“Azərbaycan”  qəzetinin səhifələrində 

 

   51-ci yazı

 

 

Qafar Herisçi: "Təbrizimiz gözəlləşir!"

 

Odlar, alovlar yurdu, qəhrəmanlar məskəni, Səttarxanlar vətəni qocaman şəhər əziz Təbrizimiz illər uzunu istibdadirtica tərəfindən xarabazara çevrilməsinə baxmayaraq indi özünün doğma xalqının əlilə ona zinət verilməyə başlanmışdır.

İndi Təbrizin ağuşunda həyat sürən əhali şad və xürrəmdir, hamı etimad nəzəri ilə öz gələcəyinə baxır, hamı birlikdə öz yaratdığı xalq hökumətinin ardınca gedir. Ona görə də xalqımız dövlətimizin islahat və vətənimizin abadlıq işlərinə kömək edəcəkdir. Dövlətimiz xalqımızdan olduğu üçün xalqımız da ona inanır və bel bağlayır. Şəhər əncümənimiz şəhərimizin abadlığı və gigiyenası işində ciddi qədəmlər götürübdür. Artıq şübhə qalmayıb ki, Təbriz Xətailər zamanındakından da yaxşı şəkil alsın. Şəhər idarəmiz Təbrizin gözəlləşməsi üçün böyük tədbir və planlar hazırlamışdır. Xiyabanlarımız asfalt olmaqla şəhərimiz təmiz bir vəziyyət alacaqsu arxlarının üstü örtülü, gigiyena qaydalarına uyğun bir şəkildə düzəlib və xiyabanlarda başdan-başa ağac əkilib hər yan yaşıllanacaq. İndi gündən-günə gözəlləşməkdə olan şəhərimizi bir də cilvələndirən şey varsa, o da xiyabanlarımızda öz aslan qədəmləri ilə yeri-göyü titrədən Qızılbaş ordumuzdur. Bizim ordumuz azadlığımızın zamini olduğu kimi abadlığımızın və şən həyatımızın da qarantıdır. Biz ancaq onların sayəsində sərhədlərimizi möhkəmləndirməklə məmləkətimizi abadlaşdıra bilərik.

Qoy ana vətənimizin mərkəzi Təbriz abadlaşıb gözəlləşməklə ölkəmizin başını ucaltsın, xalqımız abad ölkədə mədəni həyat sürsün. Təbrizin abadlaşması xalqımızn iftixarıdır.

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 168, 09.04.1946

 

***

21 Azər hərəkatının aqibətini, Azərbaycan Milli Hökumətinin taleyini müəyyənləşdirən müqavilə barədə İran-Sovet müqaviləsinə dair.

Tehran, 5 aprel (1946). İran hökumətinin rəsmi nümayəndəsi Sovet-İran müqaviləsini (4 aprel 1946-cı il tarixində iki ölkə arasında imzalanmış neft müqaviləsi nəzərdə tutulurred.) xarici müxbirlərə izah edərək bildimişdir: “Bu müqavilə İran hökumətinin və İran xalqının arzularına cavab verir, Sovetİran xalqları arasındakı qarşılıqlı münasibətlərdə yeni bir dövr açır.

Hökumətimiz bu müqaviləni imzalayarkən öz siyasətinin həyata keçirilməsinə tam müvəffəq olmuşdur. Biz Sovet İttifaqı ilə İran arasında, habelə ölkəmiz ilə Amerika Birləşmiş Ştatları və Böyük Britaniya arasında yaxşı qarşılıqlı münasibatlərə can atırıq. Sovet-İran müqaviləsinin imzalanması mühüm əhəmiyyəti olan bir hadisədir və biz ümid edirik ki, bu bütün müttəfiqlər tərəfindən yaxşı qarşılanacaqdır. Çünki müqavilə ümumi sülhü möhkəmləndirməyə xidmət edir”.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 167, 08.04.1946

***

 

Azərbaycan Demokrat Firqəsinin “12 Şəhrivər” müraciəti

 

Aşkardır ki, dünya ölkələrində yaşayanlar çoxlu tarixi səbəblərə görə vahid bir halda deyildirlər. Hər bir ölkənin sərhəddi çərçivəsində yaşayan xalq, qəbilə və millətlər dil, adət-ənənə cəhətdən bir çox xüsusiyyətlərə malikdirlər ki, əgər hər ölkənin idarə və dövlət quruluşunda bu xüsusiyyətlər nəzərdə tutulmazsa, orada həqiqi demokratiyamilli hökumət mümkün ola bilməz.

Əgər dünyanın böyük və mütərrəqi ölkələrini nəzərdə tutub milli hökumətlərin nailiyyətlərinin səbəblərini axtarsaq, təsdiq etməliyik ki, bunların hamısı o marağa və diqqətə bağlıdır ki, millətlərin və tayfaların xüsusiyyətlərinə dönüş edilmişdir. Bizim bu iddiamızın canlı və böyük şahidi Amerika Birləşmiş Cümhuriyyətləri və Birləşmiş Sovet Cümhuriyyətləri və həmçinin Süvis (İsveçrə) dövlət quruluşudur. Bu klassik demokratiya ölkələrində milli ixtiyarlarfedrasiyon üsulunu gözləməklə millətlərin bütün fərdləri ölkənin müqəddəratını həll etmək və dövlət işlərinə müdaxilə etməyə müvəffəq olmuşlar.

Puççürük iddiadır ki, deyirlər: milli ixtiyarlarfedrasiyon üsulu mərkəziyyəti poza bilər. Amma bunun əksinə olaraq təcrübə sübut etmişdir ki, qəbilələr, millətlər və mərkəzdən xaricdə yaşayan əhalinin hər qədər müstəqil və sərbəst surətdə dövlət işlərinə müdaxilə və iştirakları təmin edilərsə, o nisbətdə də onların vətənə maraq və məhəbbətləri artıq və möhkəm ola bilər. Bu mülahizə ilə və bu əsas prinsipin üzərindədir ki, konstitusiya hərəkatını vücuda gətirənlər və İranın Əsas qanununu yazanlar əyalət və vilayət əncümənlərini irəli çəkib çalışmışlar ki, bu vasitə ilə bütün İran xalqını ölkənin müqəddəratını təyin etmək işinə şərik etsinlər, əyalət və vilayətlərin xüsusi ehtiyaclarını onların əhalisi vasitəsilə həll etməyə çalışsınlar. Əyalət və vilayət əncümənlərinin sükut ilə keçirilməsi İran millətlərinin ictimai hüquqdan məhrum edilməsi deməkdir. Qətiyyən bürokratiya rejimi və mənasız mərkəziyyət vasitəsi ilədir ki, İran ölkəsi bir ovuc satqın, oğru və istifadəçi ünsürlərin əlində oyuncaq olmuşbu səbəb ilə tərəqqi və təkamül karvanından kilometrlərlə dalda qalmışdır və şübhəsiz ki, uğursuz bürokratiya rejimi səbəbindəndir ki, iranlıların əksəriyyəti ictimai hüquqdan məhrum, konstitusionmilli hökumətə bədbin olub, İranın gələcəyinə məyusluq və ümidsizlik gözü ilə baxırlar.

İnkar etmək olmaz ki, bu gün bizim ölkəmizdə milli hökumət və konstitusiyadan əsər qalmamışdır. İran dövləti əməldə iradəsiz və pozucu bir maşın halına düşmüşdür ki, onun başında duranlar xalqı qarət etməkdən başqa bir məqsəd təqib etmirlər. Bütün fəsadlar, bütün bədbəxtliklər, bütün fəlakət və idbar buradan qidalanmışdır. Dərəbəylik üsulunun qüvvətlənməsi, diktator və diktatorpərəstlərin tapılması bu cəfəngiyyat və faydasız üsulun nəticəsidir ki, dörd-beş nəfər çürümüş şəxsləri güc ilə İran camaatına zorla qəbul etdirmişlər.

Əgər İranda yaşayan ellər, millətlər, xalqlar ölkənin istiqlalını gözləməklə bərabər öz yerlərində və öz hüdudlarında azadmuxtar olsaydılar və bacarsaydılar, ölkənin ümumi qayda və qanunlarını gözləməklə bərabər öz müqəddəratını, özlərinin meyl və iradələri ilə təyin etsinlər, əgər onların haqları olsaydı, özlərinin mədəni, iqtisadisiyasi cəhətdən tərəqqiləri uğrunda öz əlləri ilə qeyd və şərtsiz çalışsaydılar, İranın vəziyyəti bu hala düşməz, Konstitusiya ki, hədsiz və saysız qurbanlar verməklə ələ gəlmişdir, təsirsiz qalmazdı. Buna görə, əgər bu üsul min illər davam edərsə, mümkün deyil, İran xalqı yoxsulluq və biçarəlik dəryasından nicat tapıb tərəqqi və təkamül yoluna qədəm qoya bilsin və müstəbid, qaniçən və mərhəmətsiz ünsürlərin əlindən nicat tapmağa müvəffəq olsun. Əgər bu pis üsul beləcə qalarsa, siyasi firqələr və sair demokratik təşkilatlardan hətta kiçik faydalar belə hasil olmayacaqdır. Buna görə də, ayrı bir çarə yoxdur, çox tez bir surətdə gərək Əsas qanunun icrası və təkmilləşdirilməsi yolunda ciddi surətdə işə başlayıb, milli hökumətin əməli edilməsini aşağıdan, yəni xalq içindən və camaatın geniş kütlələrinin ehtiyacı üzərində, əyalət və vilayətdə yaşayan xalqların xüsusiyyətləri üzərində qurmaq. Milli ixtiyarlarfedrasiyon üsulunun səthi və sadə şəkli olan əyalət və vilayət əncümənləri təzə bir fikir deyildir. Müasir və mütərəqqi ölkələrdən əlavə qədim tarixiböyük ölkələrdə belə naçar olmuşlar ki, xalqın və millətlərin xüsusiyyətini nəzərdə tutub, onların əllərini öz daxili işlərində açıq qoysunlar.

Böyük Daryuşun ölkə bölgüsü fəqət və fəqət bu təbii ehtiyac üzərində vücuda gəlmişdi. Qədim İranın satraplıqları bugünkü fedrasiyonmuxtariyyat (avtonomiya) üsulunun ibtidai şəkilindən başqa bir şey deyildir. Hələ ki, İranda rəsmi olan şahənşahlıq ünvanının bundan başqa bir təbir və təfsiri yoxdur.

Mərkəziyyəti əgər diktatorluq və özbaşınalıq və zor işlətməkdən ötrü saxlamaq istəsək, başqa bir sözdür və əgər istəsək onu ölkənin mərkəzi kimidemokratik hökumətin başda duranı kimi tanıyaq, o vaxt məcburuq, o əyalət və vilayətlərin ki, güclü milli və mədəni xüsusiyyətləri vardır, onlara icazə verək öz daxili işlərində azadmuxtar olsunlar ki, bu yolla mərkəzlə mənəvi əlaqə qüvvətlənə bilsin.

İndi ki, biz Azərbaycanın xüsusiyyətindən bəhs edirikdeyirik ki, bu geniş torpaqda 4,5 milyon nəfər azərbaycanlı yaşayır və bu camaatın dil, adət və ənənə cəhətindən İranın başqa əyalətləri ilə böyük fərqi vardır, o zaman ki, biz istəyərik, bu xalq öz mədəni işlərində və öz torpağının abadlığında iştirak etsin, heç vaxt mərkəziyyətin əleyhinə olmayıb, əksinə onun qüvvətlənməsinə çalışmış oluruq.

Bəzi qısa fikirli adamlar xəyal edirlər ki, zor ilə, çomaq və hov-cəncal gücü ilə bir xalqın dilini, xüsusiyyətiıni, adət və ənənəsini ortadan aparmaq mümkündür. Bu xam xəyal ilə onlar səy edirlər, adamları vadar və məcbur etsinlər ki, hətta Azərbaycanın uzaq kəndlərində belə öz ana dilindən başqa bir dil bilməyən kəndlilər üçün fars dilində danışsınlar. Bunlar təsəvvür edirlər ki, İran xalqını aldatmaq üçün yaratdıqları milli vəhdət sözü yalnız geyimləri və dilləri süni surətdə birləşdirmək vasitəsilə mümkün olacaqdır. Bunlar bilmirlər ki, dilin kökü anaların sinəsindən, xalqın adət və ənənəsi ocaqlar başından qalxır. Nə qədər analar diriocaqlar yanmaqdadır, bir xalqın dilini və adət-ənənəsini əvəz etmək mümkün olan işlərdən deyildir. Milli birlik o vaxt əldə ola bilər ki, xalqın hamısı öz xüsusiyyətini və daxili azadlığını saxlamaqla tərəqqi edib bir-birilə bərabər ola bilsin.

Azərbaycan xalqı mərkəzin çürümüş və kəsif dövlət adamlarının siyasəti sayəsində özünün istedad, qabiliyyət və zəkasına baxmayaraq, hər növ azadlıq və ixtiyardan məhrum edilmişdir. Onun oğullarının öz ana dilində təhsil almaq imkanları olmamışdır, onun ziyalıları xalqın mədəniyyət, səhiyyə və sair ehtiyaclarını həll etmək üçün heç bir haqqixtiyara malik deyildir.

Onlar öz ana yurdlarında və özlərinin qızıl törədən torpaqlarında yoxsul və biçarəlik halında yabançılar və əsirlər kimi yoxsul halda yaşamaqdadırlar. Onun şəxsiyyətini, dilini və milliyyətini hər an təhqir etməkdədirlər. Rza xanın xaricilərə bağlı siyasətinin icraçısı və mərkəzi dövlətin rəsmi nümayəndəsi, eləcə də Azərbaycan xalqı düşmənlərinin nümayəndəsi olan Abdullah Müstofinin təhqiredici sözləri bayquş səsi kimi hələ də Azərbaycan xalqının qulaqlarında cingildəyir.

Müəyyən bir qrupdan başqa bütün Azərbaycan xalqı özlərinin adına, şöhrtinə, miliyyətinə güclü bir şəkildə bağlıdır. Bunlar həmişə səy etmişlər ki, Azərbaycanın azadlığı və səadəti və bununla bərabər bütün İranın azadlıq və səadəti uğrunda ciddi bir surətdə canfəşanlıq etsinlər.

 

(ardı var)

Təbriz, 3 sentyabr 1945-ci il

***

Əski əlifbadan transliterasiyafarsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.

 

Xalq Cəbhəsi.- 2020.- 3 noyabr.- S.14.