“Azərbaycan” qəzetinin səhifələrində
33-cü yazı
Fatimi: "21 Azər xatirəsi"
O şanlı və şərəfli gündən əvvəl Azərbaycan xalqı illər boyu satqın və xain irtica hökumətinin zəncirləri altında əsir bir halda yaşamaqda idi. Rza xanın və onun quldur dəstələrinin verdiyi hökmlər və qoyduğu qanunlar aşağı siniflərin, məxsusən əlləri ilə işləyib qan-tər içində öz zəhmətləri ilə məişətlərini təmin eləyən o namuslu fəhlə və kəndlilərin hüquqlarını ortadan aparmaqla onları bir fəlakət halında yaşatmaqdan ibarət idi. Tehran hökumətinin rəhbərləri Azərbaycan xalqının qan-tər ilə ələ gətirdikləri pullarını zorla qəsb edib Tehranda ali imarətlər, yeni sistem avtomobillər alıb Tehranın xiyaban və restoranlarında asudəliklə xərc edirdilər. Azər yurdunda yaşayan qəhrəmanların amansızca intiqam almağını unutmuşdular. 21 Azərdə Azərbaycan xalqı öz müqəddəratını əlinə almaq və yaxasını bu zalımların əlindən qurtarmaq üçün qiyam edib demokrat firqəsinin və onun qəhrəman rəhbərlərinin çəkdiyi zəhmətlər sayəsində öz ideya bir milli xalq hökuməti adında tam mənasilə bir demokratik hökumət yaratdı. Bu gündən azadlıq bayrağı Azərbaycan ölkəsində tam iftixarla sancılıb əsməyə başladı. İrtica canavarının dəhşətli pəncələrinin altında yaşayanlara nicat verib əsrlərdən bəri həsrət qalmış olduğumuz azadlıq günəşinə tərəf yönəltdi. 21 Azəri öz qılıncları və qələmləri ilə yaradan qəhrəmanların xatirəsini unutmamaq və onun gələn nəsillərə yadigar qalması üçün xalqımızın cavan hökuməti tərəfindən bu yaxınlarda “21 Azər” adında bir medal hazırlanıb və həmin medal o bayramı Azərbaycan millətinə bağışlayan qəhrəmanlara veriləcəkdir. O günün qəhrəmanlarına eşq olsun.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 148, 13.03.1946
***
M.Niknam: "Oldu"
Nə gözəl nəşəli dövran, yeni dövran oldu
Azər övladı bütün şadü-xüraman oldu.
Qırdı xalqın sitəmin, zəhərli zəncirlərin
İrticanın əbədi xanəsi viran oldu.
O ağır vəzdə dəhşətli qaranlıq köçdü
Al günəş çünkü üfüqlərdə nümayan oldu.
Bəşərə düşmən olan divi-cəhalət qaçdı
Yarımız, həmdəmimiz elm ilə ürfan oldu.
Açdı xalqın üzünə firqə səadət qapısın
Solan üzlər qızarıb gül kimi xəndan oldu.
Sən də ver, badi-səba, bülbüli-şeydaya xəbər
Gəldi əyyami-bahar, fəsli-gülüstan oldu.
Dəxi bundan sora dünyada sıxılmaz ürəyim
Yetdim arzuma, bu vətən rövzeyi-rizvan oldu.
Haqqdır çünki əzəldən
sözümüz, məqsədimiz
O du ki, haqq bizə
aləmdə nigəhban
oldu.
O qələmlər ki, yazıb firqə məramnaməsini
O qələmlər yeni aləmdə zərəfşan
oldu.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 149, 14.03.1946
***
Məmləkət xəbərləri sırasında:
Ələmdar əhalisi və
firqəmizin yerli komitəsinin səyi ilə bir teatr
səhnəsi inşa
etmək üçün
20 min riyal toplanıb işə
başlanmışdır və
1946-cı ili mart ayının sonundan istifadəyə hazır olacaqdır.
09.03.1946-cı
il tarixində Ələmdarda 5 pərdəlik
ədəbi və əxlaqi “İntiqam” pyesi firqə komitəsinin nəzarəti
altında tamaşaya qoyulmuşdur, ətraf kəndlərin əhalisi də tamaşaya baxışda iştirak etmişdilər.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 148, 13.03.194
***
Xalq düşmənləri ilə
mübarizə etmək
lazımdır
Demokratiyanı qurmaq və illər boyu əsarət və qanunsuzluq hökm sürmüş olan bir ölkədə haqqı, ədaləti və azadlığı əldə etmək çox da asan
və sadə bir iş deyildir.
İllər boyu xalqın
qanını sormağa,
qulaq kəsməyə,
dil çıxarmağa
adət etmiş xanlar və cəlladlar sadəlik və rəğbətlə
öz qurduqları idarəçilik aparatının
pozulmasına razılıq
verəcək deyillər.
Milli Hökumət hər addımda qarşılaşdığı,
ya qarşılaşa
biləcək bu kimi çalı tikanlarını öz yolundan qazıb bir yana
atmalıdır. Bir millətin və bir ölkənin müqəddəratını və
azadlığını beş nəfər boynu yoğun xalq düşməninin mənafeyinə fəda etmək olmaz. Azadlıq müftə və sadə ələ gəlməmişdir. 21 Azəri yaratmaq və azadlığı qurmaq qanlar bahasına
olmuşdur. Jandarmaların, yolkəsənlərin, masa
dalında xalqın qanını soranların şərini 5 milyonluq zəhmətkeş və çalışqan bir xalqın başından sovmaq Azərbaycan xalqının şərəfli
və fədakar oğullarının canının
bahasına mümkün
olmuşdur.
Milli Hökumət
azad yaşamaq və asayişlə həyat sürmək istəyən, əsarət
zəncirlərini əbədi
olaraq boynundan çıxarıb kənara
atmaq niyyətində olan qəhrəman bir xalqın poladdan möhkəm iradəsindən doğmuşdur.
Öz zorunu və nüfuzunu bu hökumətin islahat tədbirləri və planlarının əleyhinə işlədənlərin,
hökumətin ziddinə
təbliğat aparanların
və maneə törədənlərin əleyhinə
ciddi və amansızcasına mübarizə
aparmaq lazımdır.
Milli hökumət
öz mülayimliyindən
və mehribanlığından
şəxsi nüfuzlarını
genişlətmək və
xalqın hüququna təcavüz etmək yolunda istifadə edənlərə münasibətdə
heç vəchlə
laqeydlik və ehtiyatsızlıq göstərməməlidir. Xalqın birliyini
və vəhdətini
hifz etmək üçün dövlət
tərəfindən sərf
edilən cəhdlər
boynuyoğunların sui-istifadəsinə
yol verməməlidir.
Milli Hökumət
xalqın, firqənin və Milli Məclisin
qarşısında öhdəsinə
aldığı vəzifəsini
yerinə yetirmək üçün bu nöqtəyə çox-çox
əhəmiyyət verməlidir
və əhəmiyyət
verir də. Milli Hökumət
Milli Məclisin verdiyi səlahiyyətdən
və təsdiq etdiyi qanunlardan istifadə edərək qanunsuzluğa, quldurluğa
və boşboğazlığa
bir dəfəlik son qoymalıdır.
Qanuni azadlığı
və demokratiyanı qorumaq hər şeydən lazımlı
və vacibdir. Qolçomaqlığa, şəxsi nüfuzlara, xan-xanlığa və hərc-mərcə yol verilməyəcəkdir. Xalq düşmənləri
bir dəfə qulaqların açıb bu həqiqəti eşitməli, anlamalı
və şeytan atından aşağı
düşməlidirlər.
Milli Hökumət
xarici düşmənləri
ölkədən qovub
üzərinə oturduğu
bir sırada daxildə hər yerindən durana xalqın asayişinə təcavüz etməyə
imkan verməyəcəkdir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 148, 13.03.1946
***
İsmayıl Məhəmmədi: "Bir azərbaycanlı qadın nə deyir?"
Onun zəif
siması, solmuş rəngi və pərişan vəziyyəti
keçmişdə maddi
və mənəvi cəhətdən nə qədər sıxıntı
gördüyünü aydın
göstərir və hüququnun pozulduğuna, əməyinin hədərə
getməyinə canlı
bir dəlil idi. O keçmiş mühitin
qadınlarının şən
və azad yaşamaqları üçün
əlverişli olmamamağından
çəkdiyi sıxıntı
ilə bərabər bir neçə yetim uşaqlarının dolanışıqları da
onun öhdəsində
idi.
O vağzalda işləməyi
ilə ancaq uşaqlarının cüzi
dolanışığını təmin etməyə müvəffəq ola bilirdi. Aylar və illər boyu tətil və istirahətsiz işləmək, namülayim
mühitin sıxıntısına
dözmək onun vücudunu zəiflədib
və rəngini soldurmuşdu. Lakin, o çətinliklər
və məhrumiyyətlər
onun əhval-ruhiyyəsinə,
düşüncə və
əqidəsinə bir
zərrə də olsun təsir edə bilməmişdi.
Onun azərbaycanlılara məxsus
olan ruh yüksəkliyi, azadlıq
və xoşbəxt həyata qarşı olan marağı parlaq gözlərindən
aydıncasına görünürdü.
Hövzədə (firqənin yerli
özəyində - red.) onun
Azərbaycan Demokrat Firqəsinə üzv olmaq barədə anketi səsə qoyularkən ürəyi çırpınır, gözləri
parlayırdı. Hövzənin onun üzviyyəti barəsində qəbul edəcəyi qərarı
diqqət və həvəslə dinləyirdi.
Hövzə üzvlərindən
birisi “Nə üçün Azərbaycan
Demokart Firqəsinə
üzv olmaq istəyirsən?”, - deyə ondan soruşdu. Qeyrətli və cəsur azərbaycanlı qadın
bir azacıq başını aşağa
salıb sonra isə başını yuxarı qaldırıb yumruğunu sinəsinə
vurub uca və titrək səs ilə: “İllər boyu əsarət və bədbəxtlikdən sonra
indi artıq Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi
altında xoşbəxt
həyata yetişməyimə
inanıram. Bu firqənin ölkəmizin
və xalqımızın
səadəti uğrunda
etdiyi fədakarlığı
görürəm. Odur ki, bu firqəyə üzv olub var
qüvvəm ilə xidmət etməyi özümə vəzifə
bilirəm. Qoy ölkəmizin və xalqımızın düşmənləri
kor olsunlar”, – deyə cavab verdi.
Azərbaycanlı qadının bu ürək sözü hövzə iclasında iştirak edənlərə
böyük təsir edərək gürultulu alqışlarla qarşılandı
və bir səslə üzvlüyə
qəbul olundu. Azərbaycan
Demokrat Firqəsi içərisində bu kimi mübariz, fədakar və öz hüququnu bilən qadınlar az deyildir.
Minlərlə bu kimi xanımlara firqədə rast gəlmək olar.
Miyandoabda
təpədən ayağa
kimi silaha sarılıb və fəxrlə tankların üstündə manevr edən xanımlar, Təbrizdə və sair yerlərdə könüllü olaraq milli qoşun sıralarına yazılmağa
can atan qadınlar onların iftixarlı nümunələrindəndir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 147, 12.03.1946
***
Tarixi elanlardan:
Mərhum Xiyabani ilə maraqlanan şəxslərdən
xahiş edilir ki, əgər şəhidin münasib və yaxşı qalmış şəkillərinə
malikdirlərsə, lütfən
onu əmanət kimi bizim qəzetin
redaksiyasına təqdim
etsinlər. Şəkillərin surəti çıxarıldıqdan
sonra şəklin əsli sahibinə qaytarılacaqdır.
“Azərbaycan” qəzeti, ADF
orqanı, say 48, 7 noyabr
1945-ci il
***
Mədəniyyət tariximizə aid elanlardan:
Təbriz
şəhərində təşkil
olunmuş “Azərbaycan
şair və yazıçılar cəmiyyəti”nin idarə heyəti bütün ədəbiyyat aləminə
həvəskar olanlara
elan edir ki, bu gündən
etibarən cəmiyyətə
üzvlüyə qəbul
başlanmışdır. Cəmiyyət şairlər, yazıçılar,
dramaturqlar, tənqidçilər,
cavan qələmlər,
erməni yazıçıları
şöbələrindən ibarətdir. Üzvlüyə daxil olmaq istəyənlər
hər gün saat 8-dən 6-ya qədər
idarə heyətinə
müraciət etsinlər.
Adres: Tərbyət xiyabanı,
“Azərbaycan şairlər
və yazıçılar
cəmiyyəti”
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 159, 28.03.1946
***
Elan
Xalq Qoşunları Nazirliyinin bir qrup təcrübəli
doktorlara ehtiyacı vardır və onları ali
rütbə ilə işə qəbul edəcəkdir. Buna görə hörmətli
doktorlardan xahiş olunur ki, istədikləri
surətdə özlərini
Xalq Qoşunları Nazirliyinə təqdim etsinlər.
Xalq Qoşunlar
naziri Kavyan.
"Azərbaycan" qəzeti. AF orqanı, Təbriz, say 159, 28.03.1946
***
Əski
əlifbadan transliterasiya
və farsca məqalələri tərcümə
edən:
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun "İran
tarixi və iqtisadiyyatı" şöbəsinin
elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən,
anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan"
şöbəsinin elmi əməkdaşı
Səməd Bayramzadə.
Xalq Cəbhəsi.- 2020.- 16 iyul.-
S.14.