QHT-lərin vətəndaş cəmiyyətinin inkişafı və hüquqi dövlət quruculuğundakı rolu nədən ibarətdir?

 

Fuad Hüseynazadə: “Dövlət-vətəndaş cəmiyyəti münasibətlərində yeni mərhələyə keçmişik

 

Elməddin Behbud: “QHT-lər vətəndaş cəmiyyətinin və müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edirlər”

 

Vətəndaş cəmiyyətinin struktur eleməntlərindən olan qeyri hökumət təşkilatlarının (QHT) effektiv fəaliyyəti demokratik inkişaf prosesində mühüm amildir. QHT sektoru vətəndaş cəmiyyətinin bir qolu kimi Azərbaycanda daha çox nəzərə çarpır. QHT-lərin vətəndaş cəmiyyətinin inkişafı və hüquqi dövlət quruculuğundakı rolu nədən ibarətdir?

QHT təmsilçiləri ilə bu suala cavab tapmağa çalışdıq.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Xalq Cəbhəsi”nə bildirdi ki, demokratik dövlətin əsas prioriteti vətəndaş cəmiyyətinin qurulmasıdır. Onun sözlərinə görə, bu, eyni zamanda, demokratik idarəçilikdə vətəndaşların birləşməsi deməkdir: “Demokratiyanın özülünü təşkil edən birgə fəaliyyət vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. İnsanları birləşdirən fəaliyyət sistemi isə əsasən vətəndaş cəmiyyəti institutlarıdır. Demokratik cəmiyyətin inkişafında vətəndaş cəmiyyəti institutları aparıcı rol oynayır. Hətta bunlar bir çox hallarda cəmiyyəti düzgün yola istiqamətləndirirlər. Bu işin ilk baxışda çətinliyi təmənnasız, könüllü fəaliyyət olmasıdır. Amma məsuliyyəti və özəlliyi ondan ibarətdir ki, sən cəmiyyətin işinə yaxşı mənada müdaxilə edirsən.

Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra milli maraqlara əsaslanan demokratik quruculuğa nail oldu. Vətəndaş cəmiyyəti quruculuğu prosesi də məhz bu dəyərlər üzərində bərqərar oldubu proses dinamik baş verdi. Əgər müstəqilliyin ilk illərində ölkədə vətəndaş cəmiyyətinin formalaşması prosesi gedirdisə, artıq bu gün vətəndaşların dövlətin işinə ictimai nəzarət həyata keçirməsi üçün imkanlar yaradılır”. F.Hüseynzadə əlavə etdi ki, məhz bunun üçün Prezident İlham Əliyev tərəfindən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiqlənib: “Sənədə görə, vətəndaşlar ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmə formalarında ictimai əhəmiyyətli istənilən qərarın qəbulunda iştirak edə biləcəklər. Mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan İctimai Şuranın məqsədi vətəndaşları dövlətin idarə olunmasında iştiraka cəlb etməkdir. Eyni zamanda, İctimai Şuralar dövlət orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyət təşkil, eləcə də onların fəaliyyətinə ictimai nəzarət edə biləcəklər. Qanun İctimai şuralara dövlət orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına nəzarət etmək imkanı da verir. Qeyd edək ki, qanunun qəbulundan qabaq bir çox dövlət orqanlarının yanında öz təşəbbüsləri əsasında buya digər ad altında məşvərətçi qurumlar fəaliyyət göstərirdi. Lakinİctimai iştirakçılıq haqqında” qanunun qəbulundan sonra dövlət və yerli özünüidarəetmə orqanları yanında İctimai Şuraların yaradılması məcburidir. Artıq əvvəllər əksər dövlət orqanlarının yanında yaradılan İctimai Şuralar bu qanuna uyğunlaşdırılır. Bütün bunlar həyata keçirilməklə Azərbaycan demokratikləşmə prosesində, eləcə də dövlət- vətəndaş münasibətlərində növbəti mərhələyə qədəm qoyur. Çünki dövlət, idarəçilikdə vətəndaşları üçün nə qədər açıq olduğunu göstərir. Bu, həm də dövlətin vətəndaş cəmiyyəti institutları üçün verdiyi bir imkandır. Ona görə də İctimai Şuralardan məsuliyyət və ciddi fəaliyyət tələb olunur. İctimai Şuranın sözü cəmiyyətin sözüdür. Çünki onlar məşvərətçi qurum olaraq ictimaiyyəti təmsil edirlər. İctimai Şuralar da real işlərlə özlərini təsdiq etməlidir ki, cəmiyyət tərəfindən formal qurum kimi tanınmasınlar”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin BehbudXalq Cəbhəsi”nə dedi ki, Konstitusiyanın 54-cü maddəsində vətəndaşların cəmiyyətin və dövlətin həyatında iştirak hüququ əksini tapıb: “Bu hüququqa görə vətəndaşlarımızın cəmiyyətin və dövlətin həyatında iştirak hüququ var. Eyni zamanda, Konstitusiyamızın 58-ci maddəsinə uyğun olaraq vətəndaşların birləşmək hüququ var. Bu müddəa hər bir vətəndaşın siyasi partiya, ictimia birliks. yaratmaq hüququna ali, hüququ təminat verir. Konstitusiyanın müvafiq müddəalarına uyğun olaraq bir sıra əlaqəli qanunlar da yuxarıda qeyd etdiyim hüququ təsdiq edir. 13 iyun 2000-ci ildə ulu öndər Heydər Əliyevin imzası ilə qüvvəyə minən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun QHT-lərin cəmiyyətin və dövlətin həyatındakı iştirakı ilə bağlı bir çox vacib ictimai münasibətləri tənzimləyir. QHT-lərin təşkilati-hüquqi formaları, QHT-lərin növləri, yaradılması, yenidən təşkili və ləğv edilmə formaları, fəaliyyətinin idarə olunması və s. məsələlər məhz bu qanunla tənzimlənir. QHT-lər bildiyimiz kimi vətəndaş təşəbbüsünə əsaslanır. QHT-lərin vətəndaş cəmiyyətinin inkişafı, dövlət quruculuğundakı rolu ilə bağlı ən vacib hüquqi aktlardan biri də 2007-ci il 27 iyul tarixdə cənab president İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin konsepsiyası"dır. Bu sənədin də əsas müddəası ölkəmizdə ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri kimi vətəndaş cəmiyyəti institutlarının inkişafını, gücləndirilməsini nəzərdə tutur. Konsepsiyada bu istiqamətdə prinsipal yanaşmalar var. QHT-lərə dövlət dəstəyinin formaları, QHT-lərin fəaliyyətinin əsas prioritetləri və s. bu sənəddə aydın şəkildə əksini tapıb. Burda əksini tapan məsələlərin icrası məqsədi ilə cənab prezidentin fərmanı ilə 13 dekabr 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb və onun Əsasnaməsi təsdiq edilib. Əsasnamənin ilk müddəalarında QHT-lərin vətəndaş cəmiyyətinin inkişafı və dövlət quruculuğu ilə bağlı Şuranın üzərinə düşən vəzifələr müəyyən edilib. Şura fəaliyyətində dövlət qurumları ilə QHT-lər arasında əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilmsini təmin edir. Şura, həmçinin, Konsepsiya və Əsasnamədə əskini tapan qaydada QHT-lərə dövlət dəstəyini təmin edir. Məhz bu sənədlər QHT-lərin vətəndaş cəmiyyətinin inkişafı və dövlət quruculuğunun inkişafında iştirakı ilə bağlı qanunvericlik bazasını təşkil edən əsas normativ hüquqi aktlardır”.

E.Behbud əlavə etdi ki, ictimai problemlərin həlli istiqamətində QHT-lərin təşəbbüsləri və onların həlli ilə bağlı həyata keçirilən fəaliyyət ictimai birliklərin ölkənin vətəndaş cəmiyyətinin inkişafına mühüm təsirə malikdir: “QHT-lərin vətəndaş cəmiyyətinin inkişafındakı rolundan danışarkən 2014-cü ilin iyunun 1-dən qüvvəyə minən "İctimai iştirakçılıq haqqında” qanunu da hökmən qeyd etməliyik. Vətəndaş cəmiyyəti institutları anlayışı, onun ayr-ayrı kompanentləri məhz bu qanunda əksini tapıb. "İctimai iştirakçılıq" haqqında qanuna əsasən KİV, həmkarlar ittifaqı, siyasi partiya, QHT, vətəndaşların təşəbbüs qrupu, bələdiyyələrin məhəllə komitələri vətəndaş cəmiyyəti institutlarını təşkil edir. Bu subyektlərdən biri olan QHT-lərin vətəndaş cəmiyyətinin inkişafı və hüquq dövlət quruculuğundakı rolu ilə bağlı əsas prinsipal xarakterli müddəalardan biribu qanunun 5-ci maddəsində əksini tapan ictimai iştirakçılığın formalarıdır. Bunlar İctimai Şuraların yaradılması, müzakirələrin, ictimai dinləmələrin keçirilməsi, ictimai rəyin öyrənilməsi, hüquqi aktların, layihələrin ictimai müzakirəsi və s. nəzərdə tutur. Bu formalar çərçivəsində QHT-lərin də daxil olduğu İctimai Şuralar mərkəzi və yerli icra qurumlarında, həmçinin, yerli özünüidarə orqanlarında ictimai həyatın aktual məsələləri ilə bağlı məsələlərdə iştirak edirlər. QHT-lər İctimai Şuraların tərkibində dövlət qurumlarında qərarların qəbulunda məşvərətçi qismdə iştirak edirlər. Təkliflərini verə, müzakirələr aça bilirlər. Müvafiq ixtisaslaşmış mərkəzi icra qurumlarının fəaliyyət sferası ilə bağlı cəmiyyətdə mövcud olan problemləri öyrənib onların həlli ilə bağlı rəy və təkliflərini həmin qurumların diqqətinə çatdırırılar. QHT-lər qeyd etdiyim bu formalarda vətəndaş cəmiyyətinin və müvafiq sahədə dövlət siyasətinin formalaşmasında və həyata keçrilməsində iştirak edirlər. Bu, çox mühüm imkandır. Bu gün QHT-lər dövlət proqramlarının əksəriyyətində başlıca sosial tərəfdaş qismində tanınır və çıxış edirlər. Onlar bu proqramların icrasında, ictimai monitorinqlərdə aktiv iştirak edirlər. Şuranın bilavasitə iştirak olduğu dövlət proqramlarında QHT-lər həmin proqramların icrasına cəlb edir. Şura hazırda 16 dövlət proqramının icrasında iştirak edir. Bu rəqəm böyük məsuliyyət və mühüm fəaliyyəti özündə əks etdirir”.

 

Əli Zülfüqaroğlu

 

Xalq Cəbhəsi.- 2020.- 9 iyul.- S.6.