“Qarabağın Azərbaycan iqtisadiyyatına mühüm dividentlər qazandıracağını proqnozlaşdırmaq olar

 

İlyas Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma üçün böyük potensial var

 

“44 günlük Vətən müharibəsi Ermənistandakı ictimai-siyasi böhranı daha da dərinləşdirdi. Hazırkı durumda Ermənistanın baş naziri Nikol Paşinyana qarşı müxalifətin daha da sərt və kəskin çıxışlarının şahidi oluruq. Digər tərəfdən, Ermənistanda revanşist ritorikanın da getdikcə artması müşahidə olunur. Bununla yanaşı, müxalifətin vahid namizədi Vazgen Manukyanın tərəfdarları Nikol Paşinyana qarşı paytaxt İrəvan və digər şəhərlərin küçələrini doldura bilmirlər. Ötən ilin dekabr ayında əgər hakimiyyətdən narazı qüvvələrin sayı minlərlə ölçülürdüsə, hazırda kütləvi həbslər fonunda adıçəkilən şəxslər küçə nümayişlərinə meyilli görünmürlər. Qeyd edək ki, Paşinyana qarşı olan müxalif partiyaların sayında da azalma var”. Bu fikirləri “Xalq Cəbhəsi”nə aşıqlamasında politoloq İlyas Hüseynov deyib. O, əlavə edib ki, Nikol Paşinyansorosun yetirməsi olsa da, Ermənistanın əsas müttəfiqi olan Rusiyanın ölkənin daxilixarici siyasətində aparıcı rolu qəbul edirbununla hesablaşır: “Nikol Paşinyanın hakimiyyəti tezliklə tərk etməsi Rusiyanın da planlarına uyğun deyil. Lakin Paşinyana qarşı daha qəti rusiyameyilli liderin nəzərdən keçirilməsi prosesigedir. Yeri gəlmişkən, artıq eks prezident Robert Köçəryan böyük siyasətə qayıtdığını bəyan edib. Hətta seçkilərə də qatılmaq iddiasında olduğunu bildirib. Lakin Ermənistan xalqı “Qarabağ klanı”nın üzvü, Azərbaycan xalqının qanı üzərində hakimiyyətə gələn korrupsioner Robert Köçəryana yenidən şans verməkdə maraqlı deyil. Buna görə də Nikol Paşinyanın növbədənkənar seçkilərə getməklə bağlı çıxışı həm elektorat, həm də “Mənim addımım” partiyasının tərəfdarları arasında normal qarşılandı”.

 

Politoloqun sözlərinə görə, 30 il ərzində Azərbaycanın işğal altında olan ərazilərinin azadlığı uğrunda başlayan Vətən müharibəsi Ermənistana siyasi, iqtisadi və hərbi cəhətdən böyük zərbə vurdu: “Müharibənin başlamasında bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyində olduğu üçün daxili auditoriyada hələ də günahkar axtarışları davam edir. İctimai nəbzi yoxlamaq üçün yerli və beynəlxalq təşkilatlar müxtəlif sorğular həyata keçirirlər. Belə sorğulardan biri də “Facebookun geniş imkanlarından istifadə etməklə keçirilib.

 

Ermənistan, Rusiya və dünyanın müxtəlif regionlarında yaşayanFacebookun erməni internet istifadəçilərinin müxtəlif yaş, cins, sosial qruplar, həmçinin müxtəlif fəaliyyət sahələri ilə məşğul olanlar arasında açıq, daim fəaliyyətdə olan sorğunun nəticələri maraq doğurub. Qeyd edək ki, sözügedən sorğu mütəmadi olaraq, açıq şəkildə, könüllülük əsasında, 2020-ci ilin 1 dekabr tarixindən etibarən “MosArmİnfosistemi tərəfindən həyata keçirilir. Açıq sorğunun məqsədi vətəndaşların Ermənistan silahlı qüvvələrinin rəhbəri və baş komandanı Nikol Paşinyanın şəxsiyyətinə qarşı real münasibətlərini izləmək və monitorinq etməkdir. Sorğu real zaman rejimində keçirildiyi üçün 2021-ci ilin fevralın 2-nə (Bakı vaxtı ilə saat 13:00) olan nəticələr aşağıdakı kimidir.

 

Rəyi soruşulan 1910 istifadəçi Nikol Paşinyan haqqında belə düşünür:

 

1) Səriştəsiz rəhbər – 856 istifadəçi

 

2) Xain – 685 istifadəçi

 

3) Hər şeyi doğru edir – 369 istifadəçi

 

Qeyd etmək lazımdır ki, saxta profillər, boş səhifələr və trolların Paşinyana fəal dəstək verməsi nəzərə alınmaqla hazırkı nəticələr ortaya çıxıb.

 

Beləliklə, sorğuda iştirak edək 1910 istifadəçi ilə nəticələr bu cür formalaşıb:

 

- Nikol Paşinyanı dəstəkləyirlər və hər şeyi doğru etdiyinə inanırlar - 19.3%

 

- Nikol Paşinyanı dəstəkləmirlər və hesab edirlər ki, o, səriştəsiz rəhbər və xaindir – 80,7%

 

Qeyd edək ki, sorğu könüllü və sərbəst şəkildə keçirilir.

 

Ermənistanda ağır sosial-iqtisadi durumdan çıxış yolunu axtarmağa çalışan vətəndaşlar hakimiyyətə gəlməyə can atan qüvvələrin yalan vədlərinə inanmırlar. Onlar daha çox ölkəni tərk etmək haqqında düşünürlər. Müşahidələrimiz göstərir ki, Rusiyadan Ermənistana uçuşlara praktik olaraq tələbat yoxdur. Rusiyadan Ermənistana doğru uçuş həyata keçirən reyslərdə təyyarədə 3-4 sərnişin olur. Eyni zamanda, qeyd edək ki, əks istiqamətdə - Ermənistandan Rusiyaya – “astronomikbilet qiymətinin (700-1000 dollar) olmasına baxmayaraq, boş yerlər demək olar ki, qalmır. Sözügedən fakt bir daha ölkədəki mövcud sosial-iqtisadi problemlərdən qurtulmaq istəyən Ermənistan əhalisinin kütləvi şəkildə Rusiyaya qaçmasına sübutdur”.

 

Politoloq qeyd edib ki, Ermənistanda radikal qüvvələr bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı olmasalar da üçtərəfli formatda görüşlər və müzakirələr davam etdirilir: “Qeyd edək ki, 2021-ci ilin 9 fevral tarixində Dağlıq Qarabağ üzrə üçtərəfli alt qrupun dəmiryol, avtomobilyük daşınması məsələləri üzrə iclası keçirilib. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin məlumatına əsasən, Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin görüşü videokonfrans formatında baş tutub. İştirakçılar dəmir yollarının vəziyyətini, həmçinin Dağlıq Qarabağ ətrafındakı ərazidə avtomobil yollarının çəkilməsini müzakirə ediblər.Tərəflər qeyd olunan məsələlər barədə fikir mübadiləsi aparıblar.

 

Qeyd etmək lazımdır ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin başçılıq etdikləri üçtərəfli işçi qrupu çərçivəsində ekspertlərdən ibarət altqrupu fəaliyyət göstərir. Bundan öncə, 30 yanvar tarixində Moskvada hər üç ölkənin baş nazirlərinin iştirakı ilə görüşün keçirilməsində məqsəd Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsi olub.

 

Üçtərəfli təmasların davam etdirilməsi Naxçıvanın blokadadan çıxarılması, Azərbaycanın Türkiyə ilə dəmir yoluavtomobil yoluyla birləşdirilməsilə yanaşı, həm də bölgədə inşa olunacaq infrastruktur layihələri nəticəsində Türkiyə ilə Rusiyanın da birləşdirilməsidir. Sovet dövründə icra olunan bu nəqliyyat qovşaqlarına yenidən həyat verilməsi regionalqlobal konteksdə əhəmiyyətlidir. Ermənistanın özü üçünbu əməkdaşlıq formatlarının böyük iqtisadi mənfəəti ola bilər. Ermənistanda siyasətçilər bunu nə qədər tez dərk etsələr bir o qədər yaxşı olar. Çünki Rusiya ilə Ermənistan arasında əlaqə daha çox hava yolu ilə həyata keçirilir. Gürcüstan üzərindən olan avtomobil yolu qış aylarında demək olar ki, işləmir.

 

Ümumiyyətlə, Qarabağın işğaldan azad edilməsi ilə burada mühüm layihələrin icrası gözlənilir. Qarabağın Azərbaycan iqtisadiyyatına mühüm dividentlər qazandıracağını proqnozlaşdırmaq olar. Artıq bir sıra dövlətlər Qarabağda bərpa və yenidənqurma işlərinə qoşulmaq üçün təşəbbüslə çıxış ediblər. Azərbaycan tərəfi istəyir ki, bu işlərə yalnız dost dövlətlər qoşulsun, bununla bağlı siyasi iradə nümayiş olunur. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma üçün böyük potensial var. Bu prosesdə iştirak edən dövlətlərlə perspektivdə digər layihələr icra oluna bilər. İşğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə dair mühüm işlər görülməlidir. Azərbaycanın ən dilbər guşəsi olan Qarabağı dirçəltmək, orada təhlükəsizliyi təmin etmək üçün çox işlər görülməlidir. Erməni vandalları orada hər şeyi dağılıb, daşı-daş üstündə qoymayıb.

 

İşğaldan azad olunan ərazilərdə bərpa olunan enerji sahəsində böyük potensial var. Bu ərazilərdə çox yaxşı günəş, külək, su potensialı var. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev artıq bu əraziləri “yaşıl zona” ərazisi elan edib. İnsanların tələbatını ödəmək üçün külək, günəş və sudan əldə olunan enerjidən istifadə etmək planlaşdırılır”.

 

İ.Hüseynovun fikrincə, Azərbaycanın uzun müddət ərzində işğal altında əraziləriləri “Dəmir yumruqkimi ordu-vətəndaş, dövlət-vətəndaş, Ali Baş Komandan-xalq həmrəyliyi, vəhdəti və birliyi nəticəsində azad etməsi ölkəmizin beynəlxalq nüfuzunu nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada xeyli dərəcədə artırıb: “Vətən müharibəsindən dərhal sonra Azərbaycan və Türkmənistan arasında mübahisələrə səbəb olanDostluq” yatağı ilə bağlı ortaq məxrəc tapıldı. Azərbaycan hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasını böyük tarixi hadisə kimi qiymətləndirmək olar. Mübahisəli yatağı Azərbaycan “Kəpəz”, Türkmənistan isə “Sərdar” adlandırırdı. İndi isə “Dostluq” yatağı hər iki ölkənin vətəndaşlarının rifahına xidmət edəcək.

 

Bu gün dünyanın aparıcı hərbi və siyasibeyin mərkəz”ləri Azərbaycanın uğurlarını təhlil edir, müasir texnologiyaların döyüş vəziyyətində tətbiqi haqqında müzakirələr aparılır.

 

Bununla yanaşı, İranın bölgədə gedən proseslərdən kənar qalmaq istəməməsi və Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin regiona səfərini qeyd edə bilərik. Azərbaycanın müzəffər ordusunun dəyişdiyi geosiyasi reallığı artıq bütün regional oyunçular qəbul edirbununla hesablaşırlar. Digər tərəfdən, Azərbaycanın ən etibarlı və sadiq tərəfdaşı olan Böyük Britaniyanın Avropa qonşuluğuAmerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonunun Azərbaycana səfəri də bu qəbildən olan səfərlər çərçivəsindədir. Bir sözlə, regiondadünyada güclü Azərbaycanın regional təşəbbüsləri böyük güclərin diqqət mərkəzindədir”.

 

Əli Zülfüqaroğlu

 

Xalq Cəbhəsi.- 2021.- 11 fevral.- S.9.