“Azərbaycan” qəzetinin səhifələrində
14-cü
yazı
Yadulla Əsədi: "Farslardan
qalan miras"
İllər boyu bizim ana yurdumuz Azərbaycanda
farsların etdikləri
hakimiyyət Azərbaycanın
şanlı demokrat firqəsinin rəhbərliyi
ilə sındısa da, hələ də onlardan qara bir miras
olaraq azərbaycanlıların
üzərində fars sicilləri (doğum şəhadətnamələri
– red.) yapışıb qalmaqdadır.
Hər millətin familyası onun dədə-baba adından ibarət olar. Amma farslar azərbaycanlılara
anlamayıb başa düşmədikləri qurama
ləqəbləri zorla
qəbul etdiriblər.
Hələ kənd əhalisini qoyaq kənara, şəhərdə
yaşayanların çoxlarından
soruşsan, deyər:
Adım Məhəmməd, atamın
adı Hüseyn, babamın adı Əli, şöhrətimi
(familiyamı – red.) isə
bilmirəm, qoy sicilimi göstərim.
Əgər bilmiş də olsa, yəqin mənasını bilməz.
Məsələn, birinin şöhrətini qoyublar Foruğanfər. Əgər bu
kəlmənin mənasını
soruşsalar, çox
ehtimal, bilməyəcək.
Hələ çoxları var
ki, neçə aylarla əzbərlədikdən
sonra ona verdikləri familiyanı güclə yadında saxlaya bilir.
Bir qrup adamlar da
vardır ki, özləri savadlı olduqları halda, düşünə-düşünə bu tərzdə şöhrətləri (familiyaları
– red.) qəbul edə
bilirlər: Tütünçüyan,
Qədəhçiyan, Çayçıyan,
Baftaçıyan, Çəkməçiyan
və digərləri.
Əlbəttə, onları öz
dədə-babalarının möhtərəm adlarını
qoyub yeməli və geyməli şeylərin adı ilə adlanmağa məcbur ediliblər.
Ona görə
də Azərbaycanın
möhtərəm Milli
Məclisindən xahiş
olunur, farsların bu miras və
yadigarlarını azərbaycanlıların
üzərindən götürmək
üçün tərtib
olunan qanunlar sırasında bunu da nəzərdə tutsun. Əvəzində azərbaycanlılar öz doğma familiyaları ilə adlansınlar.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 121, 8.02.1946
***
Milli dövlətimiz yaxın bir zamanda əbədi
səadət qapıların
millətin üzünə
açacaqdır
Demokratik
əsaslar üzərində
qurulmuş cavan dövlətimiz çox az bir zamanda bütün çətinliklərə üstün
gəlib. Bütün xalq tərəfindən
seçildiyi üçün
bütün millətin
qara günlərinə,
ürək yandırıcı
vəziyyətinə son qoymaq
üçün böyük
addımlar atıb və atmaqdadır.
Çox yaxın bir zamanda Azərbaycan milləti əbədi rahatlığa yetişəcək
və milli dövlətin əməllərinin
səmərəsini görəcəkdir.
Eyni zamanda milli dövlətimiz
iş başına keçməmişdən öncə
indiyədək etdikləri
xəyanətlərlə kifayətlənməyib
axırda da Azərbaycanın çoxlu
pullarını quldurcasına
Tehrana qaçırıb
aparan, dövləti və milləti böhranda qoyan Azərbaycan düşmənlərinin
əməllərini deməliyik
və onları unutmaq olmaz. Habelə göründüyü kimi
bəzən bir sıra yalançı və ya xain
ünsürlər Azərbaycan
sərvətin qaçırmaq
fikrində olurlar və dövlətimiz də onların qabağını almaqdan ötrü lazım gələn tədbirlərə
əl atmağa məcbur olur.
Buna görə, müvəqqəti
olaraq bir sıra çətinliklərlə
üzləşə bilməyimiz
mümkündür. Lakin gərək
bu cür müvəqqəti olaraq qabağa gələn çətinliklərin qarşısında
soyuqqanlı olmalı
və inanmalıyıq
ki, bu prosesin
müddəti çox
azdır və əbədi səadət üzümüzə gəlir.
Habelə bunu da bilməliyik
ki, Tehran quldurlarınıın
bütün bu xəyanətlərinin və
qəddar istismarçıların
siyasətinə əməl
etmələrinin səbəbi
budur ki, bizləri maliyyə böhranı qarşısında
qoymaqla bizi itaətə və ölkəmizi isə müstəmləkə halında
saxlamağa məcbur etsinlər. Amma onların da
cavabını Azərbaycan
millətinin böyük
və sevgili rəhbəri çox aydın və mətin bir cümlə ilə, “Ölmək var, dönmək yoxdur” ifadəsi ilə veribdir.
Əlbəttə, bizə xəyanət edənlər çox yaxşı bilirlər ki, bu söz
bir nəfər tərəfindən verilən
cavab deyil, eyni zamanda Azərbaycan
millləti hamısı
birlikdə bu cümləni möhkəm
səylərlə təkrar
edirlər və özləri üçün
müqəddəs fərman
sayırlar. Budur ki, tarixlərdə
həmişə şərəflə
adı çəkilən
Azərbaycanın həssas
milləti öz inanılmış dövlətinin
proqramını və
əməllərini diqqət
və inamla nəzərdə tutur və əmindir ki, cavan və
milli dövlətimiz yaxın bir zamanda əbədi səadət qapılarını
millətin üzünə
açacaqdır.
Yaşasın Azərbaycan millətinin
səadəti uğrunda
gecə-gündüz çalışan
milli dövlətimiz!
Məhəmməd Əli Məhbubi
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 121, 8.02.1946
***
Mədinə Gülgün Ələkbərzadə
Azad qız
Məni
nə boranlar boğdu, nə də sellər aparmadı
Qara külək
əsdisə də, budağımdan qoparmadı.
Şahid olub tarix mənə,
dərdli qəlbim nə çəkibdir.
Xoş günlərə həsrət
gözüm hər an qanlı yaş
tökübdür.
Gənc
yaşımdan çox
nalələr etmişəm
mən bülbül kimi
Açılmadan az qalmışam xəzəl
olum bir gül kimi.
Vətən eşqi çox
atıbdır məni
hər zülmün ocağına
Hər an həsrətlə
baxmışam ana vətən qucağına.
Lakin mənim məğrur başım əyilməyibdir
zalimə
Vətən azadlığı üçün
hazır olmuşam ölümə.
İntizarla gözləmişəm ürəyimdəki duyğunu
Uşaqlıqdan inan ki, mən
olmuşam vətən
vurğunu.
Azad quşlar kimi uçub istəmişəm
qanad çalam
Doğma diyar çiçəklənə,
mən də baxıb ilham alam.
Ah, nə böyük səadətdir, çatdım
mən də öz arzuma
Bütün xalqı şad görürəm hər baxışda sağ-soluma.
Gözlərimə inanmıram, həqiqətdir
ya yuxudur
Vətənimin azad səsi uçan quşları oxudur.
Haqqım
vardır, bu gün deyim, mən oldum bir azad qız
Nə dərdim
var mənim artıq, nə də ki qalmışam
yalqız.
İndi
mənə ilham verən bir müqəddəs vətənim
var
Azad dilim, azad qələm, gül çiçəkli çəmənim
var.
Bir şuridə bülbül
kimi azad olmuşam qəfəsdən
Ürəyimə şadlıq qonur azad eldən gələn səsdən.
Bu səs mənə iftixardır, həm həyatdır, həm səadət
Azad yazıb dövran
sürmək çoxdan
olmuş mənə adət.
Azad qızam, adım Gülgün, sevinclərim
gəlməz sana
Günəş adlı rəhbərim var, vətən adlı bir mərd
ana.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 121, 8.02.1946
***
Həmid Nikpur: Təbriz dövlət teatrının gözəlləşməsi
Hamının bildiyi kimi Təbrizdə olan sabiq “Şir və Xurşid” teatrı Azərbaycan xalqının zəhmətləri sayəsində şahı-şahı yığılmış böyük pulların məsrəfi sayəsində əmələ gəlmişdir. Lakin, buna baxmayaraq yararlı bir teatr binası ortaya çıxmamışdı.
Burada “niyə?” sualı verilərsə, cavabını şox asanlıqla vermək olar. Çünki o zaman Tehrandan Azərbaycana qarət ünvanı ilə, farslar özləri demişkən, “dəşt eləmək” (silib süpürmək, boş səhraya döndərmək – red.) xəyalı ilə gəlmiş boynuyoğun quldur rəislər oranın büdcəsinin böyük hisəsini çalağan kimi çalmaqdan ötrü heç də razı olmazdılar ki, bir mühəndisə belə müəyyən miqdarda pul verib baha qiymətə düzgün bir teatr əmələ gəlsin və nəticədə də ağaların çənginə bir şey keçməsin.
Ona görə də öz planları üzrə bu binanı əmələ gətirmişlər ki, tamamilə memarlıq əsaslarına yaddır. Adətən səsin yaxşı yayılmasından ötrü teatr salonunu yumurta şəklində düzəldirlər. Bunun da səbəbini fizikada səs bölümünü oxuyanlar yaxşı bilərlər. Lakin buranın içərisi isə sadə bir salon şəklində, yəni düzbucaqlı formasında qayrılmışdır. Bundan başqa salonun divarları işıqlılıq üçün açıq rənglər əzəvinə, tünd rənglərlə rənglənmişdir.
Hələ buranın foye hissəsi, yəni tamaşaçıların pərdələr arasında gəzintiyə çıxdıqları xarici salon lap bərbad bir halda idi. Daha doğrusu, ən təkmil qəhvəxanalardan da mənzərəsiz idi. Səhnənin özünə gəldikdə daha böyük nöqsanlara təsadüf etmək olardı. Orada artistlərə paltarlarını əvəz etmək üçün yerlər nəzərdə tutulmamışdı. Səhnənin qabağındakı musiqi dəstəsinə məxsus olan yer isə hesab üzündən düzəlmədiyi üçün o qədər çuxur idi ki, heç vaxt dirijor, yəni musiqi dəstəsinin rəhbəri artistlərin oxumalarını musiqi ilə uyğunlaşdıra bilmirdi.
Ümumiyyətlə nöqsan axtarsaq, o qədər taparıq ki, sayı-hesabı olmaz. Hələ bunların hamısından savayı orada bir pyes oynanmalı olsaydı, böyük bir çətinlikdən sonra ona müvəffəq oluna bilərdi. O da yalnız fars dilində və hətta az qalardı ki, onun səhnədə oynanılması üçün şah tərəfindən göstəriş verilsin. Ümumiyyətlə, teatrın o vəziyyətdə olması və xüsusilə pyeslərin azərbaycanlıların öz dilində olmaması üzündən təbrizlilərdən çox az adam tamaşaya gedərdi. Ancaq teatrın həqiqi qiyməti verilərsə, səhnə ictimai həyatın ibrət aynasıdır. Bu səbəbdən də ölkəmizdə teatr öz həqiqi qiymətini yalnız Milli Hökumətimizin yaranmasında tapdı.
İndi keçmişdə “Şir və Xurşid” adlanan səhnə artıq Maarif Nazirliyinin ixtiyarına verilməklə rəsmi Dövlət Teatrı adını aldı. Maarif Nazirliyimiz bura böyük əhəmiyyət verdiyindən teatrın bərpası və təmiri üçün böyük məbləğ pul ayırılıb. Hal-hazırda oradakı işlər Təbriz mədəniyyət evinin müdir müavini cənab mühəndis-memar Məcidovun planı və rəhbərliyi ilə icra olunur. İndi yuxarıda qeyd olunan nöqsanların hamısı islah olunub. Əvəzində həqiqi və mədəni bir teatr şəklini alıb ki, bu da dövlətimizin xalqımıza diqqətinin ndiəticəsir. Bir aydan yuxarı aparılan təmir işləri bu yaxın günlərdə qurtaracaq. Həmin teatr indi elə gözəlləşib ki, bir dəfə görən bir daha görməyini arzulayacaq.
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 121, 8 fevral 1946-cı il.
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən:
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun "İran
tarixi və iqtisadiyyatı" şöbəsinin
elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən,
anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan"
şöbəsinin elmi əməkdaşı
Səməd Bayramzadə
Xalq Cəbhəsi.- 2020.- 23 yanvar.-
S.14.