (Qurbağalar) çıxış edəcək.

Mahnıları Teymur Kazımov, Bəsti Qasımova, Nazəni Həsənova və Əlif Cahangirli ifa edib. Əsərin əsas süjetini Buratinoonun dostlarının Karabas Barabas, tülkü Alisapişik Bazilio ilə mübarizəsi təşkil edir. Qızıl açarı ələ keçirmək üçün gərgin mübarizə gedir. Bu açar Karabas Barabas üçün var-dövlət, onun yoxsullar üzərində hakimiyyəti deməkdir. Buratino, Karlo ata, Artemon, PyeroMalvina üçün isə azadlıq rəmzidir. Əsər xeyrin şər üzərində qələbəsi ilə sona yetir.

 

Xalq Cəbhəsi.- 2020.- 11 fevral.- S.16.