Ermənilərin Zəngilan, Füzuli və Xocavənd rayonlarında tarix və mədəniyyət abidələrinə vurduğu zərər

 

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov qeyd edir ki, Zəngilan, Füzuli və Xocavənd rayonlarının tarixinin qədimliyini qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünastarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Bu bölgədə tarixin müxtəlif səhifələrini əks etdirən misilsiz memarlıq abidələri var. Zəngilan rayonu öz coğrafi movqeyinə, tarixi qədimliyinə görə heyrətamiz abidələr məskənidir. Zəngilan şəhərindən 8 km aralı, Əsgülüm dağında 30 m hündürlüyündə, 150 metr enində “Qala” divarları III-V əsrdə tikilmiş, müdafiə əhəmiyyəti kəsb edən tarixi abidələrdən biridir. Həmin “Qaladan 2000 metr aralıda olan və içərisində 100-150 nəfər gizlənə bilən Kuful deyilən daş yanığı uzaq tarixi keçmişimizdən yadigardır. Bu Kufülun hündürlüyü 15 metrdən çoxdur. Rayonun Məmmədbəyli və Babaylı kəndlərində olan türbələr, Şərifan kəndində olan qədim abidələr; hələ tədqiq edilməmiş naməlum tarixə malik batmış yeraltı qədim Şəhri-Şərifan şəhəri tariximizin açılmamış səhifələrindəndir. Zəngilan rayonunda memarlıq abidlərindən Hacallı kəndində dairəvi bürc, Məmmədbəyli kəndində səkkizguşəli türbə (1304-1305-ci illər), Şərifan kəndində sərdabə (XIII əsr), Yenikənddə sərdabə (XIV əsr) mühafizə olunurdu.

Dağıdılmış abidələrin, yaşayış yerlərinin sayına baxaq: türbələr (6), alban məbədləri (2), məscidlər (5), sərdabələr (2), dairəvi bürc (1), ocaq və pirlər (14), şəhid Məhəmməd yeri, küp qəbirlər (10), Koroğlu daşı (1), Qız qalası (2), tağlı körpü (1), qüllələr (2), yaşayış yeri (3), nekropol (1), qalalar (4), Daşüstü park (1) - cəmi 56. F.İsmayılovun hesablamasına görə, Zəngilan rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi cəmi 3 milyard manatdır.

Füzuli rayonu üzrə də tarix və mədəniyyət abidələrinə ermənilər tərəfindən böyük ziyan vurulub. Rayonun Əhmədbəyli və Böyük Bəhmənli kəndlərinin arasında yerləşən Kültəpə, Böyük Bəhmənli kəndində yerləşən Üçtəpə kurqanları və bu kurqanların ətrafında qədim yaşayış məntəqələrinin, o cümlədən Alban şəhəri və Bəhmən şəhərinin qalıqları aşkarlanıb. Tarixçilərin sözlərinə görə, ərazidə qədim dövrlərdən etibarən türklərin məskunlaşmasına dair faktlar var. Bu faktlar həm toponimlər, həm də bu xalqlara məxsus spesifik abidələrlə sübuta yetirilib. Maraqlıdır ki, bu ərazilərdə xristianlığa qədərki dövrü əhatə edən qəbir-kurqanlar daha çoxdur. Məhz bu kurqanlar erməni alimlərinin ciddi-cəhdlə ərazidə tarix boyu ermənilərin yaşaması iddialarını alt-üst edir.

Qüdrət İsmayılov “Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri” kitabında yazır ki, 1972-ci ilin tədqiqat mövsümündə Qarabulaq nekropolunda axtarış aparılarkən qismən dağıdılmış bir qəbir də qazılıb. Tədqiqat zamanı müəyyənləşdirilib ki, bu tunc dövrünün sonu, dəmir dövrünün əvvəllərinə aid torpaq qəbirdir. Böyük Bəhmənli kəndi ərazisində yerləşən Üçtəpə abidəsinin tarixi bizim eradan əvvəl birinci minilliyə dayanır. Qədim türkdilli xalqlardan birinə aid edilən bu kurqanların ətrafında aparılmış qazıntılar zamanı qara gildən düzəldilmiş məişət qabları, həmçinin dəvəgözü daşından müxtəlif əşyalar aşkarlanıb. Ətrafında vaxtı ilə yaşayış məntəqəsi və Alban şəhərinin olduğu iddia edilən bu kurqanların sayının daha çox olduğu söylənilir.

Fizuli rayonunda memarlıq abidlərindən Ahmədalılar türbəsi, Babi türbəsi, Mirəli türbəsi, Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), Qarğabazar kəndində Hacı Qiyasəddin məscidi (1682), Karvansara (1684), türbə (XVIII əsr), Qoçəhmədli kəndində məscid, Qarğabazar kəndində XVII əsr karvansarayı, Qarğabazar kəndində XVII əsr məscid binası, Qarğabazar kəndində XVIII əsr Cəlil türbəsi, Aşağı Veysəlli kəndində XIII əsr Mirəli türbəsi, Qoçəhmədli kəndində XVIII əsr məscid binası, Qoçəhmədli kəndində XVIII əsr yaşayış binası, Horadiz kəndində XIX əsr məscid binası, Horadiz kəndində XIX əsr İmamzadə türbəsi, Füzuli şəhərində XIX əsr məscid binası, Aşağı Aybasandı kəndində XVIII əsr İbrahim türbəsi, Qacar kəndində XIX əsr məscid binası, Böyük Pirəhmədli kəndində XIX əsr məscid binası, Merdinli kəndində XIX əsr məscid binası, Saracıq vəGorazıllı kəndlərindəki XIX əsr körpüləri (Alı körpüsü, Kərəm körpüsü), Aşağı Veysəlli kəndində abidə kimi XII əsr qəbiristanlığı, Babi kəndində XIII əsr Şeyx Babi Yaqub türbəsi, Əhmədalılar kəndində XIII əsr Arqalı türbəsi, Böyük Bəhmənli kəndində XIX əsr məscid binası və s.

Dağıdılmış abidələrin adları və sayı: tarixi inzibati bina (2), kurqan çölü (1), yaşayış yeri (9), kəhriz (9), türbə (6), karvansaray (1), Müəllimlər evi (1), hamam (1), bulaq (5), məscid (19), dəyirman (1), körpü (10), heykəl (1), abidə (2), bust (1) və s. F.İsmayılovun hesablamasına görə, Füzuli rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi cəmi 3,825 milyard manatdır.

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. “Ağdamsözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Ağdam rayonunda çoxlu sayda måmarlıq abidələri var - Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yårləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s.

Tanınmış arxeoloq İdeal Nərmanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, eneolit dövründə yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolitorta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olub.

Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olub. Ötən yüzilin 80-cı illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur. Qədim mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışlar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.

Dağıdılmış abidələrin adları və sayı: yaşayış yeri (59), nekropol (4), kurqan (24), yaşayış yerinekropol (2), yaşayış yerikurqan (12), Pənah xanım imarəti, türbə (10), sərdabə, körpü, qalalar, məscid (4), iqamətgah, karvansaray, bürc, məbəd (4), şəhərgah, qəbiristanlıq (2), kurqan gölü, qəbirüstü abidə (6), xatirə muzeyi (2), Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə abidə , Çörək muzeyis. F.İsmayılovun hesablamasına görə, Ağdam rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi cəmi 19,6 milyard manatdır.

Xocavənd rayonu ərazisində, Salakətin kəndinin yaxınlığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid «Ritiş» qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən «Ərgünəş» qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid «Rzaqulu Bəy» türbəsi, Xocavənd kəndi yaxınlığında «Aşıqlı Qoşa» günbəzi, Böyük Tağlar kəndində «Alban» məbədi (1241-ci il), Tuğ kəndindəki «Qırmızı» məbəd və X əsrə aid tarixi memarlıq və incəsənət abidələri və s. var.

Erməni təcavüzü nəticəsində rayonun dağıntıya məruz qalmış mədəni və dini abidələrinə nümunə olaraq Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə aid Alban məbədi, I-V əsrlərə aid Alban qəbiristanlıqları, Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Qaradağlı kəndinin ərazisində qeydə alınan və III-VI əsrlərə aid olan Alban qəbiristanlıqları, Əmirallar kəndi yaxınlığındakı (keçmiş Bəhrəmli kəndi ərazisində) Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi ərazisindəki Yel piri və neçə-neçə qiymətli maddi memarlıq abidələrini göstərmək olar. Xocavənd torpağı ölkəmizə çoxlu sayda tanınmış siyasətçilər, mədəniyyət xadimləri, rəssamlar, şairlər, yazıçılar, jurnalistlər, müğənnilər, idmançılar, sərkərdələr, igidlər bəxş edib. Abidələrin adları və sayı: Alban məbədi (18), Albanberd məbədi (2), Amaras məbədi, məbəd (37), gümbəz (4), məscid (3), pirocaqlar (9), türbələr (4), qalalar (5), mağara (2), nekropol, dini kompleks, sərdabə, Azıx mağarası, qala (3) və s. F.Ismayilovun hesablamasına görə, Xocavənd rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi cəmi 4,712 milyard manatdır.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2021.- 17 aprel.- S.13.