Vətəndaş və vətəndaşlıq
- 1-ci yazı
Professor Mübariz Əmirov: “Vətəndaşlıq dövlətlə vətəndaş arasındakı münasibətləri hüquqi cəhətdən rəsmiləşdirir”
Vətəndaş və vətəndaşlıq
nə deməkdir? Pedaqogika üzrə elmlər doktoru, professor
Mübariz Əmirovun araşdırmasında bu və başqa
məsələlərə aydınlıq gətirilir. Onun
fkrincə, insan ailə üzvü, dost və yoldaş, müəyyən
sosial qrupun, siyasi partiyanın və ya cəmiyyətin
nümayəndəsi rollarıında eyni zamanda
çıxış edə bilər və ya etməyə bilər.
Amma elə
rol da var ki, bu bizim hər birimiz üçün ümumidir. Bu, vətəndaş
roludur: “Vətəndaşlıq anlayışı
çoxşaxəlidir. Biz bəzən
tanımadığımız adamlara “vətəndaş” deyə
müraciət edirik. Yaxud təyyarə
limanında diktor elan verərkən ilk növbədə “vətəndaş
sərnişinlər” ifadəsini işlədir. Dövlət başçıları radio və
televiziyada çıxışlarında çox vaxt “vətəndaşlar”
deyə müraciət edir. Hüquq ədəbiyyatında
vətəndaşlığa çoxsaylı təriflər
verilib. Vətəndaşlıq etnik mənşəyi
göstərməməklə ayrıca bir şəxslə
dovlət arasındakı hüquqi əlaqədir. Belə bir tərif də mövcuddur. Vətəndaşlıq dövlətlə vətəndaş
arasındakı münasibətləri hüquqi cəhətdən
rəsmiləşdirir və onların
qarşılıqlı hüquq və vəzifələrini nəzərdə
tutur. Daha qısa və məzmunlu tərif də var:
qanunla müəyyənləşdirilmiş hüquqlardan
istifadə edən və dövlət qarşısında
öhdəliyi olan şəxsə vətəndaş deyilir. Vətəndaşlıq – fiziki şəxsin dövlətlə
sabit hüquqi əlaqəsidir ki, bu da onun həmin dövlətin
suveren hakimiyyətinə tabe olmaqla orada müəyyən
hüquq və vəzifələrə malik olmasında ifadə
olunur”.
Vətəndaşlığın inkişaf tarixinə nəzər
salaq. “Vətəndaşlıq” anlayışı hələ
qədim zamanlardan hüquqi status alıb. Lakin
heç də həmişə bütün insanlar vətəndaş
statusu almamış, uzun illər boyu hüquqsuz vəziyyətdə
yaşamışlar. Qədim
Yunanıstanda Afina şəhər-dövlətində
yalnız 20 yaşına çatmış, atası və
anası əslən afinalı olanlara vətəndaşlıq
verilərdi. Qadınlar, başqa yerlərdən
gəlmiş şəxsiər, qullar vətəndaş
hüquqlarına malik deyildilər. Bu
dövlətdə vətəndaşların həm də
sahib olduqları əmlakın miqdarından asılı olaraq
dərəcələrə bölünürdü. Qədim Roma dövlətində isə vətəndaşlığı
ilk vaxtlar yalnız onun ən qədim sakinlərinin nəsilləri
əldə edirdilər.
Professor
M.Əmirov qeyd edir ki, sonralar bütün azad adamlar vətəndaşlıq
hüququ qazandılar: “Burada da qadınlar və qullar vətəndaşlıq
statusu qazana bilməzdilər. Fransa burjua
inqilabı dövründə (1789-1794) “vətəndaş”
sözü bu ölkədə qürurla səslənməyə
başladı. Bu termin “təbəə” sözünü
əvəz etdi və insanların bir-birinə müraciət
formasma çevrildi. Burada qəbul olunmuş
“İnsanın və vətəndaşın hüquq Bəyannaməsi”
adlı sənəddə belə deyilir: “İnsanlar azad və
bərabər hüquqlarla doğulur və yaşayırlar”. Lakin burada da vətəndaşlar bütün hüquqları
əldə edə bilmədilər. Seçki
hüququnu yalnız kişilər aldılar. Həm də əmlak senzi saxlanıldı”.
“Vətəndaş” ifadəsi Şarl Monteskyönün
də əsərlərində səslənib. O, “İngiltərənin
dövlət quruluşu haqqında” əsərində
yazırdı: “Vətəndaş üçün siyasi
azadlıq onun təhlükəsizliyinə olan inama əsaslanan
ruhi sakitliyi deməkdir. Belə bir
azadlığa malik olmaq üçün elə bir idarəetmə
zəruridir ki, onun dövründə bir vətəndaş o
biri vətəndaşdan qorxmaya bilsin”.
Vətəndaşlığa aid beynəlxalq prinsiplər
də formalaşıb. Hər bir dövlətin özünün
vətəndaşlıq məsələlərinə dair
müvafiq qanunvericiliyi var. Lakin bu qanunvericilik dünya birliyi tərəfindən
o vaxt qəbul edilir ki, həmin qanunvericilik vətəndaşlıq
məsələsində mövcud olan beynəlxalq prinsiplərə
uyğun gəlsin. M.Əmirov: “Vətəndaşlığın
əldə edilməsinin iki yolu var: 1) törəmə yolu ilə;
2) naturalizasiya (“Vətəndaşlığa qəbul etmə”
mənasını verir. Xaricilərə, yaxud vətəndaşlığı
olmayan şəxslərə dövlətin vətəndaşlıq
verməsidir) yolu ilə. Törəmə
yolu ilə vətəndaşlığın əldə edilməsinin
iki prinsipi var. Bəzi hallarda hər iki prinsip, biri digəri ilə
əlaqədar, qarışıq prinsip əsasında tətbiq
edilir.
Birinci prinsip “Torpaq hüququ” adlanır. Bu prinsipə əsasən
vətəndaşlığı həmin dövlətin ərazisində
anadan olmuş şəxslər alırlar. “Torpaq hüququ” prinsipinə görə hər
hansı bir dövlətin ərazisində doğulmuş
uşaq, onun valideynlərinin hansı ölkəyə mənsub
olmasından asılı olmayaraq, bu dövlətin vətəndaşlığını
əldə etmiş olur. “Qan hüququ”
adlanan ikinci prinsip isə valideynlərin vətəndaşlığına
əsaslanır. Bu o deməkdir ki, valideynlərdən
heç olmasa biri həmin dövlətin vətəndaşı
olmalıdır. Həmin dövlətin ərazisində
doğulmasından asılı olmayaraq, ona o vaxt vətəndaşlıq
hüququ verilir ki, onun valideynlərindən biri bu ölkənin
vətəndaşı olsun”.
İkinci yol isə naturalizasiyadır. “İnsan
hüquqları haqqında ümumi bəyannamə”də
göstərilir ki, hər bir insanın vətəndaşlıq
hüququ var. Hər bir insan vətəndaşlığını
dəyişmək, yəni bir dövlətin vətəndaşlığından
çıxıb digər dövlətin vətəndaşlığını
qəbul etmək hüququna malikdir. Bu
cür hallar üçün vətəndaşlığa qəbulun
qaydası naturalizasiya adlanır. Naturalizasiya
- şəxsin başqa dövlətin vətəndaşlığına
keçməsi, əcnəbinin hər hansı bir ölkədə
vətəndaşlıq hüququ almasıdır.
Professor M.Əmirov bildirir ki, vətəndaşlığın
kimə verilməsi məsələsi dövlət
üçün çox əhəmiyyətlidir. Ona görə
də qanun naturalizasiyanı, adətən, müəyyən
şərtlərlə bağlayır. Ayrı-ayrı
ölkələrdə naturalizasiya üçün müxtəlif
şərtlər mövcuddur: “Dövlətin dilini bilmək,
milli mənsubiyyət, gəlir mənbəyi, valideynlərin
birinin həmin ölkənin vətəndaşı olması,
dövlətin ərazisində müəyyən müddət
ərzində yaşaması, ölkənin tarixini və
Konstitusiyasını bilmək, sağlam həyat tərzi və
s. Bu şərtlər içərisində ən geniş
yayılanı dövlətin ərazisində müəyyən
müddət ərzində yaşamaqdır. Argentinada bu
müddət 2 il, ABŞ, İtaliya və Fransada 5 il, Avstriya və
İspaniyada 10 il, İsveçrədə isə 12 ildir.
Beləliklə, göstərilən bu prinsiplər vətəndaşlıq
almaq üçün mühüm əsaslardır. Elə hallar
olur ki, insan bir deyil, iki və daha artıq dövlətin vətəndaşlığına
malik olur. Bu cür vəziyyət “ikili”,
yaxud “çoxqat” vətəndaşlıq adlanır. “İkili” vətəndaşlıq vətəndaşlığın
əldə edilməsi və itirilməsi qaydası haqqmda
ayrı-ayrı dövlətlərin vətəndaşlığına
uyğun gəlməməsi nəticəsində baş verir.
“Qan hüququ” prinsipini təsdiq edən ölkənin vətəndaşları
olan valideynlərdən doğulmuş uşaqlar, “torpaq
hüququ” prinsipini təsdiq edən ölkənin ərazisində
ikili vətəndaşlıq əldə edir və hər iki
ölkənin vətəndaşı sayılır. Müstəsna
vətəndaşlıq prirısipinə əsasən bəzi
dövlətlər öz vətəndaşlarının
başqa bir dövlətin də vətəndaşı
olmasını qəbul etmir. Dövlətin
öz vətəndaşlarını vətəndaşlıqdan
məhrum edilməsini qadağan edən ayrılmaz vətəndaşlıq
prinsipi də mövcuddur. Qeyri-ailəvi
qaydada vətəndaşlıq isə ya vətəndaşlığı
olmayan şəxsin xahişi ilə onun vətəndaşlığa
qəbul edilməsi, ya da şəxsin öz vətəndaşlığını
dəyişdirib yeni vətəndaşlığı
seçməsi, vətəndaşlığın bəxş
edilməsi, əhali mübadiləsi və
köçürülməsi yolu ilə əldə olunur.
Vətəndaşlığa
aid beynəlxalq hüquq normaları BMT-nin Nizamnaməsində,
İnsan Hüquqları haqqında 1957-ci il
tarixli Paktında, dövlətlər arasında
bağlanmış başqa çoxsaylı regional və ikitərəfli
sazişlərdə öz əksini tapıb. Heç
bir dövlətə mənsub olmayan şəxslərə vətəndaşlığı
olmayan şəxslər deyilir. Vətəndaşlığa
malik olmamaq vəziyyəti müxtəlif səbəblərlə
əlaqədar olaraq ortaya çıxır. Məsələn,
qadın ərə gedərkən vətəndaşlıq
qanunvericiliyi “qadın kişinin vətəndaşlığına
keçir” prinsipinə əsasən onu vətəndaşlıqdan
kənar edərsə, ərin mənsub olduğu dövlətin
qanunvericiliyi qadını vətəndaşlığa qəbul
etməzsə, uşaq vətəndaşlığı olmayan
valideyndən doğularsa, yaxud şəxs hər hansı səbəbdən
özünün vətəndaşlığını itirib
yeni vətəndaşlıq əldə etməzsə, onda vətəndaşlığı
olmayan şəxs vəziyyətinə düşür.
Azərbaycanda vətəndaşlığın əsasları
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
olunub. Bu qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, «Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında» qanundan və Azərbaycan Respubiikasının
müvafiq qanunvericilik aktlarından ibarətdir. Bu qanunvericiliyə əsasən, Azərbaycan dövlətinə
mənsub olan, onunla siyasi və hüquqi
bağlılığı, habelə qarşılıqlı
hüquq və vəzifələri olan şəxs Azərbaycan
Respublikasının vətəndaşıdır. Bu şəxslər kimdir?
1) Azərbaycan
Respublikası ərazisində doğulanlar;
2)
Valideynləri və ya onlardan biri Azərbaycan
Respublikasının vətəndaşı olanlar;
3) Azərbaycan Respublikası vətəndaşlığını
qəbul edənlər.
Azərbaycan vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri bərabərdir. Məsələn, istər Azərbaycanda doğulmuş azərbaycanlı, istərsə də qara irqdən olub Azərbaycan vətəndaşlığını qəbul edən şəxs hüquqca bərabərdir. Ər və ya arvadın birinin vətəndaşlığının dəyişməsi o birinin vətəndaşlığının dəyişməsinə səbəb olmur. Əgər Azərbaycan vətəndaşı xarici dövlətlərin ərazisində yaşamağa gedirsə, yenə də Azərbaycan Respublikasının vətəndaşı olaraq qalır. Bir dövlətin vətəndaşlığından çıxan şəxsin Azərbaycan vətəndaşlığına qəbul edilməsi müəyyən şərtlərlə bağlıdır: o, son 5 il ərzində Azərbaycan ərazisində yaşamalıdır; Azərbaycan Respublikasının dövlət dilini bilməlidir. Lakin həmin şəxs Azərbaycan Respublikasında mövcud dövlət quruluşunu zorakılıqla dəyişdirməyə və ya onun ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə; terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa və qanunda göstərilən başqa hərəkətlərə yol verərsə, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilməz.
Professor bildirir ki, Konstitusiyamıza əsasən Azərbaycan onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan ölkə vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Dövlət öz orqanlarının və vəzifəli şəxslərinin simasında Azərbaycan vətəndaşları qarşısında onların hüququnun təminatı üçün məsuliyyət daşıyır. Dövlət orqanları, xarici dövlətlərdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəlikləri və konsulluqları ölkəmizdən kənarda müvəqqəti və ya daimi yaşayan vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2020.- 28 iyul.-
S.13.