“Vətəndaş cəmiyyəti və hüquqi dövlət bir-birini tamamlayır”

 

Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan bu gün həm də qlobal enerji və nəqliyyat layihələrinin reallaşdırılmasında aparıcı aktorlardan biri kimi çıxış edir. Dünyanın aparıcı ölkələri və beynəlxalq təşkilatlar bu tipli layihələrin reallaşdırılması zamanı ölkəmizin maraqlarını mütləq nəzərə alır, Azərbaycana etibarlı tərəfdaş kimi xüsusi hörmətlə yanaşırlar. Lakin bu uğurları əldə etmək heçasan olmayıb. Bu nailiyyətlərin kökündə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulanPrezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət və reallaşdırılan çoxşaxəli islahatlar dayanır. Onu da qeyd edim ki, bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasəti, reallaşdırılan islahatlar dövlətin daha da güclənməsinə, o cümlədən vətəndaşların sosial rifah halının hər keçən gün daha da yaxşılaşmasına hesablanıb”.

BunuXalq Cəbhəsi”nə “Orta AsiyaGüney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, əməkdar jurnalist Nadir İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən, daha dəqiq desək, 1993-cü ilin iyunundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində də mühüm uğurlar əldə edilib:”1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Azərbaycanda demokratik, hüquqi dövlət yaratmağa müvəffəq oldu. Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasət öz müsbət nəticəsini verdi. Ümumiyyətlə, hüquqi dövlətdən danışarkən burada vətəndaş cəmiyyətini xüsusi vurğulamaq lazımdır. Çünki vətəndaş cəmiyyəti hüquqi dövlətin formalaşması ilə birbaşa bağlıdır. Daha dəqiq desək, vətəndaş cəmiyyəti və hüquqi dövlət bir-birini tamamlayır və bir-birindən ciddi şəkldə asılıdırlar. Məlum olduğu kimi vətəndaş cəmiyyətinə ən müxtəlif komponentlər, dini icmalar, mətbuat, həmkarlar ittifqaları, QHT-lər, siyasi partiyalar, vətəndaşların təşəbbüs qrupları aiddir. Onu da qeyd edim ki, Azərbaycan da daxil olmaqla istənilən hüquqi dövlətdə vətəndaş cəmiyyəti institutları qanunların hazırlanmasında bilavasitə iştirak edirlər. Bu zaman vətəndaş cəmiyyəti institutları həm qanunun ictimai müzakirəsini reallaşdırır, həm də qanun qəbul olunandan sonra da ona ictimai nəzarəti həyata keçirən orqan kimi fəaliyyətlərini davam etdirirlər. Eyni zamanda, qanunların təkmilləşdirilməsində də vətəndaş cəmiyyəti fəal iştirak edir”.

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına olduqca münbit şəraitin yaradıldığını, eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formada dəstək vermək potensialına malik olduğunu deyən N.İsmayılov əlavə edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə vətəndaş cəmiyyəti institutu anlayışının formalaşmağa başlaması məhz QHT-lərin yaranması ilə ortaya çıxdı: “QHT-lərin bu istiqamətdəki konkret roluna keçməzdən öncə bildirim ki, Azərbaycanda ictimai təsisatların, qeyri-hökumət təşkilatlarının, medianın fəaliyyəti üçün hüquqi zəmin, qanunvericilik bazası, bir sözlə münbit zəmin yaradılıb. Yəni, bu institutlar fəaliyyətlərini qanunlar əsasında sərbəst şəkildə davam etdirə, ictimai rol və funksiyalarını yerinə yetirə bilirlər”.

Bildirilib ki, ölkəmizdə bu istiqamətdə davamlı surətdə qanun və qərarlar qəbul olunur, dövlət tərəfindən vətəndaş cəmiyyəti strukturlarının, o cümlədən QHT-lərin inkişafına hərtərəfli dəstək verilir və şəffaf idarəetmə mexanizmi formalaşdırılıb: “Mən həm də bir QHT rəhbəri olduğum üçün dövlətin bu sahəyə diqqəti üzərində xüsusi olaraq dayanmaq istərdim. Bildiyiniz kimi, Azərbaycanda QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas qanun 1995-ci ildə qəbul edilən ölkə Konstitusiyasıdır. Belə ki, sərbəst birləşmək azadlığını özündə əks etdirən Konstitusiyanın 58-ci maddəsi hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaqya mövcud birliyə daxil olmaq hüququnu təsbit etməklə yanaşı, bu birliklərin sərbəst fəaliyyətinə tam təminat verir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, 13 iyun 2000-ci ildə ulu öndər Heydər Əliyevin imzası ilə qüvvəyə minən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun QHT-lərin cəmiyyətin və dövlətin həyatındakı iştirakı ilə bağlı bir çox vacib ictimai münasibətləri tənzimləyir. QHT-lərin təşkilati-hüquqi formaları, QHT-lərin növləri, yaradılması, yenidən təşkili və ləğv edilmə formaları, fəaliyyətinin idarə olunması və s. məsələlər məhz bu qanunla tənzimlənir. Eyni zamanda, ölkəmizdə müxtəlif vaxtlarda qəbul edilmiş ayrı-ayrı qanunlar da qeyri-hökumət təşkilatlarınının fəaliyyətinə təkan verib. Bildirməyi özümə borc bilirəm ki, digər məsələlərdə olduğu kimi bu məsələdə də Azərbaycan digər ölkələrdən müsbət mənada fərqlənir.

Belə ki, 2007-ci ildə MDB məkanında ilk dəfə olaraq ölkəmizdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi, o cümlədən, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının formalaşdırılması da deyilənləri təsdiqləyir”. “Cənab Prezident İlham Əliyevin 2007-ci il 27 iyul tarixdə təsdiqlədiyi "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin konsepsiyası"nın əsas müddəası ölkəmizdə ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri kimi vətəndaş cəmiyyəti institutlarının inkişafını, gücləndirilməsini nəzərdə tutur. QHT-lərə dövlət dəstəyinin formaları, QHT-lərin fəaliyyətinin əsas prioritetləri və s. məsələlər bu Konsepsiyada aydın şəkildə əksini tapıb. Burda əksini tapan məsələlərin icrası məqsədi ilə cənab Prezidentin fərmanı ilə 13 dekabr 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb və onun Əsasnaməsi təsdiq edilib”, deyən QHT sədri bildirb ki, Şura ötən müddət ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

Onu sözlərinə görə, Şura tərəfindən həyata keçirilən işlər QHT-lərin fəaliyyətinə əlavə təkan və stimul verib: “Mən bu məqamda Şura tərəfindən QHT-lərə göstərilən xidmətlərinin tamamilə elektronlaşdırılmasını xüsusi olaraq vurğulamaq istəyirəm. Məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutularaq, 2019-cu ildə Şuranın fəaliyyəti və QHT-lərə Şura tərfindən göstərilən xidmətlər tamamilə elektronlaşdırılıb. Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ötən müddət ərzində Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasından irəli gələn məsələlərin həlli istiqamətində fəaliyyət göstərməklə, ölkəmizdə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işinə öz töhfəsini verib. Eyni zamanda qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin müasir dövrün tələblərinə uyğun şəkildə təşkil edilməsi, QHT-dövlət münasibətlərində yeni əməkdaşlıq modelinin formalaşdırılması, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlığın və səmərəliliyin daha da artırılması, ictimai nəzarətin və qərar qəbulu prosesində vətəndaş iştirakçılığının təmin edilməsi istiqamətində Şura tərəfindən davamlı addımlar atılır. Öz fəaliyyətini zamanın tələbləri səviyyəsində quran Şuranın metodiki dəstək üzrə bütün xidmətləri 2019-cu ildə elektron qaydada təşkil edilib. Belə ki, istifadəçilərin rahatlığı və bütün xidmətlərin vahid bazada inteqrasiyası məqsədilə Şuranın elektron xidmətlər portalı yenilənərək www.selis.az adı altında istifadəçilərə təqdim edilib. Portalda e-Ərizə, e-Ekspertiza, e-Vətəndaş, e-Apelyasiya, e-Növbə, e-İdarəetmə və e-Hesabat, e-Razılaşdırma, e-Müşahidə, e-Müraciət, eMəsləhət proqramları yer alır. Yeni yaradılan hər bir proqram haqqında müvafiq olaraq 17 vətəndaşlar və QHT-lər üçün məlumatlandırma sessiyaları təşkil edilib. E-Ərizə, eVətəndaş, e-Növbə, e-İdarəetmə və e-Hesabat, e-Müşahidə, e-Məsləhət proqramları haqqında təlimat xarakterli videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunub. Ümumilikdə Şura tərəfindən göstərilən xidmətlərə dair hüquqimetodiki sənədlər Şuranın www.cssn.gov.az saytında “Şuranın sənədləri” bölməsində yerləşdirilib. "SƏLİS"-in e-vətəndaş proqramının fəaliyyəti də şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsiplərini söykənir. Yəni, QHT-lərə, vətəndaşlara, vətəndaş cəmiyyətinə fasiləsiz xidmət edən, QHT layihələrinin maliyyələşdirilməsi, hesabatlılıq, apelyasiya, müracətləri və digər, ümumilikdə 20 xidməti elektronlaşdıraraq izafi vaxtmaddi itkiləri aradan qaldıran innovativ, müasirçevik SƏLİS Xidmət bizim fəaliyyətimizi daha da asanlaşdırıb. Bi sözlə, məmuniyyətlə deyə bilərəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası cənab Prezidentin bu sahədəki göstəriş və tapşırıqlarını uğurla yerinə yetirərək, həmçinin hər zaman şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsiplərini yüksək tutaraq QHT-lərə, vətəndaş cəmiyyətinə, dövlətə, xalqa xidmət edib".

Cavid

 

Xalq Cəbhəsi.- 2021.- 4 fevral.- S.9.