“Azərbaycan” qəzetinin səhifələrində 

 

 34-cü yazı

 

***

Şeyx Məhəmməd Xiyabani

Azərbaycanlılar qiyam başladıqdan sonra o zamana qədər eşitmədikləri bir sıra təzə sözlər eşitdilər. Şeyxin nitqləri onları qəflət yuxusundan ayıldıb bu həqiqəti azərbaycanlılara yeritdi ki, ittihadittifaq sayəsində ən böyük müstəbid heykəlləri belə məhv etmək olar. Qiyam azərbaycanlıların qəlbində olan acı həqiqəti və mərkəzi hökumətə olan narazılıqlarını açıq-açığına söyləyib onları öz haqlarını müdafiə etməyə və haqq sözlərini söyləməyə təşviq etdi.

Bundan başqa xalqımızda “Azərbaycan azərbaycanlılarındır” ruhunu oyadıb muxtariyyat məsələsini ortaya atdı. O günə qədər Tehran azərbaycanlını dilsiz-ağızsız bir qoyun kimi hesab edib onun südündən qidalanırdı və heç vaxt bu cəsarətli xalqın qiyamını və haqqını tələb etmək uğrunda üsyanını fikir etməmişdi. Buna görə də qiyam başlandıqdan sonra Tehran qəzetləri hay-qışqırıq salıb Şeyxisair qiyamçıları (ki, bu gün onu İranın şərəfli simalarından sayırlar) vətən xaini, “Milli Hökumət əleyhinə üsyan etmiş qiyamçılar” və sair adlandırıb nəticədə beynəlxalq hadisələrdən istifadə edib azərbaycanlıları susdurdularŞeyxiçox alçaqcasına, yazdığımız kimi, ortadan qaldırdılar.

Amma Tehran bu əməldə ələfi öldürüb mollanı unutmuşdur. O elə xəyal edirdi ki, əgər Şeyx ortadan getsə, Azərbaycan xalqında olan azadlıqsevərlik ruhu da fənaya məhkum olacaqdır. Buna görə də Şeyxi öldürməklə kifayətlənib daha qiyamın nəticəsində xalqımızın qəlbində yaranan azadlıq hisslərinə diqqət yetirmədi və ya onun məhvinə qadir ola bilmədilər. Bütün hallarda azərbaycanlı Şeyxin qiyamından sonra bir dəqiqə də olursa-olsun, öz azadlığını unutmamışdır. O, istər Pəhləvi dövründə, istərsə də ondan qabaqkı dövrələrdə azadlığa maraqlı olub gecə-gündüz yorulmadan nicatına və hürriyyətinə çalışırdı.

Şeyxin qiyamından qabaq azərbaycanlı yalnız İranın nicatına can atırdı, yəni tarix bunu göstərdiyi kimi, həmişə özünü unudub İran uğrunda canını və malını əsirgəmirdi. Məşrutə hadisəsi bu sözə aydın bir misal ola bilər. Azərbaycanlı öz qanının bahasına bütün İran xalqını istibdad pəncəsindən qurtarmaq üçün məşrutə (konstitusiyared.) aldı. Lakin yenə də dünənki istibdad heykəli olan “əssəltənə” lər “əddövlə”lər maskalarını dəyişib güclü bir şəkildə məşrutəçi ünvanı ilə parlament səndəllərini qəsb etdilər. Amma məşrutənin banisiqoruyucusu olan azərbaycanlı geridə qalıb orta əsrlərdə yaşayan insanlar kimi dözülməz zillətə, məşəqqətə məhkum oldu.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 73, 7.12.1945

***

Novruz adlı müəllifin ADF orqanı "Azərbaycan" qəzetində getmiş "Şeyx Məhəmməd Xiyabani. "Təcəddüd" qəzetinin tarixçəsi" adlı yazısı təqdim olunur. Həmin yazıda o dövr üçün hazırlanmış "Azərbaycan himni" də verilib.

“Təcəddüd” qəzeti demokrat firqəsinin orqanı olmaqla bərabər Şeyx Məhəmməd Xiyabaninin ölməz əsəridir. Bu qəzet 1917-ci ilin aprel ayının 9-dan başlayaraq 1920-ci ilin sentyabr ayının 8-ə qədər nəşr olmuş və sayı 202 nömrədən ibarətdir. Bu qəzet 1-ci nömrədən etibarən etibarən 13-cü nömrəyə qədər Əbülqasim Füyuzatın imtiyazı və Əlif. Eyn. (ا.ع.) və Xe (خ)-nin redaktorluğu ilə nəşr olub. 14-cü nömrədən 58-ci nömrəyə qədər yenə də Əbülqasim Füyuzatın imtiyazı və Əbülfət xan Ələvinin redaktorluğu ilə nəşr olunub. 59-cu nömrədən 86-cı nömrəyə qədər Tağının (Mirzə Tağı xan Rüfət) müdiriyyət və rdaktorluğu ilə buraxılıb. 87-ci nömrədən ta 136-cı nömrəyə qədər kimin müdiriyyəti ilə, hansı yolla nəşr olunduğu barədə bioqrafiya yazdığımız zaman əldə məlumat olmayıb. Gələcəkdə bu barədə öz məlumatlarımızı möhtərəm oxucularımızın nəzər-diqqətinə çatdıracağıq. 137-ci nömrədən 202-ci nömrəyə qədər Şeyx Məhəmməd Xiyabaninin öz müdiriyyət və redaktorluğu ilə yazılıb.

“Təcəddüd” qəzetinin illik nömrələrində yazılan məqalələr içərisində “İranazad Rusiya” məqaləsi çox oxumalıdır. Bu nömrələrdə baş məqalələrin çoxunu Tağı (Mirzə Tağı xan Rüfət) yazıbdır. Qəzetin 24-cü nömrəsində aşağıdakı Azərbaycan dilində hazırlanmış himn dərc olunubdurbu himnin Azərbaycan dilində yazılıb nəşr olunması diqqətəlayiqdir.

Qeyd etdiyimiz himn eynilə təqdim olunur:

 

Yenə yetişdi iqbalımız

Hasil oldu amalımız

Nə rövşən istiqbalımız

Yaşasın istiqlalımız

Yaşasın hürriyyət, yaşasın musavat!

Rövşən millətin gözləri

Gülsün tamamən üzləri

Yandı səhər yulduzları

Yandı şərəf gündüzləri

Yaşasın hürriyyət, yaşasın musavat!

Fəxrü-şərəf misdağımız

Rövşən hamı afaqımız

Azad olsun toprağımız

Yaylağımız, qışlağımız

Yaşasın hürriyyət, yaşasın musavat!

Millət hamı qardaşımız

Fəthü-zəfər yoldaşımız

Toprağımız, dam-daşımız

Öz əlimiz, öz başımız

Yaşasın hürriyyət, yaşasın musavat!

Yetdi zamani-imtahan

xoş zamandı bu zaman

Bəxtü-səadət tuaman

Qarşaşlarım, qeyrət aman

Yaşasın hürriyyət, yaşasın musavat!

Qardaşlarım, qeyrət edin

Təhsil üçün himmət edin

Nə vəqtə din! İbrət edin

Kəsbi-şərəf, rüfət edin

Yaşasın hürriyət, yaşasın musavat!

Danişlədir yabəndegi

Dünya üzündə zendegi

Vər nə olunca bəndegi

Əqvam ara şərməndegi

Yaşasın hürriyyət. yaşasın musavat!

Əxzi-hünər , kəsbi-fünün

İnsana vacibdir bütün

Sanma fünuni sən cünun

Bu etiqadı bil zəbun

Yaşasın hürriyyət, yaşasın musavat!

Ey bir olan Allahımız

Məbudi-bieştibahımız

Hifz eylə şahənşahımız

Sultani-zilüllahımız

Yaşasın hürriyyət, yaşasın musavat!

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 76, 11.12.1945

***

"Əgər qiyamdan qabaq Osmanilər Azərbaycana gəlməsəydilər və Azərbaycanda pantürkizmpanislamizm təbliğatını təqib etməsəydilər və “Azərbaycan” adlı türk dilində qəzet nəşr etməsəydilər, əlbəttə ki, Şeyx “Təcəddüd” qəzetini ana dilimizdə çap edərdi.

Bu baxımdan ki, o zaman Azərbaycan dilində nəşr olunan sənədləri və qəzetləri pantürkizm siyasətinə bağlayırdılar, ona görə də Şeyx bu əsassız töhmətdən qaçmaq üçün naçar “Təcəddüd” qəzetini fars dilində çap edib. Ona görə də qəzetlərin tirajı cənab Movzezadənin dediyinə görə çox az olmuşdur. Bu səbəbdən də Şeyx firqənin məramını lazımcasına xalqın nəzərinə çatdıra bilmədi.

Şeyxin nitqlərində də bəzi ifratlara (bir məsələnin son dərəcə şişirdilməsinə - red.) rast gəlirik ki, bunlardan sitat gətirilməsi oxuyanı çaşdırır. Mən yenə də bu barədə cənab Pişəvərinin mövqeyi ilə razılaşıb onun yazdığını oxucularımızın nəzərinə çatdırıram:

Biz onun (Şeyxin) nitqlərini və onun rəhbərliyi ilə nəşr olunan “Təcəddüd” qəzetini oxuduqda onu bir gün ciddi bir azərbaycanlı və heç bir çətinlikdən qorxmayan respublikaçı, hətta çox sol separatçı, ayrı bir gün güclü mərkəztələb, müdhiş məşrutəçi görüb təəccüb edirik”. Şeyx çox sadə və eyni halda şücaətli və cəsur bir adamdır.

Hamıya nikbin (optimist – red.) olub kimsəyə bədbin (pessimist – red.) olmazdı. Demək olar ki, Müxbirüssəltənə Şeyxin bu sifətindən istifadə edib onu məhv etdi. Firqə sədrinə necə ki, nikbin olmaq eyibdir, habelə bədbin olmaq da onu müvəffəqiyyətdən geri saxlar. Gərək firqə sədri bədbin, çox nikbin olsun. Çünki, əgər mötədilliyi (praqmatizm, orta mövqe saxlama – red.) qorumasa, xain ünsürlərə, istifadəçi adamlara meydan verər ki, firqə əleyhinə işləsinlər əksinə olaraq, ciddi təşkilatçı üzvləri məyus ümidsiz edib, onların fəaliyyətini səmərəsiz qoyar.

Nəhayət, Şeyx öz müvəqqəti müvəffəqiyyətlərindən çox tez məğrur olub nəticədə müqəddəs məramını yerinə çatdıra bilmədi. Şübhəsiz, Şeyx Azərbaycanın ən böyük dahilərindən olub öz qiyamı ilə xalqımızda azadlıq ruhunu gücləndirdi onu azadlıq almağa öz hüququnu müdafiə etməyə təşviq etdi.

 

Qiyamın təsirləri

Qiyam başlanmadan əvvəl azərbaycanlı elə xəyal edirdi ki, həmişə mərkəzin beş-üç müstəbidlərinin əlində əsir qalıb dəxi heç bir qüvvə ilə özünü bu fəlakətdən qurtara bilməyəcəkdir.

Nicat tapmaq arzusunu bütün unudub, hər şeyi qəzavü-qədərin hökmünə buraxıb, sufilər demişkən, alın yazısına tabe olmuşdur. Lakin qiyam bu sufiyanə acizanə ruhu əbədi olaraq Azərbaycan xalqının içərisindən qaldırıb onlara anlatdı ki, himmət ittihad ilə nicat tapmaq olar."

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 72, 06.12.1945

***

Bu münasibətlə Xiyabani hərəkatına Tehran mərkəzi hökuməti tərəfindən edilən hücumun demokratlara tutulan divanın şahidi olmuş bir nəfərin "Ə" imzası ilə "Fərrüx Müxbirüssəltənə" adlı yazısından bir parça diqqətinizə təqdim olunur.

"...Mərhum Xiyabani qiyamında mən Təbrizdə olmuşam. O vaxt qədimdəki kimi Xiyabaninin qiyamı Tehran müstəbidlərinin canına zəlzələ salmışdı. O gün paytaxt xainləri Təbriz valiliyini Rey mülkü vədəsilə hər kəsə təkilf edirdilər. Çoxları qəbul etməyib, o cümlədən Hacı Hidayətin (Müxbirüssəltənə), özünü köhnə məşrutəçi kimi qələmə verib yalan təbliğatla sadə azərbaycanlıları aldadıb fitnə-fəsad evindən hərəkət edib Təbrizə daxil olduğunu eşitdim. 48 saat içərisində yaratdığını demək çox çətindir, ancaq azadlıq çırağını söndürüb ar damğasını bütün Azərbaycan camaatına vurdu Təbriz şəhərini matəm sarayına döndərdi. Təqribən 26 il müddətində o xainin vurduğu atəş şölələnib indiyə kimi öz övladını yandırır. O gündən etibarən bədbəxtlik qurulmuş diktator talanı başlayıb. Hətta arvadların boyun-qulaq zinətlərini Tehranda alçaq xainlər eyş işrət üçün sərf etmişdilər. Hər insan bilir ki, əbədiyyətə qədər tarix müstəbidlərə lənət nifrət edəcəkdir..."

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 28, 15.10.1945.

 

***

Seyid Cəfər Pişəvəri "Böyük Milli Konqresimiz qüdrət mənbəyidir" adlı yazısında Xiyabani hərkatının məğlubiyyət səbəblərinə işarə edir: "...Məşrutə inqilabi, doğrudur, xalqımızın başını ucaldıb, ona əbədi iftixar yaratmış, mərhum Şeyx Məhəmməd Xiyabani öz qiyami ilə bu iftixari təşkil etmişdir. Lakın onlar təşkilat əməl etmək cəhətdən Firqəmizin başladığı bu böyük işdən çox zəif çox məhdud imişlər.

Sərdari-Milliyə Salari-Milliyə əslən Təbriz şəhərindən başqa kənd əhalisındən səs verən olmamış, qiyamçıların fəaliyyəti fəqət Təbriz şəhərinin hüdudunda təmrəküzləşmək məcbüriyyətində qalmışdı. Biçarə Şeyxin süqutunu da bunda aramaq lazımdır. Doğrudur, Məşrutə inqilabında Təbriz şəhərinin göstərdiyi istiqamət tarixdə misilsiz fövqəladə işlərdəndir. Lakin böyük milli bir üçün bir şəhər əhalisi kifayət etməz. O günün şəraiti isə artıq Şeyx zamanında mövcüd deyildi. İndi isə mühit tamamilə dəyişmişdir...."

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 59, 20.11.1945

***

Əski əlifbadan transliterasiyafarsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.

 

Xalq Cəbhəsi.- 2020.- 18 iyul.- S.14.