“YARAT”da
“Qurban olum” sərgisi
“YARAT” Müasir İncəsənət
Mərkəzində açılımış
tanınmış rəssamı
Fərid Rəsulovun “Qurban olum” sərgisi
davam dir. Ziyarətçilər
sərgiyə həftənin
II, III, IV və V günləri,
saat 12:00-dan 20:00-dək baxa
bilərlər. Binaya eyni vaxtda 6 nəfər
daxil ola
bilər. Tibbi maskaların və
antiseptikin istifadəsi
zəruridir. Sərgiyə yeni hazırlanmış heykəllər, rəsm əsərləri və
film daxildir.
Daha əvvəl
Azərbaycanı 53-cü və
55-ci Venesiya Biennalesində
– Beynəlxalq İncəsənət
Sərgisində təmsil
edən Fərid Rəsulov həm Azərbaycan, həm də daha geniş
Şərq ənənələrinə
həsr olunmuş əsərləri ilə məşhurdur. O, rəssamlıq,
instalyasiya, animasiya, heykəltəraşlıq və
3D qrafikası da daxil olmaqla müxtəlif
vasitələrlə işləyir
və əsrlər boyu dəyişməyən
bu ənənələrə
xas olan idealların doğruluğunu
əks etdirən xalq sənətkarlığı
və mərasimlərindən
ilham alır.
Fərid Rəsulov “YARAT”da nümayiş ediləcək
öz sərgisi üçün
başlanğıc nöqtəsini müsəlmanların əsas
bayramı sayılan Qurban bayramından götürür. İbrahim
Peyğəmbərin öz oğlunu Allaha qurban verməyə hazır olduğunun
rəmzi olaraq, qurbanlıq heyvan
ənənəvi olaraq qohumlar, qurban kəsənin
öz ailəsi və ehtiyacı olanlar arasında bölüşdürülür.
Lakin son zamanlar bu paylaşmaq
ənənəsi status və sərvət
göstəricisinə çevrilmişdir.
Fərid Rəsulov Yuxuların yuxusu
adlı yeni filmində xəstəxana
palatasında canlandırılan dramatik və
eyni zamanda gülməli
süjet yaradır. Filmdə
iki həkimin bayram
münasibətilə paltar geyindirilmiş bir qoyunu parçalayarkən, üzərindəki
çoxlu zinət əşyalarını
onun bağırsaqları ilə qarışdıraraq
söhbət etdiklərini görmək olar,
eyni zamanda həm olduqca məzəli, həm də istehzalı olan bu səhnə bu mərasimlə əlaqələndirilən
absurd maddiyyatçılığa diqqəti
çəkir.
Xalq Cəbhəsi.- 2020.- 10 oktyabr.-
S.16.