“Azərbaycan”
qəzetinin səhifələrində
77-ci yazı
Xalxal əhalisi tərəfindən
Xalxaldan Tehrana.
Azərbaycanın hörmətli nümayəndəsi Pişəvəri cənablarına.
Biz, bütün Xalxalın 120 min əhalisi, Azərbaycan xalq fədailəri, qoşunları, firqəçiləri və bütün təbəqələri bu görüş və müzakirədə azərbaycanlıların hüququnu və milli azadlığını qorumağa tərəfdardırlar. Bütün İranın əyalət və vilayətlərində azadlıq bərqərar olsun və həmişə İran millətinin hüququ qorunsun. Biz bu yolda, yəni İran demokratik hökuməti və Azərbaycanın milli azadlığı uğrunda tarix boyu əməldə sübut etdiyimiz kimi hər cür ağır fədakarlıqlara hazırıq. Biz İranın istiqlalı hüdudunda Azərbaycan milli azadlığının qorunmasını istmklə bərabər bütün İranda demokratik hökumətin bərqərar olmasını siz nümayəndələrdən istəyirik.
Xalxal əhalisi tərəfindən: Haşım Muradi, Cabbar Hüseyni, Mehdi Sərxani, Qüdrət Azəri, Təvəkküli, Nurulla Şirvani, Əhməd Əziziyan, Qasım Əmirpur, Əli Mövlayi, Yaqub Lütfi, Abbas Müşiri, Əbülfət Təmcidi, Muxtar Fərhudi, Əli Rizvani, Yusuf Taci, İbrahim Nazimpur Fəttahi, Xaknejad, Xademi, Məhbubi, Məlikpur, Əmir Xosrovi, Turabi, Bozorgi, Qafuri, Yaqub Kazımpur, Əziz Mehriyan, Qisməti, İsmayıl Ziyayi, Nəsrulla Fətullazadə, Gəncə Teymuri, Əbuzər Mənuçehri, Daməngir, İsgəndəri, Əsədulla Xaleqi, Təyyari, Əminpur, Seyfulla Qədiri, Zeftulla Mətləb Əzizi, Səccad, Zahidi, Əbazəri, Qüdrətulla Məhəmmədtağı Sədri, İskəndəri Kərbas, Fərhudi, Həriripur, Kazımpur Kafi, Qulamhüseyn, Rza Gənce, Ətai Pərvizi, Nurbəxş, Məşufi, Səndaği, Həmdulla Babanoi, Əziz Münzəvi, Mənafi, Behbudi.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 192, 07.05.1946
***
Azərbaycan
Milli Qoşunu tərəfindən
Tehran. Azərbaycan xalqının göndərdiyi hörmətli
nümayəndələrə və Azərbaycanın Baş
naziri Pişəvəri cənablarına.
Üzü:
Tehranda nəşr olunan “Rəhbər”, “İran-e ma”, “ Necat-e
İran” və Təbrizdə nəşr olunan “Azərbaycan”,
“Azad millət”, “Yeni Şərq” qəzetlərinə.
Azərbaycan Milli Qoşununun zabitləriləri,
çavuşları və serjantları tərəfindən.
Sizdən,
Tehrana təşrif aparmış hörmətli heyətdən,
öz müzakirənizdə Azərbaycan xalqının
böyük fədakarlığını və Azərbaycan
xaqlının azadlığı yolunda şəhid olmuş
cavanların pay qanlarını nəzərdə tutub Azərbaycan
xalqının istəklərini yüzdə yüz yerinə
yetirmənizi tələb edirik. Nəzərinizdə
tutmalısınız ki, az bir zamanda milli
dövlətimizin təşkilindən sonra ölkəmiz mədəniyyət,
elm, sənət, kənd təsərrüfatı və
ölkəmizin abadlaşması sahəsində iri
addımlarla tərəqqiyə doğru gedir. Bütün
xalqımız, yəni fəhlələr, kəndçilər
yeni həyata doğru gedərkən onları bir daha geri
döndərmək olmaz. Artıq Azərbaycan
xalqı aldığı azadlığın və milli
dövlətin sayəsində səadətə və xoşbəxtliyə
doğru gedir. Buna görə də
mütləq Tehran hökuməti Azərbaycanın Milli
Hökumətini, azadlığını və Milli
Qızılbaş ordusunu rəsmiyyətlə
tanımalıdır və bununla da bütün İran millətinin
səadətini və azadlığını təmin etməlidir.
Biz əsgərlər, zabitlər, Azərbaycan
Qızılbaş ordusu bir daha zorluq və zülmətinin
altına getməyib öz həqiqi haqqımızı, öz
milli dövlətimizi müdafiə edib illər boyu Azərbaycan
xalqının qəhrəman oğullarının qanları
bahasına aldığımız azadlığı heç
bir tərz ilə əldən verməyəcəyik. Milli hökumətimizi və milli qoşunumuzu təşkil
etməyə qadir olduğumuz kimi onu saxlamağa da heç
aciz deyilik.
Bütün İran azadlıqsevərlərinə və
sevimli həmvətənlərimizə də kömək etməyi
əsirgəməyəcəyik.
Yaşasın
həqiqət və onun tərəfdarları!
Yaşasın
İran və onun azadlıqsevərləri!
Yaşasın
Milli hökumətimiz və onun arxası olan Azərbaycan
Qızılbaş ordusu!
Təbriz
hərbi qarnizonunun zabit və əsgərləriı tərəfindən:
Kömək kapitan Nasiri, kömək kapitan Mahmud, kömək
kapitan Düzdüzəlü, kömək kapitan Məhəmmədəli
Jiyan, kömək kapitan Yadulla Ataxani, kömək kapitan Şəfi
Məhəmmədi, kömək leytenant Yusif Ezaz, kömək
leytnant Niyaz Fəxrəddini, kömək leytnant Məhəmmədrza
Azəri, kömək leytnant Rza Bəyat, kömək leytnant
Jiyan, kömək leytnant Zehtab, kömək leytenant Zəngənə,
kömək leytenant Əli Əziziyan, kömək leytenant
Dadaşzadə, kömək leytenant Qorxmaz, kömək
leytenant Dağzadə, kömək leytenant Müdiri, kapitan Fətullahi,
serjant Xaqani, serjant Şəcəri. Hərbi nazirlik
işçiləri: çavuş Sabit Bayqan, serjant Məhəmmədəli
Rəhmani, serjant Zeynalabdin Çavuşi, serjant Əbdürrəhman
Agəhi, serjant Əkbər Sübhi, kiçik leytnant Məhəmməd
Üzeyirzadə, kiçik leytnant Əbutalib, kiçik
leytenant Rzai.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 192,
07.05.1946
***
Təbrizdə
“Bustan” fabriki
128 il bundan qabaq ilk dəfə olaraq Azərbaycanda
işə başlayan fabrik həmin “Bustan” fabriki olmuşdur. Sonralar bu fabrik genişlənmişdirsə də həmişə
pis idarə olunduğundan zərər etmişdir. Xüsusilə bu son zamanlarda fabrik
bütün-bütünə zərərli olub ortadan getmək
üzrə idi. Milli dövlətimiz hər
xüsusda olduğu kimi bu barədə də laqeyd qalamadı.
Fabriki bu son zamanda cənab Mir Mehdi
Çavuşi kimi fəal sənətkar bir müdirin əlinə
tapşırdı. İndi bu fabrikin Novruz
bayramından bu tərəfə müntəzəm surətdə
istehsalı getdikcə artmaqdadır. “21 Azər”
medalının lentini də bu fabrik
hazırlamışdır. Bayramın 13-də
(02.04.1946 – red.) fabrikin 700 nəfər işçisi tətil
günü olduğuna baxmayaraq işləyib 2 min tümənə
qədər olan həmin günün əmək
haqqını Milli hökumətimizin xeyrinə buraxmışlar.
İndi həmin fabrikin bütün
işçiləri idarəmizə yazdıqları məktubda
cənab Çavuşinin gözəl rəftarından və
rəhbərliyindən məmnun qaldıqlarını ifadə
etməklə Milli hökumətimizə təşəkkürlərini
bildirirlər.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 192,
07.05.1946
***
Sonsuz və
son intizar
İntizar günlərində Azərbaycan millətinin səbirsizliyi
son dərəcəsinə çatmışdır. Onlar başda
möhtərəm Baş nazirimiz və firqəmizin rəhbəri
cənab Pişəvəri olmaqla Tehrana göndərdikləri
sevimli nümayəndələrin müzakirələrinin nəticəsinin
gecə-gündüz dəqiqələri saymaqla
intizarını çəkməkdədirlər. Bu gün millətimiz öz uca səsini Tehranın və
dünyada bəşəriyyət aləminin, bütün
azadlıqsevər vicdanlı millətlərin qulaqlarına
çatdıraraq deyir ki, “Ya azadlıq, ya ölüm”.
Buna
görədir ki, Azərbaycanın bütün şəhər,
qəsəbə və kəndlərindən, bütün təbəqələrindən,
silahlı fədai, nizami qoşundan, hətta qadınlar cəmiyyətlərindən
gecəli-gündüzlü Milli hökumətimizə, demokrat
firqəsi mərkəzinə və Tehrandakı möhtrəm
nümayəndələrinə yüzlərlə teleqraf və
məktub yağdırmaqla öz səbirsizliklrini bildirib Milli
hökumətimizi və muxtariyyətimizi müzakirələr
əsnasında müdafiə etmələrini çox
böyük təkid ilə tələb etməkdədirlər.
Azərbaycan milləti bir çox qiyam və inqilabalardan
sonra öz milli azadlığını əcdadının və
hazırdakı nəslinin qanı bahasına almış və
iki yüz illik arzusuna çatmışdır.
Dünya və Tehran bunu bilməlidir ki, bizi qorxudub
canımızdan əziz olan azadlığı əlimizdən
almaq istərlərsə, azdlığımızla
silahımızı can kimi bağrımıza basıb əfsanəvi
qəhrəmanlar kimi döyüş meydanlarında iftixarla
qızara-qızara ölməyə hazırıq. Çünki can vermək
bizə azadlığımızı verməkdən çox
asandır.
Azərbaycanın cavan xalq qoşunları, millət fədailəri,
firqə üzvləri, bütün təbəqələr və
kəndliləri böyük bir intizarla öz möhtərəm
nümayəndələrindən onların milli
hüquqlarının mühafizə olunmasını, hətta
İranın sair əyalət və vilayətlərində də
demokratik rejimin bərqərar edilməsi xüsusunda var
qüvvələrini sərf etmələrini gözləməkdədirlər.
Möhtərəm
və əziz nümayəndələrimiz! Azərbyacanın
azadlığı uğrunda bu tarixə qədər etdiyiniz fədakarlıqlar
göz qabağındadır. Verdiyimiz
qurbanların qanı hələ qurumamış və bu
müqəddəs axan qızıl qanlardan səhralarda lalələr
bitmişdir. Ataları ölmüş
yetim balaların göz yaşları hələ də
axmaqdadır. Nənə, bacı və gəlinlərimizin
əziz şəhidlərinın qarası başlarından
açılmamış və onların “oğul vay,
qardaş vay” səsi qulaqlarımızdan getməmişdir.
O
qanlı faciələri görüb, eşidib yaddan
çıxartmaq olmaz. Onlar bizim ürəklərimizdə
sağalmaz dərin yaralar açmışdır. Böyük rəhbərimiz Pişəvərinin
millətə verdiyi əmri - “Ölmək var, dönmək
yoxdur” kimi qiymətli və tarixi sözü indi Azərbaycan
millətinin əsas təsəllisidir.
Möhtərəm
nümayəndələrimiz! Sizin arxanızda 5
milyonluq başdan-candan keçmiş, cəlladlar əlindən
yeni qurtulmuş, əsrlərlə, xüsusən Pəhləvi
dövründə milli və ictimai haqları ayaqlar altında
tapdalanmış qəzəbli və rəşid bir millət
durmuşdur. Azərbaycan xalqı öz
milli hüquqlarının müdafiəsi uğrunda hər
cür mənəvi və maddi təcavüzlərə
qarşı hər dəqiqə və hər saat daha da
ağır və çətin fədakarlıqlara, hətta
lazım gələrsə, ölməyə və qan dəryasında
boğulmağa hazırdır.
Ruhsuz cəsəddə
hərəkət olmdığı kimi azad və müstəqil
olmayan bir millətdə, bir ölkədə də həyat və
tərəqqi ola bilməz. Bunun
üçün Azərbaycan milləti böyükdən
kiçiyə qədər, kişili, arvadlı əzəmətli
bir ruh yüksəkliyi ilə hazırlaşaraq qərara
alıbdır: “Ya azad yaşamaq ya şərəflə
ölmək”. Zillət, həqarət və
şərəfsizliklə yaşamaqdansa, ölmək yüz
qat daha da yaxşıdır. Madam ki,
insan ölmək üçün yaranıbdır, bəs and
olsun ki, fəzilətli və şərəfli ölüm
insan üçün qılıncla ölməkdir.
Azər.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 192,
07.05.1946
***
Mən Vətən
qurbanıyam, düzgündür ünvanım mənim!
Eşqi-canandır
əzəldən dinü imanım mənim
Başlanıb
məhbubumun meyli ilə peymanım mənim
Qeystək
illər boyu çöllərdə miskin qılmışam
Ağladıb
heyvanları yanğınlı əfğanım mənim
Çatmışam
məşuqimə vəslində bəh-bəh dilxoşam
Qurtarıb
indi daha əyyami-hicranım mənim
Öz həqiqi
sevgilimdir Şanlı Azərbaycan
Aləm
içrə yoxdu ondan başqa calalım mənim
İzzətimdir,
şövkətimdir, iftixarım, şöhrətim
Öz
anamdır, uğruna qurbandı bu canım mənim
Mən
dübarə qoymaram zillətdə qalsın sevgilim
Eyləməz
arı qəbul ölsəm də vicdanım mənim
Qoymaram
bir də rəqibi yurduma qoysun qədəm
Çox
mətindir əldəki hörmətli fərmanım mənim
Bu mənim dərsimdir, “Ölmək vardı, dönmək
yoxdu, yox!”
Mən Vətən
qurbanıyam, düzgündü ünvanım mənim
Qoy
bütün dünya bunu bilsin ki, ölləm, qoymaram
Bir də
olsun bayquşa məskən gülüstanım mənim
Möhtərəm
namusumu hafiz eylərəm qeyrətlə mən
Ta
qalınca bircə qətrə cismdə qanım mənim
Ellərim
yeksər silahlanmış igid Babək kimi
Hər
birin görcək düşər yadıma İlxanım mənim
Şövq
ilə geymiş Əmini mihən uğrunda kəfən
Xəncərim
əldə qələmdir, sinə qalxanımdır mənim
Sərab, S. Əmini.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 191, 06.05.1946
***
AMEA akad. Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun "İran tarixi
və iqtisadiyyatı" şöbəsinin elmi
işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə
edən, şərhlər verən, anlaşıqlı dildə
təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan
şöbəsinin müdiri, tarix üzrə fəlsəfə
doktoru, dosent Səməd Bayramzadə
Xalq Cəbhəsi.- 2021.- 11 fevral.-
S.14