“Beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir”

 

Ukraynalı politoloq Sergey Zaporojski : “İşğalçıyla sülh danışıqları məntiqi nəticə verməyəcək”

 

Son iki gündə Ermənistanın Tovuz istiqamətində dövlət sərhədində törətdiyi hərbi cinayətlərə Azərbaycan ordusu layiqli cavab verib. Düşmən böyük itki verərərk geri çəkilib, hərbi texnikası və silah-sursat anbarları məhv edilib. Bu gün Azərbaycan xalqı orduyla həmrəylik nümayiş etdirir. Torpaqlarımızın işğaldan azad etməyə və Ali Baş konamdanın əmrinə hazır olduğunu bildirir. Bu döyüşlərdə Azərbaycan şəhid verdi, xalq şəhidini coşqu ilə qarşıladı. Azərbaycan əsgəri, zabiti qəhrəmanlığını bir daha nümayiş etdirdi, xalq düşmənə bir daha işğalla barışmayacağı mesajını verdi. İşğalçı Ermənistan isə yüzlərlə itkisini gizlətməyə çalışdı, ölkədə xaos yaranıb, döyüşlərdə ölən erməni əsgərlərinin anaları Paşinyan hakimiyyətindən övladlarını tələb edirlər. Paşinyan isə qaçıb gizlənir. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından yardım almaq niyyəti də fiaskoya uğradı. Dünyanın sülhpərvər dövlət və təşkilatları Ermənistanın Azərbaycana təcavüzünü bir daha pislədi.

Ukraynalı politoloq Sergey Zaporojski son günlərdə Ermənistanın Tovuz istiqamətində dövlət sərhədində törətdiyi hərbi cinayətlər haqda danışarkən deyib:”Əminliklə deyə bilərəm ki, bu müharibədə beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir.

Ekspertin sözlərinə görə, Azərbaycan Ermənistana adekvat cavab verməlidir:

“Düşmənin hər hansı bir təxribatına sərt reaksiya vermək lazımdır ki, onların itkisi dəfələrlə çox olsun. İşğalçıyla sülh danışıqları məntiqi nəticə verməyəcək. Bunu biz Ukrayna ilə Rusiyanın Donbasda gedən hərbi münaqişəsindən yaxşı bilirik”.

Politoloq Ermənistanın Rusiya Silahlı Qüvvələrinin köməyinə arxalanmaq istəyini puç ümid adlandırıb:

“Əgər Ermənistan hesab edirsə ki, Rusiya Azərbaycanla mübaribə üçün rəsmi İrəvana öz ordusu ilə kömək edəcək, onun bu arzusu suya düşəcək. Rusiya Azərbaycanı tək qoymayan Türkiyə ilə konfliktə birmənalı şəkildə girməyəcək. Üstəlik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından heç bir ölkə bu konfliktdə Ermənistanın tərəfində olmayacaq. Paşinyan başa düşməlidir ki, hərbi əməliyyatların gərginləşməsi Ermənistan üçün çox ciddi problemlərə səbəb olacaq – Dağlıq Qarabağa nəzarətin itirilməsinə qədər…”

Erməni mediasına müsahibəsində Moskva hərbi-siyasi təhlil mərkəzi direktorunun müavini Aleksandr Xramçixin söyləyib ki, Ermənistan-Azərbaycan sərhədindəki hazırkı yerli hərbi vəziyyət sürətlə genişmiqyaslı müharibəyə çevrilə bilər. Çox böyük ehtimalla belə də olacaq.

Bundan əlavə, ermənilərin Azərbaycanın yüksək rütbəli hərbçilərini öldürdükdən sonra bütün bunların böyük bir müharibəyə çevrilməməsi üçünbaş verməli olduğunu təsəvvür edə bilmirəm. Hazırdakı vəziyyət mənə hər şeyin daha da kəskinləşməsinin qaçılmaz olduğunu proqnozlaşdırmağa imkan verir”, – deyə ekspert bildirib.

O qeyd edib ki, erməni tərəfi müharibəyə hazırlaşmalıdır, çünki gözlənilən zərbə istənilən vaxt gələ bilər:“Bu münaqişədə Türkiyənin də iştirakının mümkün olduğunu vurğulamaq lazımdır”, – deyə Xramçixin bildirib.

“Azərbaycanın Tovuz bölgəsində ermənilərin qorxaq bir təcavüzü beynəlxalq sərhədlərin və qanunvericiliyin açıq şəkildə pozulmasıdır. Erməni təcavüzü Cənubi Qafqazın bütün bölgəsini təhlükə altına sala bilər. 12 iyul 2020-ci il hadisəsi Azərbaycana birbaşa hücum kimi görülməlidir və bu hadisənin nəticələri böyük fəlakətə səbəb ola bilər”.

Bu sözləri isə pakistanlı ekspert Malik Əyyub Sumbal deyib.

Bundan sonra Ermənistan Dağlıq Qarabağla bağlı hüquqi və mənəvi mövqeyini itirir və beynəlxalq ictimaiyyət BMT-nin qətnamələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədi ilə Ermənistana təzyiqlər göstərməyə məcburdur”, – deyə ekspert bildirib.

Əyyub Sumbalın sözlərinə görə, COVİD-19 pandemiyası şəraitində Ermənistanın Baş naziri Paşinyan Tovuzda böyük bir cəbhə başladaraq, Azərbaycanla hərbi təxribat dilində danışmağın təhlükəli yolunu seçdi:“Bütün dünyanın koronavirusa qarşı mübarizə apardığı bir vaxtda Paşinyan bölgəni müharibəyə aparacaq çox təhlükəli bir yol seçdi. Və Azərbaycanın yüksək rütbəli zabitlərinin ölümü Azərbaycan Ordusuna çağırışdır. Ermənistanın Baş naziri Nikol Paşinyan ağır artilleriyadan istifadə etdi. Azərbaycandan gələn reaksiya erməni generallarına və polkovniklərinə münasibətdə “əvəz əvəz” prinsipinə əsaslana bilər“.

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun fikrincə isə, Ermənistan məqsədyönlü şəkildə Azərbaycana qarşı təxribat törədir.

O bildirib ki, Ermənistan tərəfinin mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açması, zərər verməsi beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaq deməkdir:“Biz məsələ ilə bağlı bütün QHT-lər adından beynəlxalq təşkilatlara müraciət ünvanlamışıq. Müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində hərbi müdaxilə cəhdləri, eyni zamanda mülki əhaliyə, təsərrüfat sahələrinə qəsdən və bilərəkdən zərər vurması haqda ətraflı məlumat əks olunub. Bununla yanaşı, hücumların məhz Ermənistan tərəfdən baş verdiyini, Azərbaycanın öz ərazi bütövlüyünü qoruduğunu da qeyd etmişik”.

Ombudsman Səbinə Əliyeva bildirib ki, Ermənistan bu dəfə də öz təcavüzkar və işğalçı siyasətini davam edərək Cenevrə konvensiyasının 18-ci maddəsini kobud şəkildə pozub.

Onun sözlərinə görə, Konvensiyanın həmin maddəsində qeyd olunur ki, heç bir halda münaqişə tərəfləri mülki insanların toplandığı yerə mərmi atmamalı, artilleriya atəşinə tutmamalıdır:

Biz buna qəti etiraz edirikbu haqda qısa vaxtda müvafiq beynəlxalq qurumları məlumatlandıracağıq”.

Ermənistan silahlı qüvvələrinin iyulun 13-də və 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hücuma keçmək cəhdi düşmənin geri oturdulması ilə nəticələndi. Şiddətli döyüşlərdə Azərbaycan ordusu şəhidlər verdi, işğalçıların da itkisi az deyil.

Azərbaycanın dövlət sərhədindəki mövqelərimizi ələ keçirmək cəhdi Ermənistanın təcavüzkar olduğunu bir daha dünyaya nümayiş etdirdi.

Türkiyədəki siyasi partiya təımsilçiləri olan millət vəkilləri də erməni təxribatını pisləyən açıqlamalar veriblər.

“Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilən təxribat həm də ermənilərin Birləşmiş Millətlər Təşkilatının koronavirusla əlaqədar atəşkəs çağırışına əməl etməməsinin sübutudur",-deyə Türkiyə Böyük Millət Məclisinin deputatı, Ədalət və İnkişaf partiyasının üzvü (AKP) Şamil Ayrım bildirib.

Deputat Ermənistanın bölgədə sülh istəmədyini də diqqətə çatdırıb: Bütün dünya COVID-19-a qarşı mübarizə apararkən, Ermənistan əvvəlcə Qarabağda beynəlxalq təşkilatlar tərəfindən tanınmayan “parlamentprezident seçkiləri” keçirdi. İndi isə Tovuz sərhəd bölgəsində belə bir hücum və təxribat törədir. Ermənistanın bölgədəki sabitliyi davamlı pozması və dünənki hücumlar İrəvan administrasiyasının bölgədə sülhsabitlik istəməməsinin ən vacib sübutudur.

Bu, həm də erməni tərəfinin Birləşmiş Millətlər Təşkilatı Baş katibinin COVID-19 səbəbiylə qlobal atəşkəs çağırışına verdiyi dəstəyi tanımamasının sübutudur. Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini və təcavüzkar hərəkətlərini qınamağa və qardaş ölkənin ərazi bütövlüyünün təmin edilməsinə dəstək olmağa çağırırıq.

İyulun 12-dən Tovuz istiqamətdə Ermənistan qoşunları tərəfindən atəşkəs pozulub. Hazırda cəbhədə vəziyyət gərgindir. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Əlbəttə, Ermənistanın hücuma keçməsi ilkson hadisə deyil. Türkiyə hər zaman Azərbaycanın yanındadır".

Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Atilla Sertel: “Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz bölgəsidir. Təəssüf ki, uzun müddətdir işğal edilib. O torpaqlarda sakitliyin bərqərar olması üçün işğalçıların məhv edilməsi gərəkdir. Düşünürəm ki, o torpaqlarda yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmalıdır. Bu savaş bitdiyi günə qədər Türkiyə Azərbaycanın yanında olacaq. Türkiyə hər zaman dotluq və qardaşlığımızı “tək millət, iki ayrı bayraqkimi dəyərləndirilib. Azərbaycanın və Azərbaycan xalqının yanındayıq”.

Bu arada Ermənistan parlamentinin sədri Ararat Mirzoyan Azərbaycanla sərhəddə yaşanan gərginlikdə Türkiyənin Azərbaycan ordusuna verdiyi dəstəkdən narazılığını ifadə edib.

Ararat Mirzoyan Avropa Parlamentinin sədri David Sassoli, Belçikanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Hendric Dama və ATƏT-in Parlament Assambleyasının prezidenti George Tsereteliyə məktub yazıb.

O, Türkiyənin Azərbaycan ordusuna verdiyi dəstəyin regional təhlükəsizliyə təhdid olduğunu deyib: "Azərbaycan ordusu Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyini alır və bu vəziyyət əlavə gərginlik yaratmaqla yanaşı, regional sabitliyi və təhlükəsizliyi təhdid edir".

Mirzoyan həmçinin Azərbaycanın beynəlxalq hüququn əsas prinsiplərini pozduğunu da iddia edib.

Ermənistanın müdafiə nazirinin sabiq müavini, eks-deputat Artak Zakaryan Nikol Paşinyan hökumətini sərt tənqid edib. O, beynəlxalq birliyin bu məsələdə Ermənistana dəstək verməməsini xarici siyasətin uğursuzluğu adlandırıb.

“Məni ABŞ və Fransanın qəribə sükutu düşündürür. Bu gün hadisələrlə bağlı Ermənistana dəstək verən neçə ölkə nümayəndəsi, parlamenti var? Biz hətta Ukrayna XİN-nin açıqlamasına düzəliş etdirmək üçün onların səfirini nazirliyə çağırmalı oluruq. Bir sıra ölkələrin Azərbaycanı dəstəkləyən bəyanatları var. Ancaq həvəskar və məlumatsız insanlar Ermənistanla Azərbaycanın müqayisəsini apara bilər”.

 

Cavid

 

Xalq Cəbhəsi.- 2020.- 16 iyul.- S.9.